Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunun nümayəndə heyəti Xocalıya həsr olunmuş tədbirlərdə iştirak ediblər - Kocaelidə

Nəsimi rayonunun nümayəndə heyəti Kocaeli vilayətində Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlərdə iştirak ediblər


Xocalı faciəsinin 26-cı ildönümü münasibəti ilə Türkiyənin Kocaeli vilayətinin ayrı-ayrı şəhərlərində silsilə tədbirlər keçirilmiş, Nəsimi rayon İH-nin nümayəndə heyəti  həmin tədbirlərdə iştirak edərək tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumatlar vermiş, özləri ilə apardıqları Xocalı faciəsindən bəhs edən, kitabları, bukletləri, foto və video materialları tədbir iştirakçılarına paylamışlar.

 Xocalı faciəsinə həsr edilmiş tədbirlər çərçivəsində Türkiyənin ən böyük vilayətlərindən biri olan Kocaelinin  Körfez bələdiyyəsi ərazisində  Xocalı parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilmişdir. 
Yüzlərlə insanın, millət vəkilləri, rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxış  edənlər  Dağlıq Qarabağ münaqişəsi, ermənilərin törətdikləri Xocalı soyqırımı barədə məlumatlar verdikdən sonra , etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyən ermənilərin  ədalət qarşısında cavab verməsini istəyənlər  “Xocalıya ədalət” deyənlərin yanında olduqlarını bildiriblər. 

Səfər çərçivəsində Türkiyədə olan nümayəndə heyətinin  Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu ilə görüşü keçirilmişdir.  Görüşdə İ.Karaosmanoğlu bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayət rəsmi sənədlərdə və fotolarda öz əksini tapıb. Qadınların və uşaqların işgəncələrlə qətlə yetirilməsi ermənilərin terrorçu bir xalq olduğunu təsdiq edir.“Türkiyə hər zaman Azərbaycanın yanında olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinə də dəstək verməyə hazırdır. Türkiyə Azərbaycandan da daim dəstək görür. Bu, həm siyasi, həm də diplomatik dəstəkdir”,- deyə bələdiyyə sədri bildirib.

Görüşdə  Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva  Kocaeli vilayətinin Körfəz bələdiyyəsi  ərazisində  şəhidlərin xatirəsinə ucaldılan abidə ilə bağlı bələdiyyə sədri İbrahim Karaosmanoğluna minnətdarlığını bildirib. Gülarə Verdiyeva  həmçinin erməni terrorçularının törətdiyi qanlı hadisə ilə bağlı türkiyəli rəsmilərə geniş məlumat verib. Sonra Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev çıxış edərək bildirib ki, 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi yeni başladığı dövrlərdə ilk dəstək qardaş Türkiyədən gəlib. Qardaş ölkənin dəstəyini bu gün də bizdən əsirgəmədiyini deyən Qarabağ əlili Azərbaycanın da hər zaman Türkiyənin yayında olduğunu söyləyib.
Sonda Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədrinə xatirə hədiyyələri təqdim olunub

Nüməyəndə  heyəti  Xocalı faciəsinə həsr edilmiş tədbirlər çərçivəsində fevral ayının 27-də  Sakarya  Karasu   bölgəsində “ Qarabağ”  küçəsinin,  Xocalı parkı  və  abidəsinin  açılış  mərasimində  iştirak etmişlər.

Tədbirdə  çıxış  edən Nəsimi  Rayon  İcra  Hakimiyyəti  Başçısının  birinci müavini Gülarə Verdiyeva  bildirdi ki, 1992-ci il fevralın  25-dən 26-na keçən gecə erməni silahlı dəstələri  Xankəndində yerləşdirilmiş keçmiş SSR-nin 366-cı moto-atıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişdir. Bir gecə içərisində qədim Xocalı yerlə yeksan edilmişdir,cinəyatkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin əsir götürülərək ağlasığmaz təhqirlərə məruz qalmış, 150 nəfərin taleyi hələ də məlum deyildir. Gülarə Verdiyeva çıxışına davam edərək bildirdi ki, 8 ailə bütünlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynlərini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Təəssüf ki, dünya birliyi hələ də susur. 2008-ci ildən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” Beynəlxalq Kompaniyasına başlanılmışdır. “ Xocalıya ədalət” Bynəlxalq kompaniyası Xocalı soyqırımı  haqqında həqiqətlərin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı Soyqırım akti kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir. 

Tədbirdə iştirak edən digər rəsmilər  də çıxış edərək dünya ictimaiyyəti tərəfindən Xocalı soyqırımının tanınması istiqamətində müvafiq tədbirlərin davam etdirilməsini  vacibliyini qeyd etdilər. 

Daha sonra nümayəndə heyətinin üzvləri Sakarya Böyükşəhər Bələdiyyəsində olmuş, keçirilən tədbirlərlə bağlı ətraflı müzakirələr aparmışlar.
pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar