Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ofeliya Quliyevanın əhvalatı Almaniyada siyasi qalmaqala səbəb ola bilər


13 yaşlı azərbaycanlı Ofeliya Quliyevanın zorla deportasiya edilməsi ilə bağlı məsələ Almaniyada siyasi qalmaqala səbəb ola bilər


Virtualaz.org alman KİV-lərinə istinadən bildirir ki, belə bir xəbərdarlıqla Almaniyadakı təhsil qurumlarının və elm işçilərinin ən böyük həmkarlar ittifaqı (GEW) federal hökumətin ünvanına ittihamla çıxış edib və məktəblilərlə  tələbələrin deportasiyası təcrübəsinə son qoymağa çağırıb.

Bundan başqa, GEW-də şagirdlərin deportasiyası məsələlərində müəllimlərdən istifadəni yolverilməz hesab edirlər.

Həmkarlar İttifaqı öz müraciətində məktəblilərin deportasiyası ilə bağlı son illərdə Almaniyada hay-küyə səbəb olmuş üç hadisəni xatırladıb.

Onlardan biri Eritreyadan olan oğlanın əhvalatıdır, hansı ki, Yuxarı Pfalstda polis məktəbdən birbaşa dərs zamanı götürüb və  ölkədən deportasiya edib. İkincisi Lixtenfelsdə təhsil alan əfqanıstanlı oğlanın zorla deportasiya olunmasıdır.

Hesabatda Kulmbax şəhərində anası ilə birlikdə zorla deportasiya olunmuş Ofeliya Quliyevanın hay-küylü işinə xüsusi yer ayrılıb. Xatırladaq ki, polis əməkdaşları 13 yaşlı qızı və onun anasını gecəyarısı evdən götürərək bir neçə saat ərzində ölkədən deportasiya ediblər. 

"Almaniya hökuməti əsas kimi uşaqların zorakı deportasiyası təcrübəsini götürüb. Buna son qoymaq lazımdır", - deyə GEW lideri Anton Zalsbrun jurnalistlərə bildirib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - Video

Ən çox oxunanalar