Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC-in həlledici sammitində Bakı üçün kritik gün



Bu gün Vyanada OPEC-in son 15 il üçün ən həlledici sammiti olacaq; qurumun hasilatla bağlı çıxaracağı qərar neftin qiymətini 60 dollara sala bilər...


Dünya bazarında xam neftin qiyməti sürətlə enməkdə davam edir. 

Doğrudur, illər öncə də bənzər hallar olub. Lakin həmin hallardan fərqli olaraq, bu dəfə ucuzlaşma prosesində geridönməz təmayül müşahidə edilməkdədir. Yəni düşən qiymət qalxmağa meylli olmur.

Əksər təhlilçilərə görə, səbəb ilk növbədə geosiyasi amillərlə, o sırada ABŞ-ın öz müttəfiqi, əsas neft ixracatçısı Səudiyyə Ərəbistanı ilə anlaşma əldə edərək hasilatı artırmağa nail olması, bununla da “qara qızıl”ın qiymətinin permanent şəkildə düşməsini təmin edib Rusiya iqtisadiyyatına sağalmaz zərbə vurmaq planları ilə ilgilidir.

Bu prosesə Birləşmiş Ştatların özünün nefti istehsalını artırmağa başlaması başqa yandan stimul verməkdədir.

Neftin ucuzlaşması Qərbin iqtisadi-maliyyə sanksiyaları ilə birgə rus rublunun dəyərsizləşməsini də sürətləndirir ki, bu da Rusiya hökumətini ciddi narahat etməyə bilməz. Təbii ki, Moskva vəziyyətdən çıxış yolları aramaqdadır. Onlardan biri də OPEC ölkələri ilə (Rusiya qurumun üzvü deyil - yalnız müşahidəçi statusundadır) razılaşaraq hasilatın azaldılmasına nail olmaqdır. Hərgah, Rusiyanın özünə bu dəqiqə hasilatı aşağı salmaq da əl vermir, çünki bu, büdcə kəsirinin böyüməsi demək olardı. Ayrı sözlə, Moskva istəyinə daha çox digər iri neft ixracatçılarının hesabına nail olmağa çalışır. 

Rusiyanın Energetika Nazirliyinin açıqlaması bu qənaəti möhkəmlədir. Sitat: “Biz Səudiyyə Ərəbistanı deyilik ki, hasilatı qısa zamanda azaldaq, qısa zamanda artıraq. Bizdə bazarda dövlət və özəl şirkətlər işləyir. Və kəskin azalma və ya kəskin artırma fiziki cəhətdən mümkün deyil”.



Kreml bu xüsusda İranın da roluna ümid edir. Rusiya prezidenti Vladimir Putinin digər neft ölkəsi, OPEK üzvü İranın prezidenti Həsən Ruhani ilə srağagünkü telefon danışığı da şübhə yox ki, iki ölkə arasında bu qəbildən aktual  məsələlərdə əlverişli etimad və anlaşma mühiti yaratmağa xidmət edirdi. 

Ancaq Kremlin ziyanına olan bir incə məqam var ki, sanksiyalardan əziyyət çəkən və büdcəsi problemlərlə üzləşən Tehran hasilatı azaltmağa elə də həvəsli deyil -  Rusiyaya kömək əli uzatmaq istəsə belə. Amma eyni zamanda neftin qiymətinin normal qalmasında da Tehran maraqlıdır. Yəni İran daha çox “qızıl orta” axtarışındadır. 




****
Bu gün noyabrın 27-də Vyanada OPEC - neft ixrac edən ölkələrin növbəti sammiti olacaq. Nüfuzlu ekspertlərin hesablamalarına əsasən, əgər təşkilat üzvləri toplantı zamanı hasilatla bağlı kvotaları aşağı salmaqla bağlı konsensus əldə eləməsə, neftin qiyməti indiki 78-80 dollardan da aşağıya enərək 60 dollara düşəcək.

Məlumat üçün bildirək ki, OPEC ölkələrinin payına dünya neft hasilatının 40%-i düşür. Hazırda kartel gündə 30 milyon barel neft hasil edir. Əgər bütün üzv ölkələr növbəti toplantıda hasilatın həcmini təxminən 1 milyon barel həcmində azaltmasa, o zaman qiymət həqiqətən 60 dollara enəcək.


Müşahidəçilərə görə, 12 OPEC üzvünün anlaşma əldə eləməsi elə də asan olmayacaq. Belə ki, Səudiyyə Ərəbistanı kvotaların aşağı salınmasına qarşı çıxır. Venesuela, İran, Nigeriya kimi kasıb ölkələr isə neftin qiymətinin düşməsinin öhdəsindən çətinliklə gəlirlər. İş ondadır ki, Səudiyyə Ərəbistanı qurumun ən böyük ixracatçısıdır: gündə o, 9.7 milyon barel neft çıxarır. Bu da OPEC-in 1/3- deməkdir. 

Təsadüfi deyil ki, sammit ərəfəsində keçirilən konfransda Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Meksika nümayəndələri hasilatın azaldılması barədə razılıq əldə edə bilməyiblər. Belə görünür, Vyana sammiti də Moskvanın strateji istəyinin gerçəkləşməməsi ilə yekunlaşacaq. 

****
Söz yox ki, toplantının Azərbaycana da əhəmiyyətli təsiri olacaq. Ölkəmiz OPEC-ə daxil deyil. Bu baxımdan Rusiya kimi o da qurumun qərarlarına təsir eləmək gücündə deyil. Odur ki, müəyyən mənada Azərbaycan da Rusiya ilə birgə “yana bilər”. Xatırladaq ki, 2015-ci il büdcə layihəsində Brent markalı Azərbaycan neftinin qiyməti 1 barel üçün 90 dollar nəzərdə tutulub. Ən son məlumatlara görə isə Bakı nefti dünya bazarında 78 dollara satılır.

Yerli ekspertlər qiymətinin aşağı düşməsini Azərbaycan üçün də arzuolunan saymırlar.



Məsələn, iqtisadçı Vüqar Bayramov musavat.com-a açıqlamasında bildirib ki, bu, Azərbaycanın dövlət gəlirlərinin azalmasına gətirib çıxarır: “Azərbaycanın ixracatının 94 faizinin neft və neft məhsulları olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, neftin ucuzlaşması Azərbaycanın ixracatının 94 faizinə birbaşa təsir göstərir. İndiki məqamda büdcənin gəlirlərinin hazırkı həcmdə saxlanması üçün uyğun qiymət 90 dollardır. Əgər 90 dollardan az, 80 dollara qədər olsa, ciddi problem yaratmır. 80 dollardan aşağı ensə, Azərbaycan iqtisadiyyatı üçün problem yarada bilər”.

Ekspert neftin qiymətinin yaxın dövrlərdə 50 dollara qədər azalacağını güman eləmir: “Qısa müddətli dövrdə 50 dollara qədər enmə mümkündür. Ancaq uzunmüddətli dövrdə bu, praktik olaraq mümkünsüzdür, ona görə ki, investorlar bu qiymətə neftin satılmasında maraqlı olmayacaqlar. Çünki bu, artıq xərcindən aşağı neftin satılması deməkdir”.(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar