İranın nüvə razılaşmasına uymadığını sübut edən fakt yoxdur
Axar.az xəbər verir ki, bu sözləri Nobel Sülh mükafatı qazanan Nüvə Silahlarının Məhv Edilməsi Kampaniyasının (İCAN) direktoru Biatris Fin (Beatrice Fihn) söyləyib. O, ABŞ hökumətini bu razılaşmanı ləğv etməməyə çağırıb.
Biatris nüvə silahlarının təhlükəsizlik üçün gərəkli olduğunu söyləyən ölkələrin Şimali Koreyanı nüvə silahsızlaşdırılması məsələsində razı sala bilməyəcəklərini deyib.
pia.az