Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öldürülən uşaqlara key-key baxmaq

Aliyə yazır...

 
Əziz həmvətənlərim, 

Dovşanlar
Sabahımız necə olacaq? 

Rasim Qaraca

Özünü təhlükədən qorumaq üçün başqasını da düşünmək - sosial təsisatlanmanı motivə edən ilkin fikir budur. İnsan cəmiyyətinin bünövrəsində bu dayanır - birlikdə təhlükədən daha effektiv qorunmaq...

Daha sonra insanların bir-birinə köməyinin yaşamaq üçün daha effektli olacağını ehtiva edən dövlət ideyası. Hamının hür və rahat yaşaması kimi utopikcə humanist görünən ideyanın bətnində “belə yaşamaq daha əlverişlidir” fikri var.

Görünür, sosiallaşma insanı daha sivil, humanist, xoşbəxt, ən əsası, təhlükəsiz etməlidir. Hələ indi. İnformasiya cəmiyyətində. Min kilometrlərlə uzaqda baş verən bombardmanın şəkillərinə bir neçə dəqiqəyə baxa bildiyimiz bu gün.

Amma edirmi? Yoxsa, əli-qolu bağlı oturub çarəsizcə məsələn, Suriyada öldürülən uşaqların şəkillərinə baxır, bu zülmün qarşısında nə edəcəyini bilmir, heç nə və heç kim olduğunu düşünür, “Allah köməkləri olsun” sözü ilə təsəlli tapır, daha itilənmiş təhlükə hissi ilə xəbərləri qapadırsan?

Əlbəttə, indi də özünü təhlükədən qorumaq üçün başqasını düşünürsən; amma onun qayğılarını, problemlərini bölüşmək anlamında yox. Gözüçıxmış qardaş misalı. Sağ qalmaq üçün. Təhlükədən qorunmaq istəyən ibtidai insan kimi.

Bu təsisatlı cəmiyyət 3 min il ərzində insanı öz ailəsini aclıqdan, çılpaqlıqdan, evsizlikdən qorumaq kimi bir vəzifədən düşürə bilməyib.  

Əksinə, bu günün informasiya cəmiyyəti almağa vərdiş etdiyimiz faciə xəbərləri dozası ilə hissləri korşaldır, instinktləri itiləyir, nəticədə hər şeydən xəbərdar, amma özünü öz mövcudluğuna gömmüş insan resursu yaradır.

Bir zamanlar, sadəlövhcə elmi texniki tərəqqinin, texnologiyaların sürətli inkişafı ilə cəmiyyətin daha şəffaflaşacağı, bununla da daha sivil, humanistcə inkişaf edəcəyini düşünürdüm.

Oysa ki, şəffaflıq həmişə bir “qırmızı”lıqla yan-yanadır.

Dəyərləri qırmızı-qırmızı əzib tapdayan, qırmızı-qırmızı qanlar axıdan, qırmızı-qırmızı sabitlik soraqlayan, qırmızı-qırmızı faciə xəbərlərini oxuyan insanların cəmiyyəti...

Buna texnologiya nə edə bilər?

İnformasiya cəmiyyətinin incəsənət adamları tamaşaçılara müxtəlif təsir yolları düşünür: şok terapiyadan, “soyuq duş” effektinədək. Bu amacla müasir rəssamlar performanslar, art aksiyalar edir.

Kino az qala gerçəkliklə yanaşı addımlayan “postdok” janrında nümunələr yaradır.

Amma artıq məsələ Stanislavskinin dediyi “inanmıram” deyil, tamaşaçı inanır, amma “ağrıtmır”. Çünki, onun gündəlik xəbər kimi keyləşmə dozası var.

Bəs Anteonen Artonun “qəddar teatrı” ilə başlayan sənət epoxası nə zaman və nə ilə qapanacaq?

Marsa insan ayağı dəyməsi xəbəri qədər ilginc sualdır.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar