Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz Məmmədov Dövlət Departamentini ittiham etdi


“Təəssüflər olsun ki, son zamanlar ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycanla bağlı bir sıra əsassız, həqiqəti əks etdirməyən bəyanatlar verir. Görünür, bu yolla ölkənin daxili işlərinə qarışmaq və ona təzyiq göstərmək daha məqbul hesab edilir”.


Pia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün açıqlamasına münasibət bildirən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz MəmmədovAzərTAc” dövlət agentliyinə açıqlamasında deyib.  
 
“Yaxşı olardı ki, qanunun aliliyini əlində bayraq edən Dövlət Departamenti bütün bu illər ərzində işğalçı Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə maddi və mənəvi yardım göstərmək əvəzinə, 20 ildən artıq müddətdə bütün hüquqlarından məhrum olmuş bir milyon qaçqın və köçkünün vəziyyəti və hüquqları ilə bağlı bəyanat verəydi. Yaxşı olardı ki, qanunun aliliyini əlində bayraq edən Dövlət Departamenti ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç olmasa bir dəfə özünün yaratdığı beynəlxalq hüquq çərçivəsində ədalətli mövqe bildirəydi”-deyə N. Məmmədov bildirib.
 
PA rəsmisi qeyd edib ki, ABŞ belə mühüm məsələlərə məhəl qoymayaraq insan hüquqları və azadlıqları məsələlərini istədiyi zaman qaldırmağı yalnız özünün beynəlxalq öhdəliyi hesab edir: “Dövlət Departamenti isə sözçüsünün vasitəsilə Azərbaycanla Avropa İttifaqı və ABŞ arasındakı əməkdaşlığa kölgə salmaq, Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar