Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər davam edir


Xocalı faciəsinin ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər davam edir


Növbəti tədbir fevral ayının 25-də Gənc Tamaşaçılar Teatrında təşkil edilmişdir. Tamaşadan öncə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının müavini Qurban İsmayılov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat veribdir.

Daha sonra Sevinc Elsevərin Xocalı faciəsindən bəhs edən “Arzu və Murad”adlı tamaşasına Nəsimi rayon ictimaiyyətinin baxışı keçirilmişdir. Tamaşa “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş “Ürəyində arzu tut” pyesi əsasında səhnəyə qoyulubdur.

Gənc Tamaşaçılar Teatrının “Arzu və Murad” tamaşası Nəsimi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır. Həmçinin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinin Bioloji Təbabət Klinikasında  pulsuz  tibbi müayinələri təşkil olunmuşdur. Tibb müəssisəsində Xocalılar əvvəlcə terapevtlər tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçiriliblər.

Fevral ayının 26-da Nəsimi rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar