Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nizami Gəncəvini öz tikdiyi qaladan atanlar


Qismət yazır


Dünyada elə məqam sahibləri var ki, onların çatdığı mərtəbədə bütün təyinlər əriyib yoxa çıxır, sıfır nöqtəsinə qayıdır. Onların adı özündən əvvəl heç bir statusu qəbul etmir: “Şair Nizami” deməzlər, “Şair Şekspir” yazmazlar. Onlar artıq özləri özlərinə bərabərdilər.
 
Tələbəlik illərimdə Nizamini yenidən oxuyanda içimə bir qurd düşmüşdü. Ola bilməzdi ki, məktəbdə bizə tədris edilən, aforizmləri bütün divarların alın yazısı olmuş Nizami bu qədər bəsit şeylər yazsın. Və bir gün rastıma “Xəmsə”nin sovet vaxtı nəşr olunmuş filoloji (sətri) tərcümələri çıxdı. O gün anladım ki, bir neçə səviyyədə aldadılmışıq: 1) orta məktəb dərsliyi səviyyəsində aldadılmışıq, belə ki, şagird ağlımızın dərk etməsi qeyri-mümkün mətləbləri tutuquşu əzbərləməli olmuşuq; 2) tərcümələr səviyyəsində aldadılmışıq, belə ki, Nizami sovet şairlərinin heca vəznli, diringə xarakterli yüngül tərcümələrində sənətkarlıdan uzaq, adama ancaq nəsihət verən, darıxdırıcı qoca kimi görünür.
 
Niyə belə olub bəs? Niyə Nizamiyə belə yanaşıb istedadlı şairlərimiz? Cavabı Nizaminin özündə, “Yeddi gözəl”dəki bir əhvalatda tapdım.
 
Padşah Yəzdigurd oğlu Bəhramı Ərəbistanda yetişdirmək üçün Nemana tapşırır. Neman yollandıqları vilayətdə Bəhram üçün bir qəsr tikdirməli olur. Yaxına-uzağa çapar göndərirlər, xəbər gəlir ki, Rum elində Simnar adlı bir usta var, namı dünyanı tutub, “daşı muma çevirən zirək bir memardır”. Qısa kəsirəm, Simnar dəvəti qəbul edib gəlir və Bəhram üçün Xəvərnəq adlı bir qəsr tikir ki, tamaşasına aləm yığışır. Bu kamil iş üçün Simnara saysız-hesabsız hədiyyələr bağışlayan Neman ondan soruşur: Sən bu saraydan gözəlini tikə bilərsənmi? Simnar deyir: Bundan yüz dəfə gözəlini də tikərəm, “ bu üçrəngdirsə, o yüzrəng olar; o yaqutdan olar, bu isə daşdandır”. Neman bu cavabı eşidəndə içinə bir od düşür. Sonrasını olduğu kimi Nizamidən oxuyaq:
 
“...Neman ürəyində dedi: “Mən əgər bunu zor və ya zərlə sağ qoysam,
Bundan yaxşı bir qəsri başqa yerdə tikər.
Adımı-sanımı puç edər.
Öz yazdığı kitabı – Xəvərnəqi – üzüqara edər.
Neman öz işçilərinə buyurdu ki,
Simnarı tez aparıb öz tikdiyi qəsrin başından yerə atsınlar...” 

QİSMƏT(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar