Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC-in Vyana sammitindən müsbət qərar gözlənilmir

OPEC ölkələrinin Vyanada keçiriləcək növbəti iclasına bir həftə qalsa da, üzv ölkələrin hər hansı razılıq əldə etməsi mümkün görünmür


"Report" xəbər verir ki, neft qiymətlərinin artması Səudiyyə Ərəbistanı ilə İran arasında rəqabəti daha da qızışdırıb. 

Səudiyyə Ərəbistanının öz şərtlərini irəli sürməsi tərəflərə razılaşmaq imkanı verməyəcəyi ilə bağlı ehtimalları gücləndirib. Qeyd edək ki, İran tərəfi də hazırda hasilatın dondurulması və ya azaldılması ilə bağlı niyyətinin olmadığını bildirib.

Ekspertlərin fikrincə, təşkilatın daxilində qərar mexanizminin zəifləməsi, ümumiyyətlə, OPEC-in nüfuzunu itirməsinə səbəb olub. Səudiyyə Ərəbistanının post-neft dövrü ilə bağlı planlarını açıqlaması isə onun OPEC-dən çıxması ehtimallarını artırıb. Dohada keçirilən son sammitdə Səudiyyə Ərəbistanının neft hasilatını dondurma qərarını son anda iflasa uğratması bu ölkənin gələcəkdə təkbaşına hərəkət etmək istədiyi barədə fikirlər yaradıb. Belə ki, Doha sammitindən sonra Səudiyyə Ərəbistanı nəinki hasilatı dondurmaq istəmədiyini, hətta onun artırılması ilə bağlı niyyətini açıqlayıb.

"Reuters"in məlumatına görə, OPEC-in Vyana görüşündə razılığın əldə olunacağı gözlənilmir. Bazar tələbatın artması və təklifin azalması hesabına bərpa olunur və səbəbdən əlavə qərarların qəbul edilməsinə ehtiyac yoxdur. Qeyd edək ki, Rusiya tərəfi əvvəlcədən Vyana sammitinə qatılmayacağını açıqlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar