Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə Suriya kürdləri istər ABŞ, istərsə də Rusiya üçün önəmlidir?


Rus ordusu Türkiyə sərhədində YPQ-PYQ militanları ilə birlikdə patrulluq edir


Arzu Nağıyev: “Rusiya kürd dövləti yaradaraq, kürdlər vasitəsilə Türkiyə, Suriyaİraq sərhədlərində nəzarəti  tam şəkildə ələ keçirmək istəyir”.

Yayılan məlumata görə, üç gün öncə Soçidə Putinlə görüşən Ərdoğan Rusiya prezidentinə Suriyanın Afrin şəhərində YPQ-PYQ militanları ilə rus hərbçilərinin birgə patrulluq etdiyi şəkilləri Rusiya prezidentinə təqdim edib. Həmçinin görüş ərəfəsində BBC-nin rus xidməti sosial şəbəkələrdə paylaşılan şəkil və videoları yayaraq yazıb ki, ötən həftə rus ordusu kürdlərin nəzarətində olan Afrin şəhərinə gəlib və Türkiyə sərhədində kürd terrorçuları ilə birlikdə patrul xidmətini həyata keçirməyə başlayıb. 

Rus ordu hissəsinin Türkiyə sərhədində keşik çəkməsinə Ərdoğan nə qədər dözüm nümayiş etdirə bilər və bu hadisə yenidən Türkiyə ilə Rusiya arasında gərginliyə səbəb ola bilərmi? Eyni zamanda Suriya kürdləri istər ABŞ, istərsə də Rusiya üçün digər Suriya xalqlarından önəmlidir. Kürd faktorunun Suriya məsələsində hansı geosiyasi əhəmiyyəti var?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Arzu Nağıyevin fikirlərini öyrənib.

Картинки по запросу arzu nağıyav

Arzu Nağıyev: “PKK və ya PYD-nin Rusiya ilə birgə Suriyada patrul xidmətini qurması və eyni zamanda onlara müəyyən təlimlər keçməsi gözlənilən idi”.


Suriya ərazisində Rusiya ilə PKK-PYD-in birləşəcəyinin gözlənilən olduğunu qeyd edən politoloq Arzu Nağıyevə görə, kürd faktoru geosiyasi və iqtisadi baxımdan böyük üstünlüklərə sahib olduğuna görə Suriyada gedən proseslərdə hər bir dövlət öz mənfəətini düşünür:

“Dəfələrlə qeyd edildiyi kimi, Suriya ərazisində gedən proseslərdə hər bir dövlətin öz maraqları var. Bu hər zaman mövcud olub. Əsas məqamlardan biri məhz Türkiyə və Rusiyanın maraqlarının nədən ibarət olduğunu təhlil etməkdir. Türkiyə öz sərhədindən 90 km ərazidə, kürdlərin nəzarətində olan Suriya ərazisində bir bufor zona yaratmağa çalışırdı. Məhz buna görə də öz ordusundan hərtərəfli istifadə edərək həmin ərazini nəzarətə götürmüşdü. Nəzarətə götürməkdə əsas məqsəd Orta Doğu projesində Suriya ərazisi də daxil olmaqla, kürd dövlətinin yaranmasından ibarətdir. Bunun əsas qollardan biri PYD və PKK-dan ibarət idi. Eyni zamanda Hələb şəhərinin yaxınlığında, Türkiyənin sərhəd ərazi sayılan yerdə də  var. Hələb yaxınlığında olan ərazidən Rusiyanın bazasına qədər müəyyən məsafə də var. Məhz bu  baxımdan prinsipial mövqe nəyin bahasına olursa olsun, həmin ərazilərdə kürd  dövlətinin yaranmamasından ibarət idi. Lakin Orta Doğu projesində də Rusiyanın əsas maraqlarından biri məhz kürd dövlətinin yaranmasıdır. Çünki Rusiya Suriya və Türkiyədə nəzarəti bütünlüklə öz üzərinə götürmək istəyir. Digər tərəfdən onların İraqla sərhədi olduğuna görə, həmin ərazilərə müəyyən mənada nüfuz edə bilərdi.

Arzu Nağıyev: Rusiya Suriya və Türkiyədə nəzarəti bütünlüklə öz üzərinə götürmək istəyir”.


Məlum məsələdir ki, bu gün Suriya ərazisində Bəşər Əsədin öz ordusu ilə yanaşı, Rusiya Federasiyasının hərbçiləri, İŞİD, kürdlər silahlıları, başqa müxalif hərbi qüvvələr var. Həmçinin İsrailin müdafiə ordusu  deyilən bir hissə əraziyə nəzarət edir. Bu gün PKK və ya PYD-nin Rusiya ilə birgə Suriyada patrul xidmətini qurması və eyni zamanda onlara müəyyən təlimlər keçməsi gözlənilən idi. Burada Türkiyə üçün problem yaradan çox böyük məqamlar var. Ona görə də istər Astara, istərsə digər görüşlərdə ABŞ-ın marağı olmadıqca, Suriya ərazisində hansısa müsbət tendensiyadan danışmaq mümkün deyil. Suriya ərazisində Rusiyanın Türkiyəyə qarşı müəyyən narazılığı var. O baxımdan son bombalama əməliyyatları da aparıldı. Suriya məsələsində artıq Türkiyə ilə Rusiya arasında haçalanma prosesi başlayıb. Bu baxımdan bir-birinə zidd olan proseslərdə iştirak edirlər. Ancaq bu vəziyyət gözlənilən idi. Bu prosesin sonunun necə olacağı hələlik görünmür. 

Kürd faktorunun əhəmiyyətinə gəlincə, ümumiyyətlə, Suriya ərazisində ikinci bir dövlət yaratmaq istəyirlər və bu dövlətə birbaşa Rusiya təsir edə bilər. Rusiya kürd dövləti yaradaraq, kürdlər vasitəsilə Türkiyə, Suriyaİraq sərhədlərində nəzarəti  tam şəkildə ələ keçirmək istəyir. Məlumdur ki, bu ərazilərdə böyük təbii sərvətlər var. Geosiyasi və iqtisadi baxımdan Rusiyanın öz maraqları olduğuna görə kürd dövlətinin yaranmasına can atır və nə olursa olsun, kürdlərə köməklik göstərməyə çalışır”.

Gülşən ŞƏRİF
pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar