Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nursultan Nazarbayevin həyat yoluna dair kitab Azərbaycan dilində nəşr olunub


Bu günlərdə Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin ömür yolundan bəhs edən "Nursultan Nazarbayev. Həyat yolu" kitabı Azərbaycan dilində nəşr olunub


Kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan prezidenti Katibliyinin müdiri Mahmud Kasımbekovdur. Kitabda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin insanlara dərs ola biləcək təlatümlü və maraqlı həyatı, odla-alovla apardığı mübarizədən, ölkənin var olmasının ölüm-qalım savaşında yadellilər və böyük güclərlə olan mücadilələrindən danışılır. Kitabın içərisindəki sənədlər prezident Nursultan Nazarbayevin şəxsi arxivindəki sənədlər və şəkillərdən ibarətdir.

Kitaba ön sözü Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov yazıb.

Kitabı rus dilindən Azərbaycan dilinə Azərbaycan Ali Media Mükafatı laureatı, İ.Qaspralı adına Beynəlxalq Türk Akademiyasının media mükafatı, publisist jurnalist, AZTV-nin Orta Asiya ölkələri üzrə müxbir bürosunun keçmiş rəhbəri Aida Eyvazova (Aida Eyvazlı Göytürk) tərcümə edib. Kitabın ərsəyə gəlməsinin məsləhətçiləri Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdıralı və fəlsəfə doktoru, Azərbaycan Milli Məclisinin deputatı Cavanşçir Feyziyevdir. Kitabın redaktoru Vəli Əkbərdir.

Hər iki dost ölkə arasındakı əlaqələri dəyərləndirən professor Əli Həsənov kitaba yazdığı ön sözdə əsərin məziyyətlərindən danışaraq, həm də iki dost ölkənin qardaşlıq və dostluq münasibətlərini önə çəkib. Eyni taleyi yaşayan hər iki xalqın həyatında liderlərin danılmaz rolundan söhbət açıb. "Böyük qazax şairi O. Süleymenov ümummilli liderimiz Heydər Əliyev barədə xatirələrində onu iri hərflərlə USTAD deyə anırdı. Ümummilli liderimiz bu ünvana sadəcə Azərbaycan tarixində oynadığı rola görə deyil, eyni zamanda Qazaxıstana və O, Süleymenov kimi aydınlara qarşı həyata keçirilən ədalətsizliklərə göz yummamasına görə layiq bilinmişdir. İndi biz eyni ünvanı Türk dünyasının digər ağsaqqalı, qazaxların fəxrlə “Elbası” adlandırdıqları hörmətli Nursultan Nazarbayev haqqında da söyləyə bilərik".

Əli Həsənovun qeyd etdiyi kimi,Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsidir ki, hazırda Qazaxıstanda xalqlar və millətlər arasında möhkəm sülh, sabitlik hökm sürür, multikultural dəyərlər daşıyan funksional bir cəmiyyət formalaşmışdır. 130-dan artıq xalqın nümayəndələri, o cümlədən azərbaycanlılar vətəndaş sülhü və ümummilli həmrəylik şəraitində yaşayır və fəaliyyət göstərirlər.

"Nursultan Nazarbayev: həyat yolu kitabı bu ölkədə yaşayan azərbaycanlılar üçün də ana dilimizin qorunub saxlanması zəminində böyük bir hədiyyədir. Nəzərə alanda ki, Qazaxıstan Respublikası artıq latın əlifbasına keçid mərhələsindədir, Azərbaycan dilinə çevrilmiş kitabı qazax qardaşlarımızda yaxın vaxtlarda çox asanlıqla oxuya biləcklər. Astana və Almatı şəhərlərində kitabın təqdimatının həyata keçirilməsi planlaşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar