Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Obamanın Suriya bataqlığına çəkdiyi İranın getməyi də fəlakətdir, qalmağı da

“Bizə getməyi Putin deyil, Əsəd təklif edə bilər”


Tehran heyrətdən özünə gələ bilmir. Rusiyaİran arasında “strateji tərəfdaşlıq” göz qabağında əriyir, Moskva isə Tehranla qısa bal ayını başa vurur.

Rusiyanın Suriya üzrə özəl təmsilçisi Aleksandr Lavrentyev İran, Hizbullah və Suriyanı “işğal etmiş” başqa ölkələrə onun ərazsini tərk etməyi təklif edib, çünki barış prosesi başlanıb.

Sıradakılar diqqəti cəlb edir:

-Mayın 9-da Netanyahu növbəti dəfə Rusiyaya gələndə və Tramp İranla nüvə sazişini pozandan bir gün sonra İrana qarşı Suriyanı tərk etmək tələbi irəli sürülüb.

-Niyə Əsədin dəvət etdiyi İranı birdən Suriyaya qanunsuz müdaxilə edən ölkələrlə bir sıraya qoyurlar?

-Bəşər Əsəd suveren Suriya dövlətinin başçısıdırsa, onda bu xahişi niyə onun özü formulə etmir?

-Eyni zamanda Moskva məlumat verir ki, Suriyaya S-300 raket kompleksləri tədarük etməyəcək, ABŞ və müttəfiqləri aprelin 14-də Suriyaya zərbə endirəndən sonra bildirib ki, kompleksləri Dəməşqə “tez bir zamanda təmənnasız” tədarük edəcək və bunu özünə “əxlaqi borc bilir”. İndi isə İsrail Suriyaya daim zərbə endirərkən Moskva iddia edir ki, Dəməşqin zenit raketlərinə ehtiyacı yoxdur!

Rusiyanın motivləri

Rusiya İsrailin Suriyaya 150 aviabasqınını, o cümlədən dekabr, fevral, aprel və mayda İranyönlü qüvvələrə də zərbələri pisləməyib. Hər iki dövlətin verdiyi bəyanatlardan çıxış edərək sıradakı nəticələrə gəlmək olar:

-Əsədin həyatının saxlanmasının dəyəri və hakimiyyətdə qalması, habelə İsrailin Suriyaya zərbələrinin dayandırılması İranın bu ölkədən getməyinə bərabərdir.

-Fars körfəzinin ərəb dövlətləri də Suriya ilə münasibətləri normallaşdırır və onun bərpasına pul vəsaiti ayıracaq.

-Putin Suriyada öz məqsədinə nail olub və İran getsə, İsrail ona sayğı göstərəcək.

-Suriyaya İsrail aviazərbələri İran iştirakı bəhanəsiylə Suriya hərbi infrastrukturuna ziyan vurur.

-İranın gedişi Soçi sülh konfransına gələn (ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin himayə etdiyi) Əsəd əleyhdarlarının əsas tələbidir. Səbir toplasalar, onların ikinci tələbi də (Əsədin istefası) təmin olunacaq: İran Suriyadan gedən kimi prezident Rusiyanın Suriya üçün hazırladığı Konstitusiya layihəsinə razılaşmağa məcbur olacaq – buna əsasən, prezident birbaşa səsverməylə deyil, parlament tərəfindən seçilir.

-Rusiyaya dayanıqlı, Nertanyahuya isə daha dayanıqlı Yaxın Şərq lazımdır. O, Qəzza sektoruna, Suriyaya, ya Livana zərbə endirəndə bununla öz populyarlığının artmasına şərait yaradır. ABŞ səfirliyinin Qüdsə köçürülməsi və ABŞ-ın İran nüvə sazişindən çıxmasına nail olması, habelə İsrailin Avrovision-da qələbəsi Netanyahunu milli qəhrəman edib.

-Putin amili: Kremldə heç kim onun qədər İsrailə rəğbət bəsləməyib. SSRİ 1967-ci il müharibəsindən sonra Təl-Əvivlə diplomatik münasibətləri kəsib, RF prezidenti isə mayın 9-da Sovet İttifaqının Hitler Almaniyası üzərində qələbəsinin 73-cü ildönümü münasibətilə təntənələrdə Netanyahunu fəxri qonaq kimi qəbul edib (fələstinlilərə nisbətdə təşkil edilən qırğın fonunda). Bu rəğbət qarşılıqlıdır. İsrail 2014-də Krım məsələsinə görə Kremli pisləyən BMT qətnaməsini dəstəkləməyib. İqtisadiyyat, müdafiə və kəşfiyyat sahəsində əməkdaşlıq o vaxtdan yüksəlməyə başlayıb. Rusiyada antiisrail “Boykot, təcrid və sanksiyalar” (BDS) hərəkatı yoxdur.

-Rusiya bilir ki, məqsədi Yaxın Şərqdə hökmranlıq qurmaq, sonra isə İraq, Liviya və Suriyanı parçalamaq olan İsrail həmələləri yekunda İrana da çatacaq. Ola bilsin, bu başdan qaliblərin tərəfində durur. Küveytin “əl-Cəridə” qəzeti martda yazıb ki, İsrailin iki qırıcısı İranın hava məkanından, bundan qabaq Suriyaİraq üzərindən uçub. Qəzetin iddia etdiyi kimi, radarlar təyyarələri qeydə almayıb. Bu məlumat düzdürmü, ya yalan, amma iki ölkə arasındakı gərginliyin yüksək səviyyəsini göstərir. Göstərilən hadisə ABŞ-ın Avropa komandanlığı və İsrailin təşkil etdiyi “Juniper Cobra 2018” təlimlərilə zamanca üst-üstə düşür. Təlimlərin gedişində “Errou”, “Dəmir günbəz”, “Petriot” və “Davudun sapandı” raket sistemləri işlədilib. Rusiya bir yandan şiə İranı, o biri yandan qalan dünyanın qatılacağı müharibəyə qoşulmağa hazırlaşmır.

-Moskva haqlı olaraq İranın İranSəudiyyə Ərəbistanı, İran və İsrail qarşıdurmasında qurulan bölgə siyasətində, habelə onun sünnilərlə şiələr arasındakı münasibətlərə yanaşmasında təhlükə görür. İnanmaq çətindir ki, İsrailin militarist eskpansionizmindən qaynaqlanan təhlükəni görmür.

Rusiyanın Yaxın Şərqdə fəaliyyət strategiyası yoxdur. Onun Yaxın Şərq ölkələrilə münasibətlərindən irəli gələn ideologiya yoxluğu üzündən ötəri ittifaqlar bağlayır, amma müttəfiqləri yoxdur, məqsədi isə təcili mənfəət əldə etməyə müncərdir. Bu, xalis praqmatizmdir. Məsələn, 2017-də Səudiyyə kralı Rusiyanın tarixində ilk dəfə Kremlə dəvət edilib. SSRİ ər-Riyadın islam terrorçularına dəstəyi və 80-ci illərdə sovet iqtisadiyyatına zərbə vurmaq qəsdilə neft qitmətlərinin endirilməsi məqsədilə işbirliyinə qatıldığına görə onunla münasibətləri kəsmişdi. Rusiya xarici siyasətinin prioritetləri sıradakı qaydadadır: ABŞ, Avropa,  Çin və artıq sonra Yaxın Şərq. Suriya Rusiyanın strateji münasibət saxladığı yeganə ölkədir.

-Ola bilsin, Moskva (onun sayəsində İranın nüvə sazişinə əlavə edilib) İranın öz düşmənlərinə daha böyük güzəştlərə getməsi üçün ona basqı göstərərək bu qayda ilə onların arasında genişçaplı hərbi toqquşmanın qabağını almağa ümid edəcək. Rusiya bu halda böyük səhv buraxacaq. Birincisi, İranın daha güzəşt edə bilməyəcəyinə görə (nüvə sazişini bağlamaqla bunu artıq edib!). İkincisi, ABŞ-ın məqsədi yeni maraqlara uyğun olaraq Yaxın Şərqin xəritəsini yenidən cızmaqdan ibarətdir, hərçənd Yaxın Şərq ölkələrinin başında onun oyuncaqları və müttəfiqləri durur.

İran çaşqınlıq içindədir

Dünyaya soyuq savaş prizmasından baxmaqda olan Tehran ümid edirdi ki, şimal qonşusu onu düşmənlərdən qoruyacaq. Doğrudanmı, orada unudublar ki, Rusiya Obama və Buşun Təhlükəsizlik Şurasında təklif etdikləri antiiran sanksiyalarını dəstəkləyib və Tehran beynəlxalq məhkəməyə üz tutmaq hədəsi gələnə kimi artıq pulu ödənilmiş S-300 komplekslərini tədarükdən imtina edib?

Və budur, indi Rusiyanın “Lukoyl” neft şirkəti ABŞ tərəfdən basqıya görə İranla müqavilələri dondurur. ABŞ Kremlin indiki sahibləri üçün tərəfdaş, bəzən rəqibdir, amma düşmən deyil.

SSRİ dağılandana sonra bloklar yoxdur. Hamının hamıya qarşı savaşı gedir, ittifaqlar gah meydana çxıır, gah da yox olur. Bu günki dost sabahkı düşmən çıxa bilər.

Tehran heç cür güman edə bilməzdi ki, Əsədə yüzlərlə insanın (iranlı, livanlı, əfqanıstanlı, iraqlı və başqalarının) həlak olduğu, on milyardlarla dolların itirildiyi yeddiillik dəstək onun təhlükəsizliyini gücləndirmək əvəzinə dişbatan yerini zəiflədəcək. Və hiddətli cavab özünü gözləməyə məcbur etməyib: “Biz 2011-dən Suriyadayıq, antihökumət qüvvələrilə vuruşuruq. Və bizə getməyi Putin deyil, Əsəd təklif edə bilər”. Lakin Əsəd də İranla etibarı möhkəmləndirməyib. Və İslam Respublikası rəhbərliyi ona nəhəng borcu mümkün qədər tez bağlamağı təklif edib. Bəs Əsədin ordusu İranyönlü könüllülərdən asılıdırsa, ölkəni necə bərpa etmək niyyətindədir? Ya da sirialeaks-in yazdığı kimi, Suriyanın balıkanlaşması prosesi artıq işə düşüb və Əsəd bununla barışıb? RusiyaABŞ Əsədi gərəyincə dəyərləndirməlidir: Suriyada 70-ə yaxın ərəb tayfa başçısı böyük könüllü yığması formalaşdırmaq və “qanunsuz işğalçıları” qovmaq üçün keçən həftə Hələb civarında yerləşən Deyr-Xafirədə toplaşıb. İran pullarının köməyi ilə?

İnanmaq çətindir ki, İran-Suriya koalisiyası (hətta Rusiyanın nöqtəli dəstəyi ilə) həqiqətən də Qərb, İsrail, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin də daxil olduğu iyirmi ölkəyə qarşı müharibəni udmağa ümid edib. Pentaqaon Suriyada artıq, ən azı, 15 hərbi baza qurub və bura yüz minlərlə hərbçi ata bilər.

Ziddiyyətlidir, amma faktdır: İran Suriyadan gedə bilməz, çünki bu halda İsrailin mümkün hücumundan sonuncu müdafiə xəttini itirər, amma orada qala da bilməz. Obamanın planı məhz bundan ibarət idi: Əsədi devirməmək, amma Suriyanı öz düşmən və əleyhdarları üçün bataqlığa döndərmək. 

Nazanin Armanyan

Publico.es (İspaniya), 07.06.2018

Tərcümə Strateq.az-ındır

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar