Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

O it ölməsəydi, nə “Taliban” olacaqdı, nə də Ben Laden

Tarixi Dəyişən Təsadüflər


Bəzən çox kiçik hesab etdiyimiz təsadüfi hadisələr böyük dəyişikliyə səbəb olur. 

PİA.AZ Kulis.az-a istinadən tarixin axarını dəyişmiş beş hadisəni təqdim edir.
 
1. Barda baş verən dava “Brexit”lə nəticələndi
 
Böyük Britaniya Avropa İttifaqından çıxmağa səs verəndə bütün dünya heyrət elədi. Ancaq bunun əsası Londondakı Strangers adlı balaca pabda baş vermişdi. 2012-ci ildə məhz orda leyboristlər partiyasından olan deputat Erik Coys içib dava salmışdı. Hadisə deputatın həbs edilməsi və onun yerini parlamentdə başqa deputatın tutması ilə nəticələndi.
 
Sərxoş Coysun davası hadisələr zəncirini davam etdirdi. Leyboristlər partiyası Parlamentdəki yerini satmaqda ittiham edildi. Reputasiyalarını bərpa etmək üçün partiyanın lideri Ed Milibend belə qərara gəldi ki, kim istəyirsə 3 funt qarşılığında partiyanın üzvü ola bilər. Bu qərardan sonra partiyaya axın sürətləndi, həmin adamlar Ceremi Korbin adlı yeni liderə səs verdilər. Partiyaya qəbul olunmaq üçün ödənilən məbləğdə dəyişiklik olmasaydı Korbin səsləri ala bilməyəcəkdi. İnsanlar Brexit hadisəsində məhz onu ittiham edirlər. Beləliklə sərxoş bir adamın barda saldığı davanın ucbatından Böyük Britaniya Avropa İttifaqından uzaqlaşmaqdadır.
 
2. Frans  Ferdinandın qətli
 
Məhz bu qətl Birinci Dünya Müharibəsinin başlamasına səbəb oldu. Əgər ershersoqun sürücüsü xəritədə göstərilən yolla hərəkət etsəydi bu hadisə baş verməyəcəkdi. Ferdinandın günü yaxşı keçməmişdi, üstəlik Sarayeva da pis qarşılamışdı. Əvvəlcə bomba işə düşmüş, ershersoqun ətrafındakıları öldürmüşdü. Çox güman o, bunu bir işarə olaraq qəbul etməli və evə qayıtmalı idi. Ancaq Ferdinand xəstəxanaya gedib yaralananlara baş çəkmək istəyir. Onun marşrutdan xəbərsiz olan sürücüsü isə səhvən başqa küçəyə dönür. Həmin vaxt kafelərdən birinin yanında Qavrilo Prinsip dayanıbmış, o ələ düşmüş bu fürsəti dəyərləndirərək ershersoqa atəş açır.
 
3. Mətbuat katibinin səhvi Berlin divarını uçurdu
 
Bu hadisə kommunist Günter Şabovski səhvə yol verdiyi üçün baş verdi. 9 noyabr 1989-cu ildə ona yeni buraxılış sistemi barədə sənəd təqdim edildi. Sənəddə Şərqi almanlara müvəqqəti olaraq Qərbi Berlinə keçmək üçün icazə verilirdi. Lakin sənəddə qeyri-dəqiqlik var idi deyə Şabovskinin səsləndirdiyi informasiya ikimənalı çıxırdı. Almanlar qərara aldılar ki, sərhədi istənilən vaxt pasportla keçmək olar. Müxbirlərdən biri sual verəndə ki, yeni qanun nə vaxt qüvvəyə minəcək, sənəddə dəqiq tarixi tapa bilməyən Şabovski “Dərhal” deyə cavab verdi. Bundan sonra insanlar yürüş edərək divarı ələ keçirərək dağıtdılar.
 
4. Britaniya əsgərinin xeyirxahlığı İkinci Dünya Müharibəsini başlatdı
 
Henri Tendi 1918-ci ildə Fransa ərazisində vuruşurdu. Döyüşlərdən birində onun düşmən əsgərinə yazığı gəlir, öldürmür. Halbuki həmin əsgərə görə sonralara 60 milyon insan həlak oldu.
 
Markoninq yaxınlığındakı vuruşmada almanlar mövqelərini itirməkdə idilər. Tendi qaçmağa üz qoymuş alman əsgərlərdən birini nişan alır, ancaq görəndə ki, o, yaralıdır, tətiyi çəkməyə əli gəlmir. Alman əsgərdə bunun müqabilində ona təşəkkür əlaməti olaraq əlini sallayır. Henri Tendinin siması sonradan təbliğat plakatında yer alır, 20 il sonra isə bu Britaniya plakatı Adolf Hitlerin şəhər kənarındakı evində peyda olur.
 
Nevill Çemberlen Hitlerlə görüşən zaman plakatı divarda görür. O, bunun səbəbini soruşduqda Hitler cavab verir: “Bu adam məni az qala öldürəcəkdi”. Bu, qədər qeyri-adi hadisədir ki, inanmaq olmur. Bununla belə tutarlı sübutlar da var - Hitlerin köməkçisinin 1937-ci ildə yazdığı məktub. O, fürerə göndərilən bu plakata görə təşəkkürünü bildirirdi.
 
5. Şəhər sovetinin üzvü iti öldürdü, müasir terrorizm doğuldu
 
Texas şəhər sovetinin üzvü Çarlz Hazard 1933-cü ildə qonşunun itini öldürür. Səbəb isə itin tez-tez onun çiyələk ləklərini murdarlaması idi. Hazard itin yeməyinə şüşə qırıqları qatmışdı. İtin 13 yaşlı sahibi Çarli Uilson bundan çox mütəssir olur və qisas almaq qərarına gəlir. Oğlan şəhərdəki hər kəsə bu hadisə barədə danışır. Nəticədə Hazard növbəti seçkilərdə uduzur.
 
Çarli Uilson beləcə həyatında ilk dəfə siyasətin axarını dəyişir. O daha sonralar Konqresin nümayəndəsi seçilir, SSRİ-nin Əfqanıstana müdaxiləsi zamanı isə Uilson növbəti dəfə siyasətin axarını dəyişir. O, amerikanların əfqanlara kömək etmələri üçün kampaniya aparır, nəticədə müharibənin gedişatı dəyişir, mücahidlər qalib gəlirlər. Bundan sonra “Taliban” və “Əl-Qaidə” kimi terror təşkilatları yaranır, Usamə ben Laden meydana çıxır. Beləliklə müasir terrorizmin yeni erası başlayır. Bütün bunlar isə şəhər soveti üzvünün bir iti öldürdüyünə görə baş vermişdi.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar