Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsib Məhəməliyevin qayınanası sahibkarı niyə döyüb?


Balakən rayonundan şikayət dolu müraciətlərin ardı-arası kəsilmək bilmir


Bu rayondan elektron poçtumuza yenidən məktub daxil olub.

 Bu dəfə də şikayət 109-saylı Balakən seçki dairəsindən namizədliyi yYAP tərəfdən irəli sürülmüş Nəsib Məhəməliyevdəndir. Açığı bir məsələ bizi olduqca düşündürür. Nəsib müəllim əslən Balakən rayonundandır. Düzdür əleyhidarları olsa da eyni zamanda tərəfdarları da heç də az deyil. Bizi maraqlandıran səbəb budur ki, rayon icra hakimiyyətində məsul vəzifələrdə çalışanları və digərlərini hansı maraq ya kim sövq edir ki, onlar Nəsib Məhəməliyevin haqqında durmadan KİV-ə informasiya ötürürlər?
Hər halda bu məsələ haqqında ittiham olunan tərəf yəqin ki, lazım bildiyi zamanda açıqlama verəcək. Keçək əsas məsələyə. Yəni ünvanımıza göndərilmiş məktubun dərcinə. Məktubda deyilir: “Bizlər ötən dəfə cumhuriyyət. az. a göndərdiyimiz yazıda Nəsib Məhəməliyevin, 2000-2006-cı illərdə Balakən rayonunda icra hakimiyyətinin başçısı vəzifəsində işlədiyi müddətdə, 1984-cü ildə tikilmiş, Balakən rayon icra hakimiyyətinin balansında olan mərkəzi bazarı Azərbaycan respublikasının dövlət əmlakının idarəedilməsi üzrə dövlət komitəsinin sədr müavini Rafiq Cəlilovla iş birliyi quraraq, dövlətə külli miqdarda gəlir gətirən bazarı öz şəxsi maraqları naminə, 1552, 24(yəni min beş yüz əlli iki manat iyirmi dörd qəpiyə) almışdır”. Bu məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda göstərilir ki,  Balakən şəhəri S. Gözəlov küçəsi 43-də yerləşən, Balakən bazarı qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsinin tikinti və infrastruktura altında yerləşən hissəsi 8430, 8 m sərbəst sahəsi 350 m olmaqla ümumi torpaq sahəsi 8780, 8 m təşkil edir. 16. 06. 2006-cı il tarixli 135 saylı müqaviləyə əsasən, Azərbaycan Respublikasının dövlət əmlakının idarə edilməsi üzrə dövlət komitəsi satıcı kimi, alıcı kimi isə Nəsib Məhəməliyevin qaynanası Əhmədova Mina Həybullah qızı göstərilib. 

 Məktub müəllifləri bazarla bağlı daha sonra yazır: “Görəsən ələ keçirilən bazarın pul yığınının idarə olunması hansı qayda ilə aparılıb və aparılmaqdadır? Bazarda təqribən 1000-nəfərə qədər adam yer götürərək xırda sahibkarlıqla məşğul olurlar. Bazarın təməli 1984-cü ildə qoyulduğundan, burada işləyən adamların xeyli hissəsi həmin illərdən işləyənlərdir. Bazarın rəsmi sahibi olan Mina Əhmədova bazarda çalışan, təqribən 1000 nəfərdən hər gün 2 manatdan yer pulu yığır. Digər tərəfdən də hər bir kəsdən tutduğu yerə uyğun olaraq, ayda bir dəfə 30 manatdan başlayaraq daha böyük məbləğlərdə pul yığır. Bütün bunlar hər bir kəs üçün aylıq ödəməli olduğu məbləğlərdir.

Belə gedişlə Mina xanımın (N. Məhəməliyevin) aylıq gəliri kəllə-çarxa çıxır. Külli miqdarda gəlir gətirən qazanc yerini heç Nəsib Məhəməliyev əldən buraxarmı? Dövlət vergi əməkdaşlarının nə həddi var ki, Balakən ASC-ilə bazarda çalışan sahibkarlar arasında əmək müqaviləsinin olub-olmamasını yoxlasınlar? 2006-cı ildən Balakən bazarından əldə edilən xeyli maliyyə vəsaitləri qeyri-qanuni yollarla Nəsib Məhəməliyevin şəxsi hesablarına yatırılır. Balakən bazarında baş verənlərə həddi çatıb etiraz edən şəxs tapmaq olmaz. Buna heç kəsin cürəti çatmaz. Yaşı 60-dan yuxarı olan Mina Əhmədova və yeznəsi Nəsib Məhəməliyevin göstərişi ilə səni elə döydürərlər ki, xəstəxanalıq olarsan.

Bu yaxınlarda Mina Əhmədovanın qəzəbinə tuş gəlmiş, bazarda xırda sahibkarlıqla məşğul olan Bəsti Abdullayeva adlı şəxs Minanın onu döyməsindən sonra daxili qanaxma nəticəsində bir neçə gün rayon mərkəzi xəstəxanasında yatıb müalicə olundu. Minaya gördüyü bu işə görə gözün üstə qaşın var deyən tapılmadı. Belə bir yeznə ilə fəxr eləməyə dəyər. Nəsib Məhəməliyevin təkcə Balakən bazarından bu qədər gəliri olduğu halda, hələ başqa obyektlərini, işlərini demirik. Onda Nəsib Məhəməliyev nədən deputat olmasın? Ona səs verin ki, yazıqdır. Bitirməmiş, yarımçıq qalan işlərini də bitirə, balakənlilərin başında turp əkə bilsin. Ona imkan verin ki, qeyri-qanuni yollarla ələ keçirdiyi hədsiz əmlakını qorusun və var-dövlətini daha da artırsın. Sözlərimiz kimlərəsə qəribə gəlməsin. Çünki var-dövlət əldə etmək, başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyini təmin etmək, insanlara zülm etmək, Nəsib Məhəməliyevin xobbisidir. Onu nə dövlət, dövlətçilik nə də ki, millət və balakənlilər maraqlandırır.
Nəsib Məhəməliyevin Balakənin girəcəyində, öz adına müəmmalı bir tikintisi (əslində buranın təyinatı bizə bəllidir sadəcə etik normaları gözləyib yazmırıq) var. Bu ərazidən yuxarıda isə cənab prezidentin iqamətgahı var. Aşağıda isə Nəsib Məhəməliyevin məlum məkanı. Bu məkan ibtidai insanların vəhşilərdən qorunduğu sığınacağı xatırladır. Obyektin ətrafına sıx şəkildə əkilmiş ağaclar onun kənardan görüntüsünü mümkünsüz edir. Bu adam sanki Balakən əhalisindən gizlənməyə çalışır. Nəsib Məhəməliyev, sənin tikdirdiyin və içində yaratdığın bu mənzərə sənin əsl kimliyini ortaya qoyur. Görəsən bu baş verənlərdən, Nəsib Məhəməliyevin əməllərindən ölkə prezidenti cənab İlham Əliyevin xəbəri varmı?”

Mövzunu diqqətdə saxlayacayıq.(cumhuriyyət.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar