Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nizami və Mirhüseyn qumara qurban gedib - 400 min dollarlıq qazanc

"Keşlə"nin futbolçularının "Neftçi"yə qarşı bilərəkdən oynamadıqlarına dair iddialarla bağlı yeni təfərrüat üzə çıxıb


Oktyabrın 25-də keçirilmiş Topaz Premyer Liqasının XIII turunun görüşünə mütəşəkkil qrup müxtəlif xarici bukmeyker kontorlarından fərqli kombinasiyalar üzrə (üst, qol-qol və "Neftçi"nin qələbəsi) 100 min dollar pul qoyuluşu edib.
 
İddia olunur ki, bunun üçün əvvəlcədən "Keşlə"nin 6 futbolçusunun hər birinə 5000 dollar ödənilib. Lakin həmin oyunçuların adları açıqlanmır. Artıq futboldan ömürlük uzaqlaşdırılan Nizami Hacıyevlə Mirhüseyn Seyidov "Keşlə"də yarımmüdafiəçi mövqeyində çıxış etdiklərindən, prosesə arxa xətt oyunçularının da cəlb olunduqları istisna deyil. Planın baş tutması qarşılığında mütəşəkkil qrup ən azı 400 min dollar qazanc əldə edib.
 
"Keşlə" rəsmiləri isə məsələdən işi "düzüb-qoşan" şəxsin "lazım olsa, bütün komandanı alaram" sözlərini ağzından qaçırmasından sonra duyuq düşüb. Baş məşqçi Ramiz Məmmədov şəxsi təcrübəsinə əsaslanaraq, bilərəkdən oynamayan futbolçuları müəyyənləşdirib. Daha sonra o, mətbuat konfransında "bəzi futbolçular imkanlarından aşağı çıxış etdilər. Onların adlarını desək, bu, böyük partlayışa səbəb olar" açıqlamasını verib.
 
Qeyd edək ki, "Neftçi"-"Keşlə" matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.(sportnet.az)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar