Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nişanlı qız özünü öldürdü - Cəlilabadda

Cəlilabad rayonunun Moranlı kəndində 17 yaşlı qızın intihar etməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub


Lent.az-ın əldə etdiyi məlumata görə, kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynova Kifayət Əlfəddin qızı 9-cu sinifi bitirdikdən sonra təhsilini davam etdirməyib. 

Kənd məktəbi 9 illik olduğundan və ən yaxınlıqdakı tam orta məktəb 4-5 kilometr məsafədə yerləşdiyindən K.Hüseynova təhsilini yarımçıq saxlayıb.
 
K.Hüseynova bir müddət əvvəl Bakıda yaşayan uzaq qohumuna nişanlanıbmış.
 
İntihar hadisəsinin hansı şəraitdə baş verməsinə gəlincə, bu gün səhər saatlarında 17 yaşlı qızın atası həyətə düşüb və talvarın altında nəyinsə asılı vəziyyətdə qaldığını görüb. Nə baş verdiyini anlamayan kişi yaxınlaşdıqda qızının asılı vəziyyətdə qalmış meyitini görüb və şoka düşüb. O, tez qızını yuxarı qaldırıb onu xilas etməyə çalışsa da, artıq gec olub.
 
Yaxınları K.Hüseynovanın hər hansı probleminin olmadığını bildiriblər.
 
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
 
*****
 
Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Moranlı kənd sakini 1999-cu il təvəllüdlü Kifayət Hüseynova özünü yaşadığı evin həyətindəki tikilidə asaraq intihar edib.
 
 
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar