Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

O, Trampın üzünə də tüpürə bilər


Murad Köhnəqala yazır...


ABŞ-ın xüsusi xidmət orqanlarının dünya pop kraliçası Madonna barədə araşdırmalara başladığı haqda xəbər yayılıb. Səbəb Madonnanın ABŞ-ın yeni prezidenti Tramp əleyhinə keçirilən qadın yürüşündə Ağ Evi partlatmaq barədə səsləndirdiyi fikirlərdi.
 
Madonna kimdi? Yoxsul və mühafizəkar ailədə böyüyən Madonna kafedə xidmətçi, teatrda paltarasan kimi işlərdə çalışıb. Azad ruhlu, çılğın, dəlisov qızcığazı dindar ailədə başa düşmədiklərinə görə o, evdən qaçıb. İşlədiyi kafelərin birində həm də mahnı oxuyaraq müştərilərin sayını artırıb. Bununla da müğənnilik karyerasına başlayıb. Qazandığı xırda pullarla öz imici üzərində daim işləyən Madonna yoxsulluqdan və mühafizəkar amerikan cəmiyyətinin ona olan münasibətindən qətiyyən sınmayıb, həvəsdən düşməyib. O, albomlarının satışına və təşkil etdiyi turnelərə görə Ginnesin Rekordlar kitabında tez-tez yeniləmələr eləyir.
 
  
Kafe xidmətçisindən dünya pop kraliçası zirvəsinə qədər yüksələn Madonna ümumiyyətlə, planetin ən güclü qadınlarından sayılır. Konsertlərindən qazandığı vəsaitin mühüm hissəsini Şərqi Afrika ölkələrində yoxsulluqdan əziyyət çəkən uşaqların təhsili və maddi təminatı üçün xərcləyir. Afrika ölkələri hökumətlərinin icazəsini almaq üçün sona qədər dirəşən müğənni, qara qitədə qeyri-insani şəraitdə yaşayan uşaqlar üçün xeyli sayda uşaq evləri və məktəblər açıb. Yoxsulluqla mübarizə fondlarının büdcəsinə yüz minlərlə dollar köçürüb.
 
Sənətinə gəlincə, qeyri-adi performansları, ağlagəlməz cəsarəti, sərhədsizliyi və istedadı ilə Maykl Ceksonla eyni şöhrəti bölüşən Madonna milyonların qəlbində özünə yuva qurub.
Onun ən güclü silahı xarakteridi. Madonna səhnədə də, həyatda da xarakter göstərir. Məsələn, onu heç vaxt zəngin və görməmiş kişilərin qoltuğunda görmək mümkün deyil.
O, musiqi dünyasının dəmir ledisidi. “Day another day”ın müəlifini həbsxana ilə qorxutmaq absurd deyilmi? Yaxud bir neçə il öncə səhnədə çarmıxa çəkilmiş İsa obrazına görə katoliklər tərəfindən hədələnmələr, cərimələr, məhkəmə çəkişmələrini xatırlayaq.
Madonna sona qədər dediyindən dönmədi.
 
Madonna bir çox ünlü xələfindən fərqli olaraq, səhnədə özünü sırf kişi zövqünə hesablanmış seksual obyekt kimi tanıtdırmayıb. Onun daxilində gizlənmiş döyüşçü nindza, silikon budlu gözəlçə cildinə girib kişilərin qucağında nazlanmağa maneə olur. Əlbəttə, hansısa kişinin qucağına hoppanmaq Madonna üçün qəti problem deyil, problem burda həmin kişi üçün yarana bilər, yəni bizim ledi bir jestlə onun boynunu sındıra bilər.
 
Nə üçün bu qadından bu qədər danışdım?

Səhnədə xaçı yandıran, ABŞ bayrağı ilə masturbasiya eləyən adamı prezident əleyhinə səsləndirdiyi fikirlərə görə təhdid etmək gülünc görünür.  Madonna Trampın üzünə də tüpürə bilər, Ağ Evin içində təbii ehtiyacını da ödəyə bilər.

Narkotik ittihamı irəli sürəcəklər? Narkotikdən istifadə etdiyini o, dəfələrlə etiraf edib. Çılpaq şəkillərini yayacaqlar? 70-ci illərin “nude art”ın (çılpaq incəsənət) əsas siması olub. Lesbiyanlıqda suçlayacaqlar? Mediaya biseksual olduğunu özü açıqlayıb, həmkarı və həmcinsi Britney Spearsla kameraların qarşısında öpüşüb.
 
Uzağı həbs edəcəklər. Həbsxanada məhkumlara konsert verəcək. Üstəlik milyonlarla fanatın yumruq xoruna davam gətirəcək həbsxana tikilməyib.  “Tanrı qədər məşhur olmaq istəyən” birini belə təhdidlərlə qorxutmaq mənasızdı.
 
Şəxsən mən Madonnanın tərəfindəyəm! (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar