Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC+ anlaşması ləğv oluna bilər


OPEC və ona üzv olmayan ölkələrin neft nazirlərinin iyulun 24-də Sankt-Peterburqda (Rusiya) keçiriləcək Monitorinq Komitəsinin iclası böyük əhəmiyyət daşıyır


OPEC 30 noyabr Vyana anlaşmasının fiaskoya uğradığını artıq anlayır. Qlobal neft ehtiyatları azalmır, anlaşmada istisna təşkil edən Liviya və Nigeriya, həmçinin ABŞ-da şist neft hasilatı isə artmağa davam edir.

OPEC hazırda ABŞ şist neft hasilatçılarına təsir edə bilmir, lakin Liviya və Nigeriyaya təsir imkanı çətin də olsa qalır. Lakin ən əsası odur ki, Liviya və Nigeriya hasilatını məhdudlaşdıracağı təqdirdə belə, qiymətlər yüksələcək və bu zaman da ABŞ hasilatı daha da artıracaq. Yəni, neft bazarında vəziyyət kritik həddə çatıb. 

Həmçinin bildirmək lazımdır ki, Liviya və Nigeriyanı da razı salmaq çətin məsələdir. Bu iki ölkə daxili problemlər səbəbindən kəskin maliyyə ehtiyacı ilə üzləşib. Həmçinin, Ekvador və Qazaxıstanın hasilat kvotalarına riayət etməməsi OPEC+ anlaşmasının gələcəyi üçün təhlükə yaradıb. Belə ki, bu ölkələrin hasilatı artırması digər ölkələri də belə bir addım atmağa sövq edə bilər. Bu halda OPEC+ anlaşması ləğv ediləcək və qiymətlərin 20 dollar/barelə qədər düşməsi ehtimalı yaranacaq.

"Report"un analitik qrupu bildirir ki, sammitdə Liviya və Nigeriyanın anlaşmaya qoşulması qərara alınarsa, neft qiymətlərinin qısa müddətdə 50 dollar/bareli keçdikdən sonra yenidən 45 dollar/barel səviyyəsinə qayıdacağı proqnozlaşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar