Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Növbədənkənar seçkilər Qarabağ danışıqlarına görə elan olunub? - Tofiq Zülfüqarovun şərhi


Sabiq xarici işlər naziri: “Növbədənkənar prezident seçkisinin elan olunmasının Qarabağla bağlılığı əsas məsələ deyil”


Ermənistanda keçiriləcək seçkilərdən sonra Azərbaycanın oktyabra qədər gözləməyi sadəcə Qarabağ problemi üçün itirilmiş vaxt kimi olacaqdı”.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanda növbədənkənar prezident seçkilərinin salınmasının Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi addım kimi olacaq iddialarını PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. 

Bəzi iddilara görə aprelin 11-nə növbədənkənar prezident seçkilərinin salınması Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində bu il ciddi addımların atılması gözləntiləri ilə bağlıdır. Rusiyanın “Kommersant” qəzeti yazır ki, Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin Ermənistanda yeni konstitusiya əsasında həyata keçirilcək hakimiyyət dəyişiklikləri ilə demək olar eyni vaxta təsadüf edəcəyinə diqqəti cəlb edir. Belə ki, aprelin 18-də Ermənistan parlament üsul-idarəçiliyinə keçəcək. Prezident Serj Sərkisyanın baş nazir postuna keçəcəyi gözlənilir. Qəzet qeyd edir ki, Azərbaycandakı növbədənkənar seçkilərdə prezident İlham Əliyevin qalib gələcəyinə şübhə yoxdur. Və ehtimal edilir ki, hər iki münaqişə tərəfində təxminən eyni vaxtda baş verəcək bu siyasi hadisələr Qarabağa dair hansısa aralıq qərarın qəbulu ilə bağlı ola bilər. Bu qənaəti qəzetlə erməni siyasi texnoloq Vigen Akopyan bölüşüb. Akopyana görə iln birinci yarısında hər iki ölkədə liderlərin seçkisinin keçirilməsi tərəflərə imkan verə bilər ki, Dağlıq Qarabağ münaqişəsinə dair “yüksək dərəcədə legitimlik tələb edən” hansısa aralıq qərarlar qəbul etsin.

Həmçinin “Kafkazskiy uzel” nəşrinə növbədənkənar seçkilərin elanı haqda Azərbaycan Prezidentinin sərəncamını şərh edərkən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib ki, prezident seçkilərinin vaxtının dəyişdirilməsi Qarabağ üzrə güzəştlərlə bağlıdır. Rasim Musabəyov qeyd edib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin Azərbaycanda oktyabrda prezident seçkilərinin gözlənməsi bəhanəsi ilə uzanmaması üçün onların vaxtını da aprelə dəyişmək qərarına gəliblər. Ola bilər ki, çətin, sıçrayış xarakterli güzəştlər gözlənilir və onları prezident seçkilərindən sonra həyata keçirmək daha yaxşıdır.

Mövu ilə bağlı PİA.AZ-ın əməkdaşı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrənib.



Tofiq Zülfüqarov: “Prezident seçkilərinin vaxtının dəyişməsi Dağlıq Qarabağ probleminin həllində müsbət rol oynaya bilər”.


Qarabağ münaqişəsinin həlli üçün münbit platforma formalaşmadığın vurğulayan sabiq xarici işlər naziri PİA.AZ-a açıqlamasında qeyd edib ki, Ermənistan tərəfi belə bir konstriktiv mövqedən uzaqdır:

“Qismən ola bilər ki, növbədənkənar prezident seçkisinin elan olunması Qarabağ münaqişəsinin tənzimlənməsi prosesin ilə bağlıdır. Amma mən hesab etmirəm ki, növbədənkənar prezident seçkilərinin aprelə salınması Qarabağla bağlılığı əsas məsələ olsun. Bu qərarın verilməsində əsas məsələlər başqa faktorlardır. Onu da qeyd edim ki, prezident seçkilərinin vaxtının dəyişməsi Dağlıq Qarabağ probleminin həllində müsbət rol oynaya bilər. 

Bəzi şərhçilər də onu qeyd edib, mən də bu o fikirlərlə razıyam ki, Ermənistanda keçiriləcək seçkilərdən sonra Azərbaycanın oktyabra qədər gözləməyi sadəcə Qarabağ problemi üçün itirilmiş vaxt kimi olacaqdı. Çünki ermənilər bu məsələni birbaşa seçkilərlə bağlayardılar və öz passivliklərinin səbəbini məhz bunda göstərirdilər. Yəni danışıqlara getməmək, real məsələləri müzakirə etməmək və s. Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərinə görə ermənilər bu bəhanədən məhrum olurlar. 

Tofiq Zülfüqarov: “Əgər bu məsələyə ermənilər açıq şəkildə yox deyirlərsə, demək ki, nə danışıqlar, nə də sülh prosesi yoxdur”.


Məsələnin başqa bir tərəfi də odur ki, xaricdə olan bəzi qüvvələr həmişəki kimi, bu və ya digər şəkildə seçkilərə müdaxilə üçün planlar qururlar. Bu planlar da vaxt baxımından pozulur. Bu da müsbət bir haldır. Çünki həmin planlanlarda Azərbaycanın xeyrinə zidd olan hansısa əməlləri, təxribatları həyata keçirmək mümkün olmayacaq.

Sırf Qarabağ məsələsinin həllinə gəlincə, Qarabağ münaqişəsinin həlli üçün münbit platforma formalaşmayıb. İlk növbədə ona görə ki, Ermənistan tərəfi belə bir konstriktiv mövqedən uzaqdır. Həmçinin Ermənistanın siyasi elitası son zamanlar öz bəyanatların daha da radikalaşdırırlar. Hesab edirəm ki,  bu şəraitdə hansısa real nəticəyə gətirən danışıqlar mümkün deyil. 

Sərksyanın və başqalarının çıxışların nəzərə alsaq görərik ki, onlar açıq şəkildə deyirlər ki, heç bir torpağın azad olunmasından söhbət gedə bilməz. Azərbaycanın da əsas məqsədi işğal olunmuş torpaqları azad etmək və Qarabağdan didərgin salınmış insanların öz torpaqlarına qayıtmasıdır. Əgər bu məsələyə ermənilər açıq şəkildə yox deyirlərsə, demək ki, nə danışıqlar, nə də sülh prosesi yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar