Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda Bayraq gününə həsr edilmiş tədbirlər davam edir

NƏSİMİ RAYON İCRA HAKİMİYYƏTİ TƏRƏFİNDƏN NİZAMİ KİNO MƏRKƏZİNDƏ “BAYRAĞIMIZ – KİMLİYİMİZ, MƏNLİYİMİZ VƏ QÜRUR MƏNBƏYİMİZDİR” ADLI TƏDBİR KEÇİRİLİB


Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 9 noyabr – Bayraq gününə həsr edilmiş silsilə tədbirlər davam edir.

Noyabr ayının 8-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Nizami Kino Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının, orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələrinin, qeyri hökmət təşkilatlarının, idmançıların və çox saylı qonaqların iştiraki ilə “BAYRAĞIMIZ – KİMLİYİMİZ, MƏNLİYİMİZ VƏ QÜRUR MƏNBƏYİMİZDİR” adlı tədbir keçirilmişdir.

Tədbirin əvvəlində xalqımızın keçmişini, buqününü və gələcəyini özündə əks etdirən müqəddəs bayrağımız orkestrin müşayəti ilə alqış sədaları altında səhnəyə gətirildi. Sonra Müstəqil Azərbaycanımızın qurucusu və memarı, Ümummilli Liderimiz Heydər Əliyevin və Respublikamızın suverinliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik süküt ilə yad edildi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış “BAYRAĞIMIZ – KİMLİYİMİZ, MƏNLİYİMİZ VƏ QÜRUR MƏNBƏYİMİZDİR” adlı video çarxda Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Bayrağına olan ehtiram və dərin məhəbbəti əks olnmuş, həmçinin Nəsimi rayon İcra Hakimiyyətinin 9-noyabr Bayraq Günü münasibəti ilə Müdafıə Nazirliyinin Tərtər rayonundakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşündən və rayonda keçirilən Bayraq Gününə həsr olunmuş tədbirlərdən fraqmentlər nümayiş olunmuşdur. Video çarxda Milli kimliyimizin, mədəniyatimizin, Milli ideoloqiyamızın ifadəsi olan müqəddəs bayrağımız barədə fraqmentlər göstərilmişdir. 

Sonra Azərbaycan Respublikasının əməkdar artisti Ağalar Bayramovun ifasında “Azərbaycan Bayrağı ” şeiri tədbir iştirakçılarının sürəkli alqışlarına səbəb olmuşdur.

Natıq ritm qrupunun ifası video çarxla müşayət olunmuş, video çarxda tariximizin daş yaddaşı olan Qobustan qaya üstü təsvirləri və millətimizin qədimliyini və tarixi keçmişini əks etdirən fraqmentlər göstərilmişdir. Qədim dövlətçilik ənənələrinə malik olan odlar yurdu Azərbaycanımızın tarixi keçmişimizin yadigarı olan müxtəlif bayraqlar səhnəyə gətirilmişdir.
Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynovun və rəqs kollektivlərinin ifaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Tədbirdə  Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə hazirlanaraq ilk dəfə Sevil və Sevinc bacılarının və müsiqinin bəstəçisi Elvin Orucovun ifasında səslənən “Azərbaycan Bayrağı” adlı klipin təqdimatı olmuş, alqış sədaları altında ifaçılar səhnəyə dəvət olunmuşlar. Bayraq geyimli məktəblilərin zala daxil olaraq səhnəyə düzülməsi böyük alqışa səbəb olaraq tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.
 Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək Dövlət Bayrağı günü münasıbətilə tədbir iştirakçılarını təbrik edərək xoş arzularını bildirdi. Natiq qeyd etdi ki, Ginnesin rekordlar siyahısına düşmüş, dünyanın ən yüksək bayrağının dalğalandığı möhtəşəm Dövlət Bayrağı Meydanı Azərbaycandadır. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliyini qeyd edərək tezliklə Azərbaycan bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndində dalğalacağını bildirdi.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar