Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda Zərifə xanım Əliyevanın xatirəsi anılıb - Fotolar

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibəti ilə rəsm sərgisinin açılışı olub


Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının  95 illiyi paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. Rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və müxtəlif aksiyalar təşkil olunur.
Əlamətdar günlə bağlı   rayon İcra Hakimiyyəti və Azərbaycan Resublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Qalereya 1969”-da  görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş  Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilmişdir. 

Mərasimdə Mədəniyyət  Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, tanınmış səhiyyə işçiləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak etmişlər.

      
Bayramsayağı bəzədilmiş sərgi salonuna toplaşan qonaqları salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat vermişdir. Qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

     
Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. 

Tədbirdə çıxış edən Mədəniyyət Naziri Əbülfəs Qarayev görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının  95  illiyinə  həsr olunan tədbirin əhəmiyyəti və alimin əziz xatirəsinə həsr olunan sərginin təşkilində əməyi olanların işindən danışmış, nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirmişdir.


Sonra sərgidə nümayiş etdirilən əsərlərlə tanışlıq olmuşdur.  Mərasim  iştirakçıları  Azərbaycanın görkəmli rəssamlarından olan Oqtay Sadıxzadənin «Zərifə xanım Əliyevaının portreti», Altay Sadıxzadənin «Mehriban xanımın portreti» , həmçinin xalq rəssamları Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Xalidə Səfərovanın, Səttar Bəhlulzadə, habelə Ucal Haqverdiyev, Mais Ağabəyov, Elçin Orucov   və digər görkəmli rəssamların anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərlərinə tamaşa etmişlər. Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələri  Nəzrin Aslanlı, Fatimə Cəfərzadə, Orxan Cəlilov, Suada  Hacızadə, Atabala Manafzadə  və Pərviz Məmmədov  müxtəlif klassik musiqi nömrələri ilə çıxış etmişlər. Tədbirdə həmçinin Nəsimi rayon məktəbliləri arasında  Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsinin qalibləri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar