Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ohanyan siyasi səhvi


O, Ermənistanın KTMT və NATO ilə balanslaşmış əməkdaşlıq etdiyini dedi


 "Ermənistan həm NATO, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə balanslaşmış əməkdaşlıq edir." 

ANS PRESS-in məlumatına görə, Ermənistanın müdafiə Naziri Seyran Ohanyan bu fikirləri dünən - 20 sentyabrda “Ermənistan - Diaspora” V forumun iştrakçıları ilə görüşdə səsləndirib.

Ohanyan bu sözləri İrandan olan erməni diasporunun "Ermənistanın NATO ilə əməkdaşılıq etməsi ölkəmizə neqativ təsir edəcəkmi?" sualını cavablandırarkən belə deyib.

“Həm KTMT, həm də NATO üzvləri ilə görüşdə mən hərdən söyləyirəm kii, biz bu iki strukturun sərhədində yerləşirik və hər iki tərəfin sərhəd qoşunları ilə ciddi əlaqədə olmalıyıq. Biz hər iki qurumla eyni səviyyədə əlaqə quraraq, tərəflərdən aldığımız bilikləri dəyərləndirərək NATO və KTMT və əksinə səriştə mübadiləsi aparırıq”- deyə Seyran Ohanyan bildirib. 

Ohanyan ölkəsinin həm KTMT həm də NATO çərçivəsində bütün tədbirlərdə vaxtında iştrak edərək heç bir problem yaşamadığını əlavə edib.

Əslində isə, təşkilatlardan birinin üzvü olan, digəri ilə isə sadəcə əməkdaşlıq edən Ermənistanın müdafiə nazirinin hər iki təşkilata eyni qiymət verməsi birbaşa siyasi səhvdir. Çünki üzv olduğu hərbi təşkilatın rəqibi sayılan digər hərbi təşkilat haqqında eynihüquqlu danışmaqla Ohanyan “balanslaşdırılmış” yox, həmişəki kimi Ermənistana xas olan ikiüzlü siyasət yürütdüklərini göstərir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar