Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

köhnə


Goranboyun icra başçısı 10 hektarlıq gips yatağını otlaq sahəsi olaraq özünüküləşdirib və Ziya Məmmədovu aldatmağa çalışır


İcra başçısı otlaq adı ilə sənədləşdirdiyi yatağı gələcəkdə baha qiymətə satmağı planlaşdırır. 

Goranboy rayon icra başçısı Nizaməddin Quliyev 10 hektar ərazini əhatə edən gips yatağını otlaq sahəsi adı altında özünüküləşdirib. 

Bu barədə Goranboydan AzFakt.com-a daxil olan məlumatda bildirilir. Məlumata əsasən icra başçısı Goranboyun Ağcakənd kəndi ərazisində yerləşən həmin ərazini simvolik qiymətə «əldə» edib. Belə ki, ərazini yaxın adamlarından birinin adına otlaq sahəsi kimi sənədləşdirən Nizaməddin Quliyev bu yolla həm gips yatağını gizli saxlamağa, həm də milyonlarla manat qiyməti olan ərazini su qiymətinə özünüküləşdirməyə nail olub. 

Məlumatlı verən mənbənin bildirdiyinə görə Nizaməddin Quliyevin əsas məqsədi həmçinin gips yatağını hamisi, Nəqliyyat naziri Ziya Məmmədovun diqqətindən yayındırmaq olub. Qeyd edək ki, ölkədə gips istehsalı ilə ancaq iki şirkət məşğul olur və onlardan biri də Ziya Məmmədovun oğlu Anar Məmmədova aid olan «Garant Holding»dir. Bundan əvvəldə «Garant Holding»in adı ərazidə gips yataqları ilə bağlı qalmaqallarda hallanmışdı. Azərbaycan tikinti materialları bazarında xüsusi çəkisi olan"Goranboy Gips" ASC-nin rəhbəri Füzuli Qasımov şirkətinin Ziya Məmmədov tərəfindən zorla alınması barədə bəyanatlar səsləndirmişdi. 

Məlumatda bildirilir ki, Nizaməddin Quliyev hal hazırda özünüküləşdirdiyi gips yatağını istismar etmək niyyətində deyil. Mənbə bildirir ki, icra başçısı həmin yatağı «qara gün» üçün özəlləşdirib və ancaq müəyyən zamandan sonra həmin ərazini baha qiymətə satmağı düşünür. Alıcı isə təbii ki, ya «Garant Holding», ya da «Gilan Holding» ola bilər. Çünki gips bazarında ancaq bu iki şirkət çalışmaqdadır. Mənbə iddia edir ki, Nizaməddin Quliyevin əsas məqsədi gips yatağını bir müddət sonra «Gilan Holding»ə satmaqdır. Yataq Nizaməddin Quliyevin uzaq qohumlarından birinə sənədləşdirildiynə görə, başçı özünü biruzə vermədən gələcəkdə həmin adam vasitəsi ilə yatağı əsil qiymətinə satmağı düşünür. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq... 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar