Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

O, Xamneinin əleyhdarı, İranın “Boris Yeltsin“i olacaq


Əhmədinejad üçün üç ssenari


Şahir Şahidsaless

"Atlantic Council"

Bu xəbər İranda şok yaratdı: mübahisəli sabiq prezidenti Mahmud Əhmədinejad 19 May seçkilərində yenidən prezidentliyə namizədliyini qeydə aldırdı. Onlarla jurnalistin gözü qarşısında o, aprelin 12-də Daxili İşlər Nazirliyinə təşrif gətirib lazımi sənədləri təqdim etdi.

Ötən ilin sentyabrında İranın ali lideri Ayətullah Əli Xamnei Əhmədinejadı nəzərdə tutaraq öz bəyanatında demişdi: "Mən ona demədim ki, seçkilərdə iştirak etməyin. Dedim: "Mən sizin və ölkə üçün iştirakınızı məqsədəuyğun saymıram".

Buna cavab olaraqsa, Əhmədinejad çıxışında demişdi: "Ağa mənə dedi ki, prezidentliyə namizədliyi irəli sürmək məqsədəuyğun deyil. Mən də dedim ki, yaxşı. Bu söhbət belə də bitdi".

Əhmədinejad, həmçinin liderə, prezident seçkilərində iştirak etməyəcəyini açıq-aydın bəyan edən müraciətnamə də yaymışdı.

Amma qeydiyyatdan sonra Əhmədinejad reportyorlara deyib: "Bəziləri deyir ki, Rəhbərin söylədiyi qadağan idi".

Əslində, şiə ənənəsinə görə, mərceyi-təqlidin qadağasını təqlid edənin – müqəllidin pozmaq haqqı yoxdur. Lakin Əhmədinejad iddia edir ki, bu, Rəhbərin əmri deyil, "məsləhəti"dir.

Əhmədinejadın bu addımının arxasında nə durur və o, seçkinin nəticəsinə necə təsir edə bilər?

Mühafizəkarların təhlili buna dayaqlanır ki, Əhmədinejad mötədilləri və ya islahatçıları deyil, onları "məhv etmək" niyyətindədir. O, sübut etmək istəyir ki, hətta arxa çevirdikləri halda da, mühafizəkarların ona ehtiyacı var və mötədilər/islahatçılara qarşı mühafizəkarların heç bir şansı yoxdur.

Onlara istinad nöqtəsi lazımdır. Amma Əhmədinejad hazırkı prezident Həsən Ruhaninin tərəfdarlarının səsini özünə cəlb edə bilməz. Çünki onlar Əhmədinejada nifrət edirlər və 2009-cu ilin seçkilərində onun rəqibi Mir Hüseyn Musəvini dəstəkləyirdilər. Həmin seçkilərdə Əhmədinejad mübahisəli qələbə qazandı və hökumət kütləvi küçə etirazlarını zorla yatırdı. Buna görə də, Əhmədinejad yalnız mühafizəkar qrupların namizədinin, o cümlədən qəfildən İranın siyasi məkanında mümkün prezident və ya Xamneinin varisi kimi ortaya çıxan ruhani İbrahim Rəisinin xeyrinə olacaq səsləri özünə cəlb edə bilər. Bu halda, böyük ehtimalla, mühafizəkarlar Ruhaninin təmsil etdiyi mötədillərə/islahatçılara məğlub olacaq.

Əhmədinejadın 2015-ci ildə korrupsiya ittihamı ilə həbs edilən tərəfkeşi Həmid Bəqayi də prezidentliyə namizədliyini irəli sürüb. Qeydiyyatdan sonra Əhmədinejad bildirib: "Qardaşım Bəqayiyə dəstək üçün namizədliyimi rəsmiləşdirmişəm".

İrandakı müşahidəçilərin fikrincə, Bəqayi yalnız Əhmədinejadın fəaliyyətinə örtükdür.

Müşahidəçilərin arasında Əhmədinejadın ultra-mühafizəkar Nəzarətçilər Şurası tərəfindən kənarlaşdırılması məsələsində fikir ayrılığı var, amma Bəqayinin namizədliyinə hamılıqla "süzgəcdən keçməyəcək" rəyindədirlər.

Əhmədinejadın kənarlaşdırılacağını iddia edənlər deyirlər ki, namizədin seçkilərə buraxılması üçün əsas şərtlərdən biri onun "praktik baxımından Vəliyi-fəqihin göstərişlərinə riayət etməsidir". Əhmədinejad, həmin qrupuna rəyinə görə, Xamneinin məsləhətinə məhəl qoymamaqla, bu şərti pozub. Sabiq prezident yalnız ali lider bunu Şuraya dediyi təqdirdə, namizəd vəsiqəsi qazanacaq.

Rəqib qrup iddia edir ki, Şura və Xamnei üçün Əhmədinejadı kənarlaşdırmaq baha başa gələcək. Bu müşahidəçilər deyir ki, Nəzarət Şurası artıq iki dəfə onu namizəd kimi təsdiq edib və çox da uzaq olmayan keçmişdə (2009-ci ildə) Xamnei Əhmədinejadı dəstəkləyib; Əhmədinejadın fikirlərini təqdir edib və onun qələbəsini "ilahi iradə" adlandırıb. Ona görə də, Əhmədinejadı kənarlaşdırması qərarı yalnız Şuranı yox, hətta ali dini lideri pis vəziyyətdə qoyur.

Bu qrupun daha bir maraqlı dəlili var. Onlar deyir ki, Əhmədinejadın seçkilərdə iştirakı seçicilərin fəallığını artıracaq, çünki onun təsdiqlənməsi həm tərəfdarları, həm də əleyhdarlarını səfərbər edəcək.

İranda seçki iqlimi əvvəlki seçkilərdən fərqli olaraq, qeyri-adi dərəcədə sakitdir. Seçkilərlə bağlı Xamneinin məqsədi yüksək seçici iştirakını təmin etməkdir. Bu, Pensilvaniya Avenyuda çaxan ildırımlar fonunda xüsusilə vacibdir, sistemə beynəlxalq səhnədə legitimlik verir. Xamnei dəfələrlə deyib: "Hətta rejimin tərəfdarları olmayanlar belə, ölkə naminə səs verir".

Əhmədinejada namizəd vəsiqəsi veriləcəyi rəyinin tərəfdarları deyir ki, bu, demokratiyanın təzahürü olacaq, amma "dərin dövlət" bilir ki, o, qalib gəlməyəcək.

Üç ssenari mümkündür:

Birincisi, Əhmədinejad təsdiq olunarsa, gələcəkdə İran siyasətində rol oynamaq üçün prinsipçilər (mühafizəkar) düşərgəsinin liderləri ilə danışıqlar apara bilər. Onların razılığa gəlməsi çətindir. Buna görə də, o, seçkidə iştiraka davam edəcək və çox güman ki, Ruhaniyə məğlub olacaq. İstənilən halda, Əhmədinejad siyasi qüvvə kimi davamlı aktuallığını nümayiş etdirə bilər.

İkinci, lakin az ehtimal olunan ssenari prezidentliyi dövründə Əhmədinejadın sağ əli Müctəba Səməre Haşiminin seçkilərə qatılmasıdır. Tanınmış analitik Səid Haccarianın rəyinə görə, Səməre Əhmədinejadın çevrəsində seçkiyə buraxılmağa layiq yeganə şəxsdir. Seçicilərin diqqətini cəlb edəndən sonra Əhmədinejad geri çəkilə, lakin Səmərenin fəal dəstəkçisi ola bilər.

Üçüncü ssenariyə əsasən, Əhmədinejadın namizədliyi rədd edilsə, onun populist sosial bazası bərpa olunacaq, daha çox populyarlıq əldə edib, nəinki Xamnei, həm də "dərin dövlət"ə qarşı mübarizə aparacaq. Sovet İttifaqında Boris Yeltsin nümunəsində olduğu kimi, Əhmədinejad bütün sistemə alternativ kimi görünəcək. Bu fikri İranda tanınmış politoloq və iqtisadçı Səid Laylaz müdafiə edir. Yeltsin Kommunist Partiyasının Siyasi Bürosuna qarşı üsyan qaldıran zaman o, iqtidar əleyhdarı olan siyasi xadim kimi şöhrət qazandı və Sovet İttifaqının dağılmasından sonra Rusiyanın ilk prezidenti kimi son seçkinin qalib oldu. 

"Təkrar edirəm… Əhmədinejad bunu etməyə qadirdir", – Laylaz bildirir.
(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar