Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda növbəti 2 “Abad həyət” sakinlərin ixtiyarına verilib


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilib və hazırda növbəti layihələrin reallaşdırılması davam etdirilir.


Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Abadlıq quruculuq işləri çərçivəsində geniş abadlıq işləri aparılıb, Moskva prospektinndə, H.Seyidzadə, M.Cəlal, Cavadxan, və R.Məmmədov küçələrində yüksəkmərtəbəli çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş və «Abad həyət»lər salınıb. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində  yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılıb, mövcud ağaclar budanıb, səliqə-səhman yaradılıb.

15 iyun- Qurtuluş günü  ərəfəsində  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən H.Seyidzadə küçəsi 29 və 9 ünvanlarında  2 ha –dan artıq sahədən ibarət   2 “Abad həyət”  Nəsimi rayon sakinlərinin ixtiyarına verilib. Bu ünvanlarda  4 bloklu, 60 mənzilli,  beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilib, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Yaşıllaşdırma işləri aparılıb və həyətə gül-çiçək  əkilib. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılıb. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılıb.

Sakinlərlə görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki,  bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Gülarə Verdiyeva  qeyd etdi ki, bu istiqamətdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən son 3 ay ərzində rayonun müxtəlif ünvanlarında 15 “Abad həyət” sakinlərin istifadəsinə verilmişdir.H.Seyidzadə küçəsi 29 ünvanının qarşısındakı ərazinin sakinləri  öz binalarının həyətlərində  yaradılan abadlığa  görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. 

Hal-hazırda Nəsimi rayonunun  ayrı-ayrı ünvanlarında 13  yüksəkmərtəbəli binaların fasadlarında əsaslı təmir işləri  və binaların həyətlərində abadlıq, quruculuq,  yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar