Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəzir qutularına yığılan pullar hara xərclənir?



Rəsmi məlumatlara görə, ölkədə 500-ə qədər ziyarətgah var


Azərbaycandakı məscid və ziyarətgahlarda quraşdırılan nəzir qutularına yığılan pulların hara xərcləndiyi dəfələrlə ictimai müzakirə mövzusu olub.

 Müşahidələr göstərir ki, nəzir qutularına heç də az vəsait toplanmır.

Rəsmi məlumatlara görə, ölkədə 500-ə qədər ziyarətgah var. Onlardan 50-dən çoxu daha məşhurdu və daha fəal fəaliyyət göstərir. Bu ziyarətgahlara hər gün yüzlərlə ziyarətçi baş çəkir. Amma nəzir qutularına yığılan pulların miqdarı barədə rəsmi açıqlama verilmir.

Maraqlıdır, gün ərzində dolub-boşalan qutulardakı nəzirlər hansı sosial məqsədlər üçün istifadə edilib və ya edilməkdədir?

Bununla bağlı Modern.az saytına açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın bildirdiyinə görə, hər bir məscidin öz icması mövcuddur və həmin icma daxili məsələləri həll edir.

“Məscidlərin nəzir qutularına toplanan vəsait, ilk növbədə, məscidin daxili ehtiyacları-kommunal xərclərin ödənilməsi, cari təmir işləri, işçilərin məvacibi üçün sərf olunur”.

QMİ rəsmisi onu da deyib ki, əgər yığılan nəzirdən lazımi məqsədlər üçün istifadə etdikdən sonra artıq qalırsa, ehtiyacı olanlara da yardım edilir: “Vəsait qalırsa, icmanın qərarı ilə müraciət edən ehtiyacı olan şəxslərə də yardım edilir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar