Fransanın PSJ klubunun Braziliya və uruqvaylı futbolçuları Neymar və Kavani pul üstündə əlbəyaxa olublar
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, insident "Lyon" üzərində qazanılan 2:0-lıq qələbədən sonra soyunub-geyinmə otağında baş verib. Tyaqo Silva və Markinyos onları dava etməyə qoymayıblar.
Kavaninin müqaviləsində mövsümün sonunda çempionatı ən yaxşı bombardir kimi bitirəcəyi təqdirdə uruqvaylıya təqribən 1 milyon avro veriləcəyinə dair bənd yer alıb.
Xatırladaq ki, matçın gedişində də penalti zərbəsini yerinə yetirməklə bağlı sözügedən futbolçular arasında narazılıq yaşanmışdı.
pia.az