Xəbər xətti

17 FEVRAL

21:55 Dünyada hər il 40 milyon insan qeyri-infeksion xəstəliklərdən vəfat edir

21:44 Melaniya xəyanəti bağışlamır: yenə Trampı pərt etdi - Video

21:36 “Suriyada amerikalıların qırdığı 300 rusiyalıya görə kim cavab verəcək?” – Təhlil

21:26 Meksika DİN rəhbərinin olduğu helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb

21:05 Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

20:50 Moskvada həyatını itirən üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

20:33 Avropa İttifaqı viza ilə bağlı Türkiyəyə ağır şərt qoydu

20:23 Əsəd ordusu Afrinə girdi

20:05 MSK sədri: "İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb"

19:40 Ötən il Azərbaycan 54 milyon dollarlıq çay məhsulları idxal edib

19:33 Jirinovski “Vaqner”in həlak olan 300 üzvü haqda

19:16 Yol polisi Babək prospektindən "küsüb" … – Təmir aparılan yolda xaos

19:09 “Qəbələ”-“Zirə” oyunundan sonra kütləvi dava

19:05 Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldı

18:50 Rusiyada avtobus qatarla toqquşdu

18:37 GUAM ölkələrinin baş nazirlərinin sammiti keçiriləcək- Moldovada

18:25 Salyanda tövlə yandı

18:12 Daşıyıcı ana axtarışında olanların seçimi: Ukrayna

18:05 Ərdoğan: Qardaşlarımızın torpaqlarına qayıtmasını istəyirik

17:50 Ankara bundan yararlana biləcəkmi? - Təhlil

17:44 “Sinay 2018” antiterror əməliyyatı davam edir

17:38 KXCP də prezident seçkisini boykot etdi –Ali Məclis qərar verdi

17:32 “Suriyada terrorçular Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər“

17:20 MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

16:55 Yevlaxda ağır yol qəzası- Br ailənin 3 üzvü xəsarət alıb

16:40 ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb

16:30 "Avropa ölkələri enerji daşıyıcılarının tədarükü ilə bağlı mövqelərini özləri müəyyən etməlidir"

16:25 Ukrayna tezliklə dağıla bilər -Saakaşvilidən qorxunc proqnoz

16:13 “Ufak tefek cinayetler“dəki gizli eşq gerçək oldu?

16:07 Özünü DTX rəsmisi kimi təqdim edən şəxs saxlanılıb

15:53 Lənkəran sakini intihar edib

15:46 Məsum balanın əməliyyatına 6 min manat lazımdır - Yardım edək

15:40 Sabah hava necə olacaq?

15:32 Şahin Zəkizadənin ölümündən 1 il keçir

15:25 “Arsenal”dan 51 milyonluq təklif

15:13 İranda nəhəng günəş enerjisi stansiyasının inşasına başlanılır

15:05 Nazir: “Azərbaycan balına dünya bazarında tələbat 15-20 faizdir”

14:59 İcbari hicab əleyhinə dalğa: Qadınların etirazı İranı yeni inqilaba sürükləyəcəkmi?

14:52 Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı

14:46 Türkiyə Ordusu Afrində 1595 terrorçunu məhv edib

14:40 Əli Əhmədov Macarıstanın Baş naziri ilə görüşdü

14:33 İsrailin müdafiə naziri erməni deputatları pərt etdi - Azərbaycanın tərəfindəyik!

14:26 Oqtay Şirəliyevin diqqətinə: Doğum Evində açıq bazar - Video

14:20 Kənd təsərrüfatı naziri soğanın bahalaşmasına münasibət bildirib

14:15 Binəqədidə sakinlər etiraza qalxdı - Video, Fotolar

13:46 “Gülməlisiz” - Röya əsəbiləşdi

13:41 Gəncədə silsilə oğurluq edən şəxs saxlanıldı

13:36 Ötən il Azərbaycanın idxal etdiyi taxılın həcmi açıqlanıb

13:30 “Bir addım qalıb” - Rövnəq Abdullayev

13:25 Müğənnilərə bahalı maşınlarını nümayiş etdirmək, çarpayıda uzanıb oxumaq qadağan edildi

13:20 Sarkisyan Almaniyaya getdi

13:08 Yanvarda Azərbaycan xarici ticarət əməliyyatlarından 350 mln. dollar müsbət saldo əldə edib

13:03 “Hazırkı mərhələdə TAP layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil”

12:58 Bakıda zəncirvari qəza nəticəsində iki nəfər ölüb

12:53 Ombudsmanla bağlı qanun dəyişdirilir

12:45 Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunun artmasının səbəbini açıqlayıb

12:40 “Əgər ərəb cihad eləmirsə deməli başı “avtoşluğa” qarışıb...”

12:33 Moskvada uşaq bağçasında 4 yaşlı azərbaycanlı qız şaxtadan donaraq ölüb

12:26 Kofe intihara meyilliliyə təsir göstərir

12:21 Türkiyədə PKK-nın 8 mərtəbəli, hovuzlu sığınacağı - Foto

12:16 Güzəştli kredit daha çox hansı sahibkarlara verilir...

12:11 Rusiya analitiki:“İran Avrasiya Birliyinə Ermənistansız da girə bilər”

12:05 DİN Bakının mərkəzində baş verən dəhşətli qəza ilə bağlı məlumat yaydı

11:58 Qızıl 1 dollara yaxın bahalaşıb

11:53 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

11:46 Nigeriyada terrorçuların bazara hücumu nəticəsində 15 nəfər ölüb

11:40 Yaponiyalı fiqurlu konkisürən ikiqat olimpiya çempionu oldu

11:33 Meksika daxili işlər nazirinin olduğu helikopter qəzaya uğrayıb

11:26 Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək

11:21 Lənkəranda motosikletlə yük maşını toqquşub - Xəsarət alan var

11:15 Lavrov: “Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyib”

10:59 “Məni milyonçu hesab edirlər” - Vasif

10:53 Tramp: “Rusiya ilə heç bir sövdələşmə olmayıb”

10:47 “Lotu Quli”ni qəbul etməyən “Gəncəli Firdovsi”yə “oğru” adı verilib? - Video

10:41 Rusiya bayrağı bütün dünyada qadağan olunsun - Poroşenko

10:36 Neft bahalaşıb

10:30 Dünən polis tərəfindən 36 nəfər saxlanılıb

10:25 Tramp İsrailin baş nazirini Ağ Evdə qəbul edəcək

10:20 Bakıda qısqanc ər arvadını bıçaqlayıb

10:14 Sosial müavinət və təqaüdlərin təyin olunmasında dəyişiklik edildi

10:10 Meksikada güclü zəlzələdən sonra 122 təkrar yeraltı təkan qeydə alınıb

10:05 Xüsusi prokuror Müller Aslanova qarşı rəsmi ittiham irəli sürdü

10:05 Bakıda zibil qutusunda doğranmış halda meyiti tapılan qadını öldürən şəxs tutulub

10:00 Atəşkəs 125 dəfə pozulub

0:44 Azərbaycanda ən aşağı maaş harada verilir? –Rəqəmlər

0:33 “Layiqsiz insan türkə, kürdə, talışa, ləzgiyə baxmır ki...”

0:22 Qaradağlı qətliamından 26 il ötür

0:01 Bugün bürcünüz nələr vəd edir?

16 FEVRAL

23:55 Seda sevənlərini qorxutdu - foto

23:40 “Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb”

23:33 ABŞ Ədliyyə nazirliyi “Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb

23:12 “Azərbaycanda uşaqlar arasında şəkərli diabetə tez-tez rast gəlinir”

22:55 “BTR-82A“ zirehli transportyorları Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilib

22:50 Yaponiyada vətəndaşlar 70 yaşda da pensiyaya çıxa biləcək

22:33 ABŞ-da kollecdə silahlı insident baş verib

22:05 Elmar Məmmədyarov Münhendə İtaliyanın XIN rəhbəri ilə görüşüb

21:55 Bakıda doğranmış qadın cinayətinin bəzi təfərrüatları

21:40 Türkiyə və ABŞ Suriyanın bütövlüyünə sadiqlik ifadə etdi - Birgə bəyanatla…

21:33 İranın qərbində 4,0 bal gücündə zəlzələ olub

21:05 Uşaq bağçasında 3 yaşlı Zəhra niyə öldü..?

20:44 Məşhur cütlük tətilə çıxdı

20:37 Əhalinin banklarda əmanəti 7.5 milyard manatı keçib

20:20 “Erkən seçki prezidentə Qarabağ münaqişəsinə son qoymaq üçün mandat verə bilər”

20:13 “WhatsApp” bunu da etdi

20:05 “Suriyada öldürülənlər bizimkilərdir, 300 ailə başsız qaldı”

19:55 Ermənistan-Rusiya birləşmiş qoşununa komandan təyin olunub

19:40 “Müraciətlərin azlığı təəccüb doğurur” – Məleykə Abbaszadə

19:33 “2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə

19:25 Daha 2 məhkumun ölüm xəbəri gəldi

19:20 Nazirlikdən iki şöbə birləşdirildi– Yeni təyinat

19:05 CAR prezidentinin 10 illik iqtidarına necə son qoydular?

18:55 “Rusiya ilə “soyuq müharibə” istəmirik”

18:42 “O səhnələrə baxanda gözlərim dolur” - “Karadeniz”in aktrisası

18:37 Daha bir rayonunda icbari tibbi sığorta tətbiq olunacaq

18:32 Prezident Trampın sabiq baş strateqi dindirilib

18:16 “Niyə bir qadının üç əri olmaz?”

18:12 Hindistanın Səlahiyyətli səfiri сənab Sancay Rana Biləsuvar rayonuna səfər edib

18:00 Almaniya sosial-demokratlarının reytinqi anti-rekordu təzələyib

17:54 Niderland parlamenti qondarma erməni soyqırımını tanıdı

17:48 Aktyorun evini soyan oğru hələ də tapılmayıb



ƏDƏBİYYAT

...

Oğru sandığı qonşusundan yeni il hədiyyəsi

Tarix 02.01.18, 18:59

Font ölçüsü : - / +
bitmap-img6


Mirmehdi Ağaoğlu yazır


Mövlud Mövludun xatirəsinə...

Maaşdan cəmi 72 manatı qalmışdı. Onun da 70 manatını xərcləyərəm qorxusu ilə kitablardan birinin arasında gizlətməyi düşündü. Heç vaxt yüksək qazancı olmamışdı deyə bu aydan o aya güclə yetən pulu adətən saxlanca qoymağa gərək duymurdu. Gözünü qaldırıb evi dolandıranda səriştəsizliyindən bir dənə yöndəmli yer tapa bilmədi. Yenə ağlına kitablar gəldi. Pulu onların arasından başqa harda gizlədə bilərdi ki...! Evdə hər yer kitabdı.

“Pul gizləmək də yaman axmaq vərdişdir. - ağlından keçirdi. - Onunla birlikdə elə bil ürəyini də həmin yerə qoyursan, daima fikrin pulun-xəzinə deməyə dili gəlmir - yanında qalır. Görəsən yerindədirmi, gizlədəndə pusan olmayıb ki. Üstəlik xəzinələr barədə o qədər qəribə əhvalatlar eşidirsən ki, adam yada saldıqca qorxuya düşür. Guya deyirlər var-dövləti gizlədən yox, tapan yeyər.”

Gizlətmək istədiyi milyon deyilsə də hər halda onun üçün böyük vəsaitdir. Qəpik-quruş olanda nolar, həşərat var poxunu, həşərat da var balını gizlədir, hərəyə öz qazancı əzizdir. Vaxt azdır, yaxşısı budur, fəlsəfə açmaqdansa bir yer tapıb pulu qoysun: Balkonda çilingər alətlərini yığdığın qutuda gizlədərsən uşağın tapıb saqqızın içindən çıxan yararsız əskinazlar kimi hara gəldi tullayar. Ya da şifonerdə şalvar, ya pencəyin cibinə dürtərsən-hərçənd bir dənə də pencəyi yoxdur-yoldaşın da səndən xəbərsiz onları götürüb atar paltaryuyana.

Əlbəttə, pulu gizlədəndə yerini xanıma da demək gərək. Özü də etiraf edir ki, çox vaxt maaşın əsas hissəsini borclara xərcləyəndən sonra yerdə qalan qəpik-quruşu elə xanıma verir. O da çox dərin yerdə gizlətmir. “Oğruların xəbəri olsun; trümonun gözünə atır.” - yenə ağlından keçirdi.

***

İşdən təzə qayıtmışdı ki, dostu zəng elədi, “20 Yanvar”da oturmuşuq, gəl pivə içək. Maaşı bu gün səhər alsa da axşama kimi hamısını kredit ödənişinə, borclara xərcləyib cəmi-cümlətanı 72 manatla qapıdan içəri girmişdi. Qorxdu ki, birdən məclisdə içib keflənər və bir aylıq ümidi olan bu 72 manatı əridər (Onsuz ayın axırına kimi yenə ondan-bundan borc istəyəcəkdi, sözdü də deyir). Bu fikirlə portmanatda 2 manat saxlayıb yetmişini götürdü.

Pulu xanıma ona görə vermir ki, yenə aparıb dəyərsiz əşya kimi trümonun gözünə atacaq. O, isə trümonu etibarlı bilmir, bu səbəbdən kitablardan mədəd umur. Telefonda danışandan üzü bəri qəfəsdəki meymuntək rəflərin qabağında vurnuxur, bilmir pulu hansı kitabın arasına dürtsün ki, axtaranda tapsın. Əvvəla kitabın adını unutmaq qorxusu var, ikincisi də gərək elə kitab seçəsən ki, heç kəsin diqqətini çəkməsin. Qonaq otağındakı iri rəfdə ən gözəgəlimli kitab Markesin həyatından bəhs edən kərpic kimi qalın olanıdır. “Özüm ölüm, puldansa o kitabın ortasını eşib, içində tapança gizlədəsən” – yazıçıma bax, bandit kimi düşünür. “Yox, Markes yaramaz. Pulu da ona etibar edəsi deyiləm ki.” – özünü danlayır. – “Əvvəla Markes kitabı qalınlığına görə diqqət çəkir, bir də hamı bilir ki, o, mənim sevimli yazıçımdır. Kimsə “Tərifli Markesin buymuş?!” deyib əl atar kitaba. Eh, Qabo, etibarlı adam deyilsən. O vaxt Lyosanın gəzməyini də arvadına çuğullamışdın. Perulu qoçaq da yaxşı edib gözünün altını qaraltdı. Ancaq deyəsən vurmaqla ürəyi soyumadı, həmişə sənə küskün qaldı, səhvəmsə, bəs onda öləndə hüzrünə niyə gəlmədi? Yox, qardaş, mənim pulumu da Mersedesin borclarına xərcləyərsən” – ağlına gələn fikirdən yüngülcə qımışır. Özünü Markesə, Lyosaya tay tutub başını başlara qoşması ürəyinə yağ kimi yayılır.  

“Bəs kim? Bəlkə ağsaqqal Tolstoy? Dörd cildlik “Hərb və sülh” rəfdə farağat dayanıb. Cildlərdən birinin arasında gizlətmək olar, sadəcə axtaranda hardan yadına düşəcək ki, pulu hansı cildin arasına qoymusan, gərək hamısını bir-bir vərəqləyəsən. Bu da vaxtaparan işdi. Bir də ki, Bezuxov huşsuz şeydi, pulu götürüb ya masonlara, ya da Karatayevə verər. Guya Tolstoy o vaxt kitablarının gəlirini xalq malı elan etməmişdi? Bezuxov ondan geri qalmayacaq ki?

Bəs hansı, bəs hansı kitab, bəlkə Mopassan? Mopassan da hamının sevimlisidir, onu görən şirin şey təki əlini uzadır. Xanım Luazel boyunbağının pulunu düzəltmək üçün qəpik güdür. Mənim olan-qalanımı da qatar yığdıqlarına.

Elə kitab seçmək gərək, heç kəsi maraqlandırmasın. Türk nəşrləri də işə yaramır. O qədər nəfis tərtib olunur ki, görəndə istəyirsən körpə uşaq kimi qucağına alıb oxşayasan.”

Yaxşı, görəsən hansı kitaba etibar eləsin, pulu hansının arasına qoysun? Rəfin qabağında əlini çənəsinə dayaq edib kitablara bir daha göz gəzdirmək istəsə də telefonun qəfil zəngi aman vermir. “Texnologiya kitab düşmənçiliyini burda da davam etdirir.” – “Yes” düyməsini sıxa-sıxa fikirləşir.

Zəng vuran həmən dostudur, tələsdirir ki, tez gəl. “Gəlirəm də... Onsuz məndə kasıbçılıqdı, pivəni siz alacaqsız.” – ürəyində sevinir. Aha, tapdı. “Azərbaycan nağılları” kitabı. Ən yaxşısı budur, kimdi açıb qurdalayan. Allah tərəfi heç özü də o kitabı alandan vərəqləməyib. “Vəssalam, “var-dövlət”imi etibar edirəm “Azərbaycan nağılları”na. Məlikməmməd padşah atasının almalarının keşiyində durduğu kimi mənim pullarımı da divdən qoruyar!” – işini yekunlaşdırıb toxtayır və bir saniyə belə hədər xərcləmədən təyin olunan yerə yollanır.

***

“Oğlum, biletin biri artıqdır... Gəl onu verək Leylaya. Nolar, o da bayram konsertinə getsin... Dayan peçenyedən, şokoladdan balaca bir bayrampayı düzəldim. Əliboş getmə. Apar yeni ilini təbrik elə. Bir kitab da qoyarıq, hədiyyə edərsən...” - Yoldaşıdır. Oğlu ilə söhbət edir. Yeni il tədbirləri üçün işdən çoxlu bilet veriblər. Yəqin biletlərdən biri artıqlıq edib, o da vaxtı keçib batmasın deyə oğlu ilə yaşıd qonşu qızına pay göndərmək istəyir. Göndərsin, göndərsin, o, belə xırda məsələlərə qarışan deyil. Bircə bu kitab məsələsində yaxşı iş görmədi. Dünyada ən zəhləsi gedən şey kitabxanasından kiməsə kitab hədiyyə etməkdi. Amma indi o hayda deyil. Dünənki pivələrin təsiri hələ başından getməyib, ürəyi uçunur. Qadın ərini bayaqdan neçə dəfə səhər yeməyinə çağırsa da səsini çıxarmayıb. Bu o deməkdir: siz yeyin, mən hələ yatıram.

Yoldaşı bir də səsləyəndə günorta olmuşdu. Gileylənirdi, gileylənməyində də haqlıydı. Soyuducu bomboş, evdə heç nə yox, üstəlik axşam da yeni il gecəsi. Nə etməli? – Çernışevskisayaq sual!

Ümid bircə yetmiş manatadı. Sıxışdırıb o pulla nəsə almaq lazımdı.

- Koşelyokunda da bircə qəpik qalmayıb. Səhər çörək almağa pul tapmadım, uşağın daxılından 40 qəpik götürdüm.

- Pul var, darıxdırma özünü. Yuxudan durum, gedib bir şey alaram...

Qadın yenə nəsə deyib şikayətlənməyə davam etsə də yadında qalmadı, təzədən yuxu apardı.

***

- Hardadır kitab? - Özündən asılı olmadan necə bağırdısa yoldaşı mətbəxtdə dik atıldı.


- Hansı kitab?

- “Azərbaycan nağılları”.

- Nolub, yenə yuxudan duran kimi özünə əl qatırsan? Qonşunun qızına yeni il hədiyyəsi göndərdim. Bir kitabla dünya dağılası deyil ki.

- Sizə deməmişəm mənim kitablarıma dəyməyin? Əlli min kərə tapşırmışam.

- Yuxudan kefsiz durmusan, acığını üstümüzə tökmə, bir kitabdır da, uzağı 5 manat qiyməti var.

- Beş deyil, yetmiş manat, yetmiş.

Heç nə başa düşməyən yoldaşı təəccüblə gözünü ona dikdi.

- Kitabı verəndə arasına baxdın?

- Yox.

- Pul qoymuşdum.

- Ay da! – Qadın təəssüflənsə də dərhal toparlanır, günahı boynundan atmaq bəhanəsi ilə ilk həmləni edir:

- Sən pulu kitabın arasına niyə qoyursan ki? Ver mən saxlayım da?

- Tələsirdim, həm də sən hər dəfə pulu trümonun gözünə necə gəldi tullayanda elə bilirəm balkondan vıyılladırsan gedir.

- Bəsdi, sən Allah. Üçümüzdən başqa evdə adam var, kimdi dəyən?

- Nə bilim, özümdən asılı deyil. Pula qarşı başısoyuqluğu sevmirəm. Yəqin heç vaxt müftə pulum olmayıb, ona görədir.

- Düzələn deyilsən.

Dünən dostunun aldığı pivələrin təsiri hələ getməmişdi, başı zindan kimi zoqquldayırdı. Bu başla mübahisə eləməyə dəyməzdi. Susmağı özünə xeyirdi. Yaxşı, bəs necə etsin? Olan-qalan pulu kitabın arasına qoymuşdu. Onu da yoldaşı kitabla birlikdə verib qonşu qızına. Görəsən gedib istəsələr qaytararlar?

- Bəlkə gedib kitabı istəyəsən?

- Yox, ayıbdı. Gedib nə deyim, deyim hədiyyəmizi qaytarın?

- Elə yox. De ki, kitabın arasında məktub olmalı idi, səhvən sizə gəlib.

- Kitabın arasından pul çıxsaydı gətirərdilər. Qonşuluqda belə şey etməzlər.

- Gör nə vaxtdı vermisən, hələ də səs-səmir çıxmayıb.

- Səndən başqa bu binada kitaba həvəs göstərən yoxdu, narahat olma. Əmin edirəm, peçenyeni, şokoladı götürüblər, kitabın isə hələ üzünə baxmayıblar.

- Əgər baxıblarsa?

- Baxıblarsa onda pulu görüblər, bir azdan gətirərlər.

- Hələ gətirməyiblər axı? Nə vaxtdan vermisən! Get soruş, sən Allah. Necə edəcəyik? Olan-qalan pulumuz o idi.

- Yaxşı yadına sal. Bəlkə heç o kitabın arasına qoymamısan. Piyan olmusan, yadından çıxıb. Xatırlamağa çalış. – Yoldaşı əlini rəflərə uzadır.

- Pulu qoyanda hələ içməyə getməmişdim.

- Bu qədər kitab var, baxaq da arasına.

- Deyirəm ki, yox. Dəqiq yadımdadır, dünən burda dayanıb – rəfin qabağına keçib qollarını açır – on dəqiqə götür-qoy eləmişəm ki, pulu gizləmək üçün hansı kitabı seçim. Bu da mənim seçimim. Sıçalar seçimimə. – aşağı saldığı qollarını böyrünə möhkəm çırpdı, sanki acığından özünü döyürdü.

- Sən pulu kitabın arasına niyə qoyursan ki?

- Nə bilim? Dedim pul cibimdə gedərəm uşaqlarla görüşə, içib xərcləyərəm.

- Bu da tamahkarlığın axırı. Əli aşından da oldun, Vəli aşından da.

- Bunun adı tamahkarlıq deyil, yoxsulluqdu.

Mübahisə uzanırdı. Yoldaşı gedib qonşudan kitabı istəməyə utanırdısa daha nə etmək olardı ki, heç nə. Şkafın gözünə əlini uzadıb siqaret götürəndə qərara gəldi bir də cəhd etsin:

- Bəlkə gedib soruşasan, denən səhv kitab vermişik. Qız üçün aldığımız başqası idi.

- Yaxşı deyil axı, başa düşərlər.

- Başa düşməzlər, başa düşsələr də qaytararlar. Axı sənə kim dedi ki, o qıza - Leyladır nədir adı - yeni il hədiyyəsi göndər? Şaxtababasan? - Xanımı yola gətirmək üçün bu dəfə özü hücuma keçir. Urra, hücum ilk həmlədəncə qələbə ilə yekunlaşır. Yoldaşı ona cavab qaytarmaq əvəzinə bu dəfə əlini kitabların üstündə nəvazişlə gəzdirir.

- Yaxşı, nə kitabı verim?

- Nə bilim, ver də birini. Onsuz kitabxanamdakı heç bir kitabın 70 manat dəyəri yoxdu. Nə versən kardır. Mənə girən girib. Lap Markesi götür ver.

- Neynirlər sənin Markesini? Özü də türkcə. Tez elə bir kitab de, nə qədər fikrimdən dönməmişəm.

- Haşeki götür, Yaroslov Haşeki. “Cəsur əsgər Şveykin macəraları”nı. Bizim macəramız heç onunkundan geri qalmır.

- Hardadır o kitab?

“Cəsur əsgər Şveyk”i rəfdən götürüb yoldaşına uzadır.

- Görsən “Azərbaycan nağılları”nın arasında heç nə yoxdu, açıb hər şeyi danışarsan.

- Bax onu edə bilməyəcəm, bakılıdılar e, sonra üstümüzə həyasızlanarlar ki, şər atırıq.

- Nə isə, uzatma, get.

Yoldaşı qonşuya gedən kimi o da siqaret çəkməyə balkona çıxdı. Təki pulla qayıtsın, ondan sonra evdə siqaret çəkdiyinə görə nə qədər istəyər danışar, işdir, əliboş gəlsə danışdı-danışmadı onsuz ərinin qanı it qanına dönəcək.

***

Yoldaşının qonşudan gətirdiyi “Azərbaycan nağılları”nın içindən pul çıxmadı. Bircə əlac ona qalırdı gedib məsələni izah eləsinlər, desinlər ki, kitabın arasında sizə pul da gəlib. Əgər görübsünüzsə zəhmət olmasa qaytarın. Amma belə çıxırdı ki, nə özü, nə də yoldaşı qonşuya bunu izah edə bilməyəcək. Əvvəla ona görə ki, qonşu pulu qaytaran olsaydı, kitabın arasında görən kimi gətirib qaytarardı. Əgər bu vaxta qədər verməyibsə daha ümid etməyə dəyməz. Hələ qorx ki, qaraqışqırıq salsınlar, ay aman bizi şərləyirsiz. Sonra gəl bunların xatasından qurtul, görüm necə qurtulursan.

Bu qənaətə gəlib yəqin etdilər ki, ən yaxşısı pulu unutsunlar. Bir bədbəxt hadisədir, olub. Yetmiş manatın fikrini çəkməkdənsə dost-tanışdan borc edib bayram bazarlığı eləsinlər.

Haşiyə: Qəhrəmanın dost-tanış dediyi adam mənəm – müəllif. Həmən gün görüşüb bu kədərli əhvalatı danışdı. Əvvəla pivə içməyə gələndə cibinin pulunu evdə qoyduğuna görə onu möhkəm danladım. Guya “pulum yoxdur” desəydi inanmayıb cibinə girəcəkdik! Bir də belə iş tutmasın deyə tənbeh elədim. Üstəlik dostumu cəzalandırmaq üçün dedim: ”Başına gələn bu hadisə ilə bağlı hekayə yazacam. Qoy başqaları da sənin əhvalatından nümunə götürüb bir daha xəsislik etməsinlər. Razısansa borc verim.” Xəsis olmadığını, ehtiyacın onu bu kökə saldığını hey təkrarlasa da əlacı kəsildiyindən əsərimin qəhrəmanı olmağına bir söz demədi. Lakin mən də zalım adam deyiləm. Hekayənin bura qədərini gördüyünüz kimi yazmağına yazmışam. Sonra ürəyimə rəhm gəldi, fikirləşdim ki, əhvalat onundur, qoy ardını özü bildiyi kimi yazsın. Görək vəziyyətdən necə çıxacaq. Mən getdim, sağ olun.

***

Vot tak! Müəllifdən götürdüyüm pulla yeni il axşamına bazarlıq edib qayıtdım evə.

Bayram süfrəsi arxasında elə üçümüz idik: mən, yoldaşım və oğlum. Masanın üstündə “stoliçni” salat, araq olmasaydı baxan deyərdi yas məclisidi, yeyib doyublar mollanın dua oxumağını gözləyirlər. Süfrədə demək olar səsimiz heç çıxmadı, yalnız uşaq hər dəfə yeməkdən boyun qaçıranda anasının onu danlamasından başqa. O qədər kefsiz idim, heç araq da təsir etmirdi. Bircə arzum buydu ki, saat 12 olsun, təzə il girsin, yatım.

Yeyib doymuşdum. Toyuq kimi eşələnməyin adı yox idi. Siqaret qutusunu götürüb binanın girişinə - vestibülə düşdüm.

***

- Gəl çıx da. - Məni görən kimi yenə az qaldı qabağıma qaçsın.

Ona yazığım gəldiyindən çox vaxt aşağı düşəndə siqaret qutusunu özümlə götürürdüm ki, rastlaşsaq siqaret verim. Acığımdan bu dəfə qutunu götürmək istəmədim, ancaq sonra fikrimi dəyişdim: eybi yox, birdəfəlik ikisini çəkib yuxarı qalxaram. Hər dəfə dörd mərtəbə aşağı düşüb-qalxmağa həvəs yoxdu.

- Bayaqdan səni gözləyirəm. Dükan da bayrama görə tez bağlanıb, qalmışam siqaretsiz.

Yalan deyir. Siqaret alan olsaydı vaxtında tədbir görərdi. Həmişə belə edir, guya çatdırıb üzbəüzdəki dükana düşə bilməyib. Yüz bəhanə uydursun, inanan kimdi. Sadəcə pulu yoxdu. Ona görə girişdə dayanıb gözləyir ki, gedib-gələnlərdən siqaret istəsin.

Adı Məlikməmməddir, Leylanın babası. Bəlkə də babası deyil, orasını dəqiq bilmirəm, amma qohum olmağına qohumdurlar. Onu dəfələrlə Leylagildə görmüşəm. Addımı güclə atır, ayaqqabılarını elə sürüyür, az qalır yeri cızsın. Görkəmindən xəstəyə oxşasa da özünə qoyulmur, nə vaxt baxsan siqaret çəkir. Xüsusilə yayda bütün günü bayırda olur deyə siqaret damağından düşmür. Hətta gecədən keçmiş də siqaret çəkməyə düşəndə, görmüşəm budur, şlaqbaum kimi girişdə dayanıb. Məni görəntək uşaq sevincilə üstümə elə gəlir, elə gəlir, elə bil, buzovdu, anasını əmməyə gəlir. Birini verəndə qane olmur, deyir varsa iki-üç gilə də qoy üstə, səhərə qədər siqaretsiz qalammaram. Mən də az səxavət göstərməmişəm, hətta bir neçə dəfə üstümdə siqaretim olmayıb, qalxıb evdən gətirmişəm ki, yazıqdır, gecə ciyəri yanmasın. Özü də yaman gödənbuldur, bəzən verdiklərimlə kifayətlənməyib deyir ağzındakı siqaretdən də saxla axırda bir tüstü vurum. Onda daha səbrim tükənir. Əlavə birini də verib deyirəm, qoy zəhərimi axıracan çəkim. Hamısı da nəyə görə? Başıma çox gəlib, adam ac-susuz qalar, siqaretsiz qala bilməz. Məlikməmməd kişinin də gopa basmağı ilə deyil, pensioner adamdır, bir gün pulu olanda, o biri gün olmur. Yoxsa dükan-bacanın bağlanmağı bəhanədir.

Ona həmişə ürəyim yansa da indi əlimi cibimə aparmaq istəmirdim. Ailəlikcə 70 manatımın dalına keçməkləri azmış kimi məndən yenə siqaret istəyir. Acığımdan nə dindirib hal-əhval tutdum, nə də yeni ilini təbrik etdim, eləcə “payok”unu verib keçdim şüşə qapının ağzına. Ancaq çölə də çıxmadım, bayırda yaman soyuqdu, yəqin qara çevirəcəkdi.

Arxam ona dayansam da ayaqlarını sürüməyindən hiss edirəm, şeytan kimi vurnuxur. Yeridikcə qapının şüşəsinə düşən əksi gah böyüyüb əcaib forma alır, gah da kiçilib itir. Arxamda yox, sanki bayırda-qaranlığın içində gəzinir. Məndən ötəri Məlikməmməd kişi bu dəqiqə dünyanın ən bədheybət adamıdır. Elə bilirəm şüşədə böyüyən əksi div olub məni udacaq.

- Hellas! - Məlikməmmədin səsiydi. Nə çərənləyir görəsən? Çönüb baxdım. Əlində bir əlilik, bir də iyirmilik əskinas tutub üstümə gəlirdi. Hırıldasa da üzü qəribə ifadə almışdı, güldükcə sifəti eybəcərləşirdi, sallaq alt dodağının bir az da böyük göstərdiyi dişsiz ağzı qara dəliyi xatırladırdı. İlk dəfə ona diqqətlə baxdım: həqiqətən divə bənzəyirdi – alt dodağı yer süpürürdü...

- Qanın buna görə qaradır? – yenə gülümsədi.

Dünən kitabın arasına qoyduğum pullar idi, təxmin elədim. Sadəcə başa düşmədim niyə əlində o cür tutub, mənə qaytaracaq, yoxsa acıq vermək üçün göstərir. Susub nə edəcəyini gözləyirdim.

- Sənin də oxumağın yoxmuş!

Bu dəfə güləndə ağzı əvvəkindən də böyük açıldı. Ayaqlarını sürüyə-sürüyə düz üstümə yeridikcə ətli yanaqları, göyərmiş dodaqları dəniz filinin sifəti kimi titrəməyə başladı. Elə bil üzünün əti dağılıb töküləcəkdi.

- Bir siqaret də ver. - Qarşımda dayanıb pulu gözümün qabağında silkələdi. Heç nə deməyib əlimi cibimə apardım.

- Götür. Mənə haram pul lazım deyil. Oğlun bizim Leylaya hədiyyə verib səhər. Uşaq gedəndən sonra qız zənbili açıb dedi, baba, içində kitab da var. Məni maraq bürüdü. Sən axı həmişə kitabla gəzirsən! Dedim gətir, görüm qonşu nə oxuyur. Vərəqləyirəm ki, pul! O dəqiqə başa düşdüm məsələni. Eh, sən də Siyavuş Aslan kimi kitabdan içinə pul qoymaq üçün istifadə edirsənmiş. Hellas! Baxmısan? - Məlikməmməd kişi elə dərindən şaqqanaq çəkdi, bütün bədəni titrədi, gözümün qabağında oynatdığı əskinazlar da şax-şax elədi. Elə bil onunla birlikdə pullar da gülürdülər. Özümdən asılı olmadı, məni də gülmək tutdu.

- Günorta yoldaşın gələndə mən olmamışam. Kitabın arasından pul çıxmağını da evdəkilərə deməmişdim, elə sakitcə qatlayıb qoymuşdum cibimə, istəyirdim özünə verim. Sonra da axşama kimi nə səni gördüm, nə də mənim yadıma düşdü. Skelereoz, neyləyəsən.

- Hə, başa düşdüm. Çox sağ ol, ağsaqqal, sevindirdin məni, - dilim bunları dedi, ürəyimsə başqa şey: “Əcnaf, məni intizarda saxlamaqdan ötəri pulu qaytarmağı qəsdən yubadmısan.”

- Varındı bir-iki gilə də siqaret ver. - Bu dəfə ərklə dedi, aydın məsələdi, pulu qaytarmağının şirinliyini istəyir.

Siqaretin birini özümə götürüb qalanını qutuqarışıq Məlikməmməd kişiyə uzatdım. O da pulu verdi. Dil-ağız edəndən sonra ikimiz də susduq. Aradakı pərtliyi sovuşdurmaq üçün danışmaq lazım idi, ancaq mən deməyə söz tapmırdım. Kişinin müəmma dolu baxışları altında əzilirdim, elə bil o qatil, mən qurban idim. Bayaq onun haqqında pis-pis fikirləşdiyimə görə özümdən utanırdım. Mənə elə gəldi, o, da bunu duyub. Çıxış yolu kimi əlimdəki siqareti yandırmaq istədim, ancaq gördüm ki, daha burda dura bilməyəcəm. Sağollaşıb liftə sarı yeridim.

Tərslikdən lift yuxarı mərtəbədə dayanmışdı. Düyməni basdım, ancaq onun aşağı düşməsini gözləməyə hövsələm çatmadı, pilləkənlər tərəfə döndüm. Ayağımı birinci pilləkənə atanda elə bildim Məlikməmməd kişi də arxamdadı, boynumun ardında hənirtisini duyuram. İnanmağım gəlmədi, o qocalıqda adam belə cəld yerimək üçün gərək cin-şeytan ola! Amma geri dönüb baxmağa da üşəndim, elə bil dönüb baxsam kişinin göyərmiş alt dodağının haşiyələdiyi qara boşluq qəfildən böyüyüb məni udacaq. Bədənimi qorxu bürüdü. Bilmədim nə edim... Və qaça-qaça pillələri çıxmağa başladım.

Epiloq: Salam. Yenə mənəm-müəllif. Qəhrəmanla növbəti görüşümüzdə bir yığın kağızı uzadıb dedi: “Başıma nə gəlmişdisə hekayənin davamında onu da yazdım, nə bir söz artırmışam, nə də azaltmışam. Oxu, harasını istəsən dəyiş, nə istəsən elə, öz işindi.” Kağızlara ordan-burdan göz atıb gördüm qaydasındadır. Söz verdim ki, bir nöqtə-vergülünə də toxunmayacam, necə yazıbsa o cür də çapa verəcəm, ancaq öz adımdan. Qəhrəman da başını razılıqla tərpətdi. Daha bu barədə nəsə danışmağın artıq olduğunu görüb iclası yekunlaşdıran müdir ədasıyla kağızları əlimdə dəstələdim, stola iki-üç dəfə vurandan sonra bir tərəfə qoyub ofisiantı səslədim: “Üç bakal pivə.” Sifarişimdən heç nə başa düşməyən qəhrəman iki nəfər olduğumuz halda üç bakal pivə istəməyimin səbəbini soruşanda isə dedim: “Qoy, hər şey nağıllardakı kimi bitsin: Biri müəllifin, biri qəhrəmanın, biri də oxucunun.”

O, məmnunluqla gülümsədi.

31.12.16-28.07.17 (kulis)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

Nazir: “Azərbaycan balına dünya bazarında tələbat 15-20 faizdir”

bitmap-img3

Rakurs

Neftçala Su Nəqliyyat idarəsində balıq bazarı açılıb?

bitmap-img3

Seçmələr

Mikayıl Cabbarov iki nəfəri işdən qovdu: Rüşvət alarkən tutulublar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru