Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novella Cəfəroğlu Xədicə İsmayılı təhqir etdi


Hüquq müdafiəçisi Novella Cəfəroğlu jurnalist Xədicə İsmayılın onun haqqında söylədiyi ittihamlarına cavab verib


N. Cəfəroğlu APA-ya açıqlamasında X. İsmayılın ünvanına ittihamlar səsləndirib: "Əgər Xədicə İsmayıl məni hökumətlə əməkdaşlıqda ittiham edirsə, mən də bildirirəm ki, elə Xədicə özü onun haqqında yayılan videodan sonra hakimiyyətlə işbirliyi qurub. Bəli, mən və bizim monitorinq qrupu hökumətlə əməkdaşlıq edirik. Amma onun kimi əməkdaşlıq etmirik. Mən hökumətlə dialoq aparıram. Məhbusların hüquqlarını müdafiə edirəm, mən Xədicə İsmayıl kimi "işverənlik” etmirəm”. 

N. Cəfəroğlu əlavə edib ki, Xədicə İsmayılın bu gün Leyla Yunusun həbsi ilə bağlı keçirilən tədbirdə etdikləri Leyla Yunusun vəziyyətini ağırlaşdırmaqdan başqa bir şey deyil.

Qeyd edək ki, Xədicə İsmayıl bu gün Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbsi ilə bağlı keçirilən tədbirdə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətini hakimiyyətlə əməkdaşlıqda ittiham edib.

 O bildirib ki, həbsdə olan məhbuslardan bəzi hüquq müdafiəçilərinin onların adından istifadə etməsi barədə şikayətlər gəlir: "Biz yığışaraq, bu insanların adlarını açıqlamalıyıq. Mətbuat bu şəxslərə yer verməməlidir ki, onlar özlərinin hüquq müdafiəçisi kimi cəmiyyətə təqdim etsinlər. Bu şəxslər Avropada hakimiyyətin lobbiçiliyi aparırlar. Leyla Yunusun təqdim etdiyi siyasi məhbus siyahısı ilə onların hazırladığı siyahı üst-üstə düşmür”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar