Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ohanyan Rusiyanın Ermənistana dəstəyindən danışdı


Rusiya Ermənistanın strateji əməkdaşıdır və onun təbii ki, bizim ölkənin hərbi təhlükəsizliyinə vasitəçilik etməsinə dair hüquqi öhdəçilikləri var


Bundan başqa, RusiyaErmənistan KTMT-nın təsisçi ölkələridir,
müvafiq olaraq çoxtərəfli münasibətlər formatında kollektiv təhlükəsizliyə dair qarşılıqlı öhdəçiliklərə malikdirlər.

Oxu.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bunları “Reqnum”a verdiyi müsahibəsində bildirib.

Ohanyanın sözlərinə görə, hər iki dövlətin baş qərargahı artıq birinci il deyil ki, Ermənistana qarşı hərbi aqressiya olacağı halda birgə hərəkət üzrə operativ planlama işləri aparırlar.

“Ümumilikdə Ermənistana qarşı müharibə başlasa Rusiya Ermənistan Respublikası və Rusiya Federasiyası arasında 29.08.1997-ci ildə imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı yardıma dair müqavilənin, 1995-ci ilin martın 16-da imzalanmış Ermənistan Respublikası ərazisində hərbi bazası barədə müqavilənin və 1992-ci ilin may ayının 15-də imzalanmış Kollektiv təhlükəsizlik barədə müqavilənin müddəalarında göstərilmiş öhdəçiliklərinə riayət edəcək”, - erməni nazir bildirib.

Azərbaycana Rusiyadan silahın çatdırılmasına dair suala cavab verən Ohanyan bəyan edib ki, bu məsələ onlar üçün çox delikat bir məsələdir: “Bir tərəfdən biz anlayırıq ki, istənilən müstəqil dövlətin silah satmaq hüququ var, amma eləcə də ehtimal edirik ki, strateji əməkdaşın maraqları və çəkindiyi məsələlər də nəzərə alınmalıdır. Ümid edirəm ki, bizim rusiyalı əməkdaşlarımız Azərbaycan ilə hərbi-texniki əməkdaşlığa yorulmadan nəzarət edirlər və qonşumuzun “silah mübtəlalığını” mümkün qədər azaltmağa çalışırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar