Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Okeanlarda ölü zonalar artır - Dünya üçün təhlükə


Okeanın oksigendən məhrum olmuş zonaları həyatsız qalırlar. Hər il isə belə ölü zonaların sayı getdikcə artır


Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bunun əsas səbəbi isə axınlardan suya düşən azot-fosfor gübrələridir.

Nəticədə birhüceyrəli dəniz yosunlarının (oksigeni udan və bakteriyalar üçün olan qida mənbəyi) çiçəklənməsi baş verir. Bura qlobal istiləşməni də əlavə etdikdə proses daha da sürətlənir. Belə ki, yüksək temperatur yosunlar üçün optimal variantdır.

Okeanlara şəhər qazonlarından və kənd təsərrüfatı sahələrindən gübrələr düşür. İlk dəfə alimlər bunu 1950-ci ildə müşahidə etməyə başlayıblar. Həmin vaxtdan isə okeanlarda ölü zonalarının say artımını təyin etmək mümkünolub. 1995-ci ildə bütün planet üzrə 305 ölü zona aşkar edilmişdi. 2007-ci ildə bu göstərici 405 olmuş, son 10 illikdə isə 10 dəfə artıb. Bu cür nəticələr beynəlxalq alimlər qrupunun tədqiqatları əsasında əldə olunub.

Bundan başqa, çay mənsəbləri, dəniz sahilləri və sahillərdən uzaq zonalar da həyatsız vəziyyətə düşüblər. Bununla da bir çox dəniz canlıları həmin zonalarda yaşaya bilmirlər. Bu cür zonaların artması qalan yerlərdə kəskin rəqabətin yaranmasına və müxtəlif canlı orqanizmlərin məhv olmasına gətirib çıxarır.

Bu, bütün planetə də təsir edir. Belə ki, atmosferə oksigenin böyük bir hissəsi məhz okeanlardan gedir. Sonda isə oksigenin azalması zərərli maddələrin konsentrasiyasına səbəb olur. Bu təhlükəli tendensiyanı dayandırmaq üçün qlobal istiləşmə ilə mübarizədə daha ciddi addımlar atmaq lazımdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar