Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikahın qeydiyyatı zamanı sifət tanınacaq


İndi sifətin tanınması texnologiyası əsasən xüsusi təhlükəli cinayətkarları aşkar etmək üçün istifadə olunur


Amma tezliklə sözügedən texnologiya Çində mülki məqsədlə (kəbin kəsmə mərasimi zamanı) tətbiq edilə bilər. Hərçənd ki sifətin tanınması texnologiyası bu vəziyyətdə də qanunu pozanları aşkar etmək üçün nəzərdə tutulub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Çin rəsmiləri hesab edirlər ki, belə yanaşma fırıldaqçılar tərəfindən nikah sənədlərinin alınması üçün kənar pasportlardan istifadə halları ilə bağlı cinayətlərin sayını azaldacaq. Yeni texnologiya çox tezliklə Çunsin şəhərinin VVAQ-da (Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi) tətbiq ediləcək.

Çində nikahın rəsmiləşdirilməsi üçün pasportdan başqa, bir çox başqa sənədlər də təqdim etmək lazımdır ki, bu da xeyli vaxt itkisinə səbəb olur. Yeni texnologiyanın tətbiqi qeydiyyat prosedurunu xeyli asanlaşdıracaq və sürətləndirəcək.

Sifətin tanınması üzrə yeni sistem məlumatların işlənməsinə 0,3 saniyə sərf edir ki, bu da analoqlarından bir neçə yüz dəfə daha sürətlidir. Sistemin yaradıcıları əmin edirlər ki, yeni sistem, hətta əkizləri ayırd edə və plastik əməliyyatla sifətinin xüsusiyyətlərini dəyişdirmiş insanları düzgün eyniləşdirə bilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar