Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda ümumrayon iməciliyi keçirilib - Fotolar


Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon iməciliyi keçirilibdir


Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olaraq rayon ərazisində ümumrayon iməciliyi keçirilmişdir.  Bu iməclikdə  məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.

10 may günündə keçirilən iməcilikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Həmin gün rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, Cavadxan, H.Seyidzadə, Ü.Haçıbəyov küçələrində, park və bağlarda 45.000 gül kolu, 500-dən artıq şam və sərv ağacları, 1500 kv.m-dən çox qazon otu  vurulmuşdur.

Nəsimi rayonunda son illər genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir. Bu tədbirlərdə sakinlər, idarə və təşkilatların nümayəndələri fəallıq nümayiş etdirirlər. Rayonda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar