Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda müşavirə keçirilib - Fotolar

Nəsimi rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib


Oktyabrın 13-də Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi.

Tədbirdə Nəsimi  rayonunda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, rayon təhsil, səhiyyə  müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etdilər.

Müşavirəni giriş sözü ilə açan Nəsimi  Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Ismayilov  Nəsimi  rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışdı.

Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Elnur Qasimov  tədbirin keçirilməsinin  zəruriliyini bildirərək, fövqəladə hadisələr zamanı insanların təhlükəsizliyinin təmin edilməsinin əsas vacib məsələ olduğunu bildirmişdir. Daha sonra Bakı şəhərində 2016 -21017-ci illərin müvafiq dövründə baş vermiş yanğin hadisələrinin  statistikası barədə  məlimat verilmişdir. 

Çıxış edən natiqlər “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin  təmin edilməsi ilə bağlı görülən işlər və mövcud problemlər ” və Yanğın zamanı ilkin tibbi yardım” mövzularında ətraflı məlumat verdilər.

Tədbir zamanı  “Məişətdə yanğın təhlükəsizliyi”, “Dəm qazı” və “Odsöndürən balondan istifadə qaydaları” ilə bağlı videoçarxlar nümayiş olundu və suallar cavablandırıldı.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar