Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda 2 aprel döyüşlərinin şəhidləri ehtiramla yad edildi

Aprel ayının 2-də Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyi Nəsimi rayon şöbəsi 2016-cı ilin Aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə tədbir keçirib


Tədbirdə Müdafiə Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan  “Azərbaycan əsgəri” mahnısı və klipi tədbir iştirakçılarına  təqdim olundu. 
           
Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin rayon şöbəsinin sədri Azər Quliyev  Vətən ovladlarının torpaqlarımızın  müdafiəsi uğrunda göstərdikləri qəhrəmanlıq və şücaətlərindən danışdı. Bildirdi ki, 2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük bir sınaq günləri oldu. Həmin günlər Milli Ordumuzun əsgərləri  doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə çıxış edərək bildirdi  ki, aprel döyüşlərində qazanılan qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin tərkib hissəsidir. 

Qeyd edildi ki, rayonun orta və ali məktəblərində, xüsusilə tarix və ədəbiyyat dərslərində aprel döyüşlərindən geniş bəhs edirlər. Həmçinin diqqətə çatırıldı ki, rayonun bütün təhsil ocaqlarında “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbirləri keçirilir. Şəhid anası Lətifə Novruzova, Aprel döyüşlərinin iştirakçısı kapitan Ramal İbrahimov və digər  çıxış edənlər də yeniyetmələrdə qəhrəmanlıq hisslərinin gücləndirilməsinin vacibliyindən danışdılar.
 
pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar