Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz ərəfəsində 14 min İran vətəndaşına Azərbaycan vizası verilib


“Bu il Novruz bayramı ərəfəsində təxminən 14 min İran vətəndaşına Baş Konsulluq tərəfindən viza rəsmiləşdirilib”


Bu barədə APA-ya Azərbaycanın Təbrizdəki baş konsulu Əliyyənağı Hüseynov məlumat verib. 

O bildirib ki, ölkəyə gələn iranlı turistlərin sayının artması Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəsinin göstəricisidir: “İranlı turistlər özlərini Azərbaycanda rahat və təhlükəsiz hiss edirlər. Viza ilə bağlı daxil olan müraciətlərin 100 faizinə müsbət cavab verilib. Bu dövr ərzində Baş Konsulluq gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və orta hesabla desək, viza müraciətləri 3 iş günündən az bir müddət ərzində cavablandırılıb. Müqayisə üçün deyim ki, Baş Konsulluq tərəfindən 2016-cı ildə 50 minə yaxın viza verilib. Yeni yaradılmış “ASAN Viza” sistemi əcnəbi vətəndaşlar, o cümlədən İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş və elektron qaydada tez bir şəkildə viza almasında mühüm rol oynayır. Düzdür, VISA və "MasterCard" ödəniş sistemlərinin İran ərazisində işləməməsi İran vətəndaşlarına “ASAN viza”dan tam yararlanmağa imkan vermir. Bayramlar ərəfəsində səfirlik və Baş Konsulluğun gücləndirilmiş iş rejimində çalışması bunu kompensasiya edir".
 
Diplomat qeyd edib ki, vizanın rüsumu 20 ABŞ dollarıdır və ödənişlər bank hesabı vasitəsilə həyata keçirilir: "Biz həm fərdi, həm də turizm agentlikləri vasitəsilə daxil olan müraciətlərə baxırıq. Turizm agentlikləri göstərdikləri xidmət müqabilində vətəndaşlardan viza rüsumundan əlavə xidmət haqqı da alırlar ki, bunun bizə aidiyyəti yoxdur. Bu, normal haldır və bütün dünyada rast gəlinir”.
 
Baş konsul hazırda da çoxsaylı viza müraciətlərinin daxil olduğunu söyləyib.
 
Ə. Hüseynov deyib ki, bu gün ortaq tarixi, mədəni və dini dəyərlərə söykənən Azərbaycan-İran əlaqələri yüksək səviyyədədir: “Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində imzalanan sənədlər, əldə olunan razılıqlar dediklərimizə bariz sübutdur. Biz də öz növbəmizdə iki ölkə əməkdaşlığına töhfə verməyə çalışırıq. Baş Konsulluq İranın müxtəlif regionları ilə ölkəmiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ostandarların Azərbaycana səfərlərinin təşkili, konsulluq xidmətlərinin göstərilməsi, Azərbaycan vətəndaşlarına konsulluq dəstəyinin təmin edilməsi, mədəni-humanitar əlaqələrin, turizmin inkişafının təşviqi, İran vətəndaşları üçün Azərbaycana giriş vizasının rəsmiləşdirilməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar