Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nifrət dili



Noyabrın 22-dən 25-dək Batumidə Cənubi Qafqaz ölkələrinin mətbuatında nifrət dili ilə bağlı aparılan monitorinqin nəticələri ilə bağlı tədbir keçirildi


Tədbir bir sıra maraqlı məqamları ilə yadda qaldı. Məlum oldu ki, Ermənistan mətbuatı Azərbaycana qarşı daha aqressivdi və demək olar hər yazıda nifrət aşılayır.

Bu tədbir olmadan da Ermənistanın və onun mediasının hansı mövqe tutması bəlli idi. Bu tədbirlə bu, bir daha sübut olundu, həm də başqa ölkələrdən olan nümayəndə heyətlərinin iştirakı ilə.

Batumidəki nifrət dili tədbirindən bir neçə gün əvvəl elə bu şəhərdə Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə Vətəndaş Cəmiyyəti Forumu keçirilmişdi. Tədbirin keçirildiyi zalın foyesində Çexiyanın “People in Need” təşkilatının Azərbaycanla bağlı tənqidi plakatlar asmasına görə qalmaqal baş vermişdi və bu olay həmin forumda iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun hazırladığı operativ reportajla musavat.com saytında dərc olunmuşdu. 

Azərbaycan cəmiyyəti bu olaydan məhz bu reportaj vasitəsilə xəbər tutdu.

Bəs bundan sonra nə baş verdi?

Bu reportajdan sonra Rauf Arifoğluya və “Yeni Müsavat” qəzetinə qarşı başlayan hücumlar, bu hücumlar zamanı seçilən ifadələr sözün əsl mənasında nifrət dili idi və bu üslub hələ də davam edir.

Əslində nə baş verib? Bir jurnalist, qəzet, sayt rəhbəri iştirak elədiyi tədbirdə baş verən qalmaqalı xəbərə çevirərək onu öz oxucularına çatdırıb. Bu hər bir jurnalistin doğal hüququdur və Rauf Arifoğlu da bu hüququndan istifadə edib, olayı günün, həftənin, ayın əsas mövzusuna çevirib. Baş verən hadisə bir gündəm yaradıb, medianın, siyasi çevrələrin, hətta beynəlxalq aləmin əsas müzakirə mövzularından birinə çevrilib.

Bəs niyə bu məsələ Azərbaycandakı bəlli bir dairəni bu qədər qıcıqlandırıb? Niyə bu qədər qəzəblənib, “Yeni Müsavat”a, onun rəhbərinə qarşı hücuma keçiblər?  Səbəbini biz bilirik. 

Amma bizdən əvvəl özləri öz üslubları, yazıları ilə dedilər. Bəlli oldu ki, bunları qəzəbləndirən həmin reportajda müəllifin başqa bir şəxsin, konkret olaraq həmin günə qədər   Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasına rəhbərlik edən Vüqar Bayramovun dilindən  “People in Need”in ermənipərəst təşkilat olmasının yazılmasıdır.

Forumda təşkil olunan sərgiyə etiraz edənlər,  plakatı cıranlar qalıb kənarda, düşüblər bu olaydan xəbər düzəldən “Yeni Müsavat”ın üstünə. Sanki biz Azərbaycanda siyasi məhbusların olduğunu inkar edirik, onların azadlığa buraxılmasını istəmirik. 

Demək olar ki, hər gün “Yeni Müsavat”da siyasi dustaqlarla, vicdan məhbusları ilə bağlı yazılar dərc olunur. Onların özlərinin bəyanatları, vəkillərinin, yaxınlarının açıqlamaları verilir. Hər belə həbslər zamanı əməkdaşlarımız səhərdən axşamadək kimlərinsə evinin, ofisinin, prokurorluğun, məhkəmələrin qarşısında keşik çəkirlər. Aylarla, illərlə qəzetin səhifələri siyasi məhbusların şəkillərini bəzəyir, onlar haqqında yazılar, ailələrindən reportajlar hazırlanır. Bütün bunlar siyasi məhbusları, hüququ pozulanları, azadlığı əlindən alınanları müdafiə etmək deyilmi? Kiminsə dilindən hansısa xarici təşkilatın ermənipərəst olduğunu yazmaq nə zamandan qəbahət sayılır? Həm də sonrakı günlərdə bu təşkilatın ermənilərin mövqeyindən çıxış etdiyini ortaya qoyan xeyli faktlar aşkarlandı.   

Kimlərsə hansısa fikirlə, məqamla razılaşmaya bilər. Amma bu mövqeyi bu cür ifadə etmək, bir olay haqda hazırlanan reportaja görə insanları təhqir eləmək  heç nəyə sığmır. Bu, tam bir nifrət dilidir. Dilinizə sahib çıxın. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Arif Məmmədov kimdən tövsiyə alır - Üstüörtülü açıqlamanın açıq sualları

Ən çox oxunanalar