Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayon məktəblilərinin muzeylərə ekskursiyaları başlayıb - Fotolar


Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır


Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün bir sıra tədbirlər təşkil olunmuşdur.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 300 nəfər rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən  muzeylərə ekskursiyaları başlanmışdır. Məktəblilərin ilk öncə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ekskursiyası təşkil olunmuşdur.

Muzeydə bildirilmişdir ki, 1934-cü ildə yaradılmış Teatr muzeyi 1935-ci ildən məşhur Azərbaycan dramaturqu Cəfər Cabbarlının adını daşıyır. Muzeyin fondlarında 117.000-dən çox eksponat saxlanılır. Bu eksponatlarda teatrımızın bir əsrdən çox tarixi əks olunub. Nadir materialların köməyilə teatrın yaranması və inkişaf tarixi haqqında, ziyalıların teatrın çiçəklənməsində rolu, Azərbaycan mədəniyyətində teatr xadimlərinin danılmaz xidmətləri haqqında məlumat almaq mümkündür.

Daha sonra Nəsimi rayon məktəbliləri   Azərbaycan İstiqlal Muzeyinində  də ekskursiyaya davam etdilər. Ekskursiya zamanı məktəblilərə bildirildi ki, muzeyin əsası 1991-ci il yanvarın 9-da qoyulmuşdur. Hal-hazırda eksponatların sayı 20.000-dən çoxdur. Muzeyin əsas məqsədi Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsini qədim dövrlərdən bu günə kimi işıqlandırmaqdır. Muzeyin zalları Azərbaycan tarixinin qədim dövrlərdən XX əsrin əvvəllərinə qədərki dövrünə – Cənubi Azərbaycanda XX əsrin birinci yarısında gedən azadlıq mübarizəsinə, Stalin repressiyaları dövrünə, azərbaycanlıların Böyük Vətən müharibəsindəki qəhrəmanlıqlarına, sonuncu zal isə Azərbaycanın ən yeni tarixinə həsr olunmuş, eləcə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti bu zalda öz əksini tapmışdır. İstiqlal muzeyində heykəltəraşlıq, rəsm əsərləri, xəritələr, fotolar, kitablar, numizimatika əşyaları və başqa eksponatlar nümayiş etdirilir.          

Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyində də məktəblilərə  muzeyin əsas məqsədi və vəzifələri,  Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanılması, saxlanılması, araşdırılması, təbliği barədə məktəblilərə məlumat verərək bildirmişdir ki,  muzeyin fondunda 50 mindәn çox eksponat toplanmışdır. Muzeydə nümayiş olunan  Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri  məktəblilərin marağına səbəb olmuşdur.              

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində , Azərbaycan İstiqlal Muzeyinində və  Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyində nümayiş olunan eksponatlar və tarixi materiallar  məktəblilərin marağına səbəb olmuşdur. Keçirilən tədbir − muzeylərə ekskursiya  məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Ən çox oxunanalar