Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nuranə, yoxsa Natalya? – İstanbulda ölən qızla bağlı yeni məlumatlar


İstanbulda yaşanan terror hadisəsi zamanı öldüyü deyilən və Nurlana Həsənova kimi təqdim edilən şəxs Azərbaycan vətəndaşı deyil


Space TV-nin Türkiyə Təmsilçiliyindən BakiPost.az-a verilən məlumata görə, hadisə zamanı azərbaycanlı Günel Həsənova sol qolundan kəsilmiş yaralar, Rəşad Vəliyev isə güllə yarası alıb. Hazırda onun vəziyyəti yaxşıdır.

Məlumatda qeyd olunur ki, hadisə zamanı ölənlər arasında Natalya adlı Rusiya vətəndaşı var: “Çox güman ki, mətbuatda Nurlana kimi təqdim olunan xanım Natalyadır. Ol bilsin ki, cənazə Azərbaycana göndərilməsin. Çünki o xanım Azərbaycan vətəndaşı deyil. Ona görə də Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna cənazənin Bakıya aparılması üçün müraciət olmayıb. Əgər Rusiyanın İstanbuldakı Konsulluğundan icazə ala bilsələr, cənazəni apara bilərlər. Ümumiyyətlə, cənazələr rəsmi icazə verildikdən sonra ölkələrinə göndəriləcək”

Təmsilçilikdən o da bildirilib ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu hadisə yaşanan vaxtdan etibarən mütəmadi olaraq həmvətənlərimizlə bağlı bütün məlumatları onlara çatdırır.

Xatırladaq ki, İstanbulda elit əyləncə mərkəzi “Reina”da terrorçu tərəfindən azərbaycanlı Nuranə Həsənovanın da güllələndiyi açıqlanmışdı. Hətta onun cənazəsinin bu gün dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi gözlənilirdi.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar