Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimili “Gənc İlhamçılar“ın Şəki şəhərində yay düşərgəsində istirahəti başa çatıb


Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki tədbirlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən daha bir maraqlı layihə başa çatıb


Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki  şəhər İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrinin  uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər -ümumi sayı 100 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsində məktəblilərin istirahəti başa çatıb.

Nəsimi rayon İcra Hakimiyyəti  və Şəki  şəhər İcra Hakimiyyəti tərəfindən  məktəblilərin xoş istirahəti üçün hər cür şərait yaradılan düşərgədə uşaqların istirahətini daha  da maraqlı  və yaddaqalan edən  silsilə tədbirlər keçirilmişdir. Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən  dərslər, müxtəlif mövzularda məşğələlər,  maraqlı intellektual oyunlar və  debatlar təşkil edilib. Məktəblilər hər axşam Azərbaycan filmlərinə baxış və digər maraqlı tədbirlər, həmçinin  əyləncəli diskotekalarda istirahətlərini davam etdiriblər.«Gənc İlhamçılar» düşərgədə yüngül atletika, dama, şahmat, futbol, voleybol, tennis, qol güləşi, kəndir dartma və digər maraqlı idman yarışlarında iştirak ediblər.  

Düşərgədə məktəblilərin istirahəti üçün  Şəki şəhərinin görməli mədəni tarixi yerlərinə ekskursiyalar, gəzintilər təşkil edilmişdir. Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərində Heydər Əliyev Mərkəzinin qonağı olublar. Daha sonra  Şəki Xan sarayına, R.Əfəndiyev adına Tarix-diyarşünaslıq muzeyinə, Xalq Tətbiqi Sənəti Muzeyinə, Karvansaraya, Şəhidlər Xiyabanına, 1941-1945 abidəsinə, Kiş kəndindəki qədim Alban məbədinə və Marxal istirahət mərkəzinə maraqlı ekskursiyalar təşkil edilmişdir. Düşərgə iştirakçıları həmçinin  Şəki ponaramasından şəhəri də maraqla seyr ediblər. 

«Gənc İlhamçılar»ın  yay istirahət düşərgəsində keçən mənalı və yaddaqalan istirahəti başa çatmış və bununla əlaqədar Marxal İstirahət Mərkəzində Yay teatrında  təntənəli bağlanış mərasimi keçirilmişdir. Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbir Şəki şəhər məktəblilərinin maraqlı konserti ilə başlamış daha sonra “Gənc İlhamçılar”ın xüsusi hazırlanmış rəqsi ilə davam edib. 

Təntənəli bağlanış mərasimində Nəsimi  rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək düşərgə layihəsinin əhəmiyyətini vurğulamış, “Gənc İlhamçılar” düşərgəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq və yeniyetmələrə olan diqqət və qayğısınin bariz nümunəsi olduğunu bildirmiş,  ölkə başçısının yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın   uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açıb. 

Tədbirdə  Şəki şəhər İcra Hakimiyyətinin Başçısı Elxan Usubov  çıxış edərək məktəblilərin vətənə sevgi və məhəbbət ruhunda tərbiyəsi istiqamətində Nəsimi rayon məktəblilərinin «Gənc İlhamçılar» düşərgəsinin rolunu çox yüksək qiymətləndirərək, bu layihənin davamlı olmasınının vacibliyini qeyd etmiş və  dövlətimiz tərəfindən uşaq və yeniyetmələrlə bağlı həyata keçirilən tədbirlərdən danışıb.  

Sonra düşərgədə keçirilən bilik və idman yarışlarında qalib gəlmiş, nizam-intizamda fərqlənən bir qrup şagirdlərə  hədiyyələr və xatirə medalları,  həmçinin  uşaqların tərbiyəsi ilə məşğul olan  dəstə rəhbərlərinə qiymətli hədiyyələr təqdim edilib.

 Düşərgə uşaqların xatirində silinməz izlər buraxmış, maraqlı istirahətdən sonra Bakıya qayıdan  yeniyetmələr və onların valideynləri məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın   öz minnətdarlıqlarını bildiriblər.


pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar