Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nyu-York teraktı Trampın xeyrinə, yoxsa ziyanına işləyəcək?


Qabil Hüseynli: “İŞİD bu aksiya ilə göstərmək istədi ki, dünyanın istənilən yerində, o cümlədən dünyanın ən qüdrətli dövlətinin əsas şəhərində də, terror aktı həyata keçirə bilər və bu terrorlar heç də, təkcə bombalarla reallaşmaz”


Əhəd Məmmədli: “ABŞ əvvəlki kimi harda və necə istəyərək hərbi əməliyyatlar aparmaq gücündə və imkanında deyil. Yaxın və Uzaq Şərqdə, Afrikada, Latın Amerikasında, hər yerdə amerikan imperializminə müqavimət göstərəcək güvvələr var”.

Xəbər verdiyimiz kimi dünən ABŞ-da insan təlafatı ilə nəticələnən terror aktı baş verib. Nyu-Yorkda, Manhetten rayonunda sürücü yük maşınını piyadaların üzərinə sürüb. Adıçəkilən part turistlərin ən çox getdiyi yerlərdən biridir. Polisin rəsmi məlumatına görə, cani bir saatlıq icarə götürdüyü yük maşını ilə velosipedçilər üçün ayrılmış zolağın hərəkət hissəsinə çıxıb və qarşısına çıxan hər kəsi vurub. Daha sonra onun idarə etdiyi yük maşını məktəb avtobusuna çırpılaraq dayanıb. Ən son məlumata görə, insident nəticəsində 8 nəfər ölüb, 15 nəfər yaralanıb. Şübhəli şəxs isə artıq tutulub. Bu Florida ştatında yaşayan Özbəkistan vətəndaşı Sayfullo Saipov adlı şəxsdir. O, 2010-cu ildə ABŞ-da yaşama hüququ əldə edib. 29 yaşlı şübhəli İŞİD adından hərəkət etməsinə dair məktub yazıb. Məktub onun idarə etdiyi maşının yanında tapılıb.

Qeyd edək ki, terror aktından bir neçə gün əvvəl xüsusi prokuror Robert Müller Rusiyanın ötən il ABŞ-da keçirilən prezident seçkisinə iddia olunan müdaxiləsiylə bağlı istintaq çərçivəsində Donald Trampın seçki qərargahının keçmiş rəhbəri və dpvlət başçısının işgüzar tərəfdaşı Rik Seytsə qarşı 12 maddədən ibarət ittiham irəli sürülüb. Eyni zamanda Trampın seçki kampaniyası ərəfəsində müşavirlərindən biri olan Corc Papadopoulosun xüsusi prokurorun istintaq qrupuna etdiyi etirafların bəzi detalları açıqlanıb. Bütün bunlar isə Trampı çox ağır vəziyyətə salıb. Ümumiyyətlə isə ABŞ və İngiltərə mətbuatı hesab edir ki, ötən ay Tramp üçün ən çətin ay olub. Bundan başqa Public Policy Polling (PPP) firmasının keçirdiyi son rəy sorğusuna görə, amerikalıların yarısı prezident Donald Trump-ın impiçmentini dəstəkləyir. Xüsusi prokuror Robert Müllerin araşdırmaları isə gələn ilin əvvəlində Tramp üçün impiçment əsasları yarada bilər.

Bundan başqa ABŞ-ın Dövlət Katibi Reks Tillerson Konqressə müraciət edərək ABŞ ordusundan dünyanın hər yerində istifadə etmək icazəsinin  adminstrasiyaya verilməsini istəyib. Dövlət Katibi bu istəyini dünyanın hər yerində terrorizmə qarşı effektli mübarizə aparmaqla əlaqələndirib.

Bu ərəfədə isə Nyu-Yorkda terror aktının baş verməsi sirrli suallar doğurur. Halbuki daha əvvəl Tramp bildirmişdi ki, terorçuların ABŞ-da teror törətmələri üçün heç bir imkanları yoxdur. Qeyd edək ki, bəzi analitiklər və yazarlar hələ də 1 sentyabr 2001-ci terrorunun məhz ABŞ xüsusi xidmət orqanlarının həyata keçirdiklərini sübut etməyə çalışırlar. 
  
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloqlar Qabil HüseynliƏhəd Məmmədliyə müraciət edib.



Qabil Hüseynli: “Nyu-Yorkda baş verən terror aksiyasını ABŞ-ın Suriyadakı siyasəti ilə bağlı olduğunu gözləmək mümkündür”.


Politoloq Qabil Hüseynli Nyu-Yorkda baş verən terror hadisəsinin İŞİD-in əli ilə hazırlandığını və uzun müddətdir ki, həyata keçirilməsinin planlaşdırıldığın qeyd edib:

“Dünən axşam Nyu-Yorkda baş verən terror aksiyasını ölkənin prezidentinin, yaxud da Tillersonun bəyanatı ilə əlaqələndirmək bəlkə də, düzgün olmaz. Çünki Nyu-Yorkda baş verən terror hadisəsi İŞİD-in əli ilə hazırlanıb və verilən məlumatlara görə uzun müddətdir ki, həyata keçirilməsi planlaşdırılırıb. 

Mən hesab edirəm ki, bu terrorun Özbəkistan vətəndaşı tərəfindən törədilməsi onu göstərir ki, bu terror İŞİD-in təsiri altında olan, dünyadan gedən siyasi proseslərdən o qədər də xəbəri olmayan vəhabi görüşlü insan tərəfindən həyata keçirilib. Həmçinin İŞİD bu aksiya ilə göstərmək istədi ki, dünyanın istənilən yerində, o cümlədən dünyanın ən qüdrətli dövlətinin əsas şəhərində də terror aktı həyata keçirə bilər və bu terrorlar heç də, təkcə bombalarla reallaşmaz.

Onu da qeyd edim ki, Nyu-Yorkda baş verən terror aksiyasını ABŞ-ın Suriyadakı siyasəti ilə bağlı olduğunu gözləmək mümkündür. Çünki bildiyimiz kimi Suriya bölgəsində İŞİD-çilər daha çox sıx fəaliyyət göstərilər”. 



Əhəd Məmmədli: “Amerikan siyasi elitasında Trampa qarşı qərəz açıq aşkar görünməkdədir”.


Belə davam edərsə yaxın ərəfədə Trampın istefasının gündəmə gələcəyini  söyləyən politoloq Əhəd Məmmədlinin fikrincə isə Donald Tramp seçiləndən bu günə qədər daxildən təxribatlara məruz qalmaqda davam edir:

“Ümümiyyətlə həyatda təsadüf yoxdur. Lakin ABŞ əvvəlki kimi harda və necə istəyərək hərbi əməliyyatlar aparmaq gücündə və imkanında deyil. Yaxın və Uzaq Şərqdə, Afrikada, Latın Amerikasında, hər yerdə amerikan imperializminə müqavimət göstərəcək güvvələr var. Nyu-Yorkda baş verən terror hadisəsi isə Trampın impiçment məsələsini gündəmə gəlməsini yaxınlaşdıra bilər. 

Belə bir görüntü yarana bilər ki, Donald Tramp ölkəni nəzarət edə bilmir. Zatən Trampın hər qanunu, qərarını Konqres rədd etməklə məşğuldur. Belə davam etsə, çox keçməz Trampın istefası tələb edilə bilər. Donald Tramp seçiləndən bu günə qədər daxildən sabotaj edilməkdə davam edir. Amerikan siyasi elitasında ona qarşı qərəz açıq aşkar görünməkdədir”.

Nərminə UMUDLU
pia.az




.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar