Oğuz dağlarındakı meşələrdə yanğın baş verib
Rayon sakinlərinin verdiyi məlumata görə, rayonun Xaçmaz kəndinin Türgan adlanan ərazisində və Xalxal-Qışlaq kəndinin Çülçup ərazisində meşə zolaqlarında yanğınlar baş verir. Hazırda yaxınlıqda yerləşən bir-neçə kəndə kül tökülür.
Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, hazırda yanğın olan ərazilərə yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub, yanğının qarşısının alınması istiqamətində işlər aparılır. ("Report)
pia.az