Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi DYP-nin rəisinə ilginc ittiham


«Taliyət Axundov «Prado»suyla Rəşid Behbudov küçəsində digər nəqliyyat vasitələrini ötür, qarşısını kəsir, axırda da onu ötən maşını «avtoxuliqan» adı ilə dayanacağa aparıb cərimə edirlər»


Bakının Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən narazı qalan sürücülərin sayı çoxdur. Onlardan bir neçəsi sosial şəbəkələrdə bununla bağlı digər sürücülərə müraciət də ünvanlayıblar. 

Vəli Quliyev adlı sürücü yazır ki, hər gün axşam saatlarında ağ rəngli, dövlət nömrə nişanının rəqəmləri 019 olan «Prado» markalı avtomobil Rəşid Behbudov küçəsində digər nəqliyyat vasitələrini ötür, qarşısını kəsir və başqa əməllərə əl atır. «Onu keçmək istəyənləri isə həmin küçədəki sonuncu svetoforda YPX ve PPX maşınları gözləyir. YPX maşının nömrəsi 10-YP-530-dur. Maşını saxlayıb, göndərirlər cərimə meydançasına, adını da qoyurlar ki, avtoxuliqanlıq etmisən. Söhbəti yerində bağlamaq üçün 500-600 manat istəyirlər. Rəşid Behbudov küçəsində ehtiyatlı olun! Belə əməllərlə əvvəllər «Mercedes C-class» markalı, 90-LH-119 dövlət nömrə nişanlı və «Toyota Corolla» markalı, 90 FO 553 dövlət nömrə nişanlı avtomobillərlə məşğul olurdular. İndi ancaq 019 nömrəli «Prado» qalıb».

A. Suleymanov adlı facebook istifadəçisi isə yazıb ki, «Toyota» markalı, 90-FO-553 dövlət nömrə nişanlı avtomobil Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Taləddin Axundovun şəxsi maşınıdır. 

A. Şakiroğlu adlı şəxs isə qeyd edib ki, 019 nömrəli «Prado» Taləddin Axundovun müavini, polis baş leytenantı Rəşad Quliyevə məxsusdur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (jam.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar