Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərimanovda “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin bağlanış mərasimi keçirilib


Nərimanov rayonunda “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin bağlanış mərasimi keçirilib


06 dekabr 2017-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin son təlimi və bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri İlkin Həsənov, Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri, təlimçi Rövşən Nəcəfov  və 65 nəfər gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri İlkin Həsənov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi gənclərə sahibkarlıq fəaliyyəti və onun yaradılması yolları mövzusunda, onlara işə qəbul etmə əməliyyatı, firmanın idarə edilməsi, marketinqin əsasları, komersiya fəaliyyəti, mühasibat uçotu, kreditin alınması, vergilər anlayışı, biznesin planlaşdırılması, işgüzar ünsiyyət və işgüzar danışıqların aparılması və reklam işinin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hansı sənədlərin lazım olduğunu və ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi-normativ sənədlərlə onlara hansı şəraitin yaradılması istiqamətlərində, beynəlxalq təcrübə ilə inkişaf etmiş ölkə sahibkarlarının təcrübələri haqqında gənclərə geniş informasiya verməkdir. R.Rzayeva çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu gənclər siyasətinin həyata keçirildiyini, yüksək intellektual biliyə və bacarıqlara malik Azərbaycan gəncliyinin formalaşdığını vurğulamışdır.

Daha sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov qeyd etdi ki, Azərbaycan gəncliyi müasir peşələr,onlara təlabat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşə yönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması bəndinə əsasən gənclərin işsizlik problemlərin aradan qaldırılmasına kömək məqsədi ilə gəncləri əhatə edəcək maarifləndirici proqram təşkilidir. Dünya təcrübəsi sübut
edir ki, yeni iş yerlərinin yaradılması əsasən kiçik və orta biznesin inkişaf etdirilməsi nəticəsində baş verir. Belə bir reallığı nəzərə alsaq ki, bazar iqtisadiyyatı şəraitində rəsmi ödənilən məşğulluq get-gedə azalır, o zaman gənclərin kiçik sahibkarlıq, özünüməşğulluq imkanlarının artırılması cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Sahibkarlıq həm hüquqi, həm fiziki şəxs vasitəsi ilə həyata keçirilə bilər. Hər iki halda müvafiq tələblər yerinə yetirilməlidir.

Qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri Rövşən Nəcəfov  çıxış edərək bildirmişdir ki, biznes, sahibkarlıq: qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir.

Sahibkarlıq bazar iqtisadiyyatının vacib atributudur. R.Nəcəfov qeyd etdi ki, ötən dövr ərzində Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli və 2002-ci il tarixli fərmanları ilə müvafiq olaraq “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000- ci illər)” və “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005- ci illər)” qəbul edilərək icra edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin müvafiq olaraq 2008-ci il tarixli və 2008-ci il tarixli sərəncamları ilə təsdiq edilmiş “2008-2015- ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “2008-2015- ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda, eləcə də 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018- ci illərdə sosial- iqtisadi inkişafı Dövlət Proqramı”nda və 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020- ci illər üçün Dövlət Proqramı”nda sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Ölkədə məşğulluğun təmin edilməsi, qeyri-neft ixracının artırılması, biznes mühitinin inkişafı kimi strateji məsələlərdə sahibkarların rolunun yüksəldilməsinə, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə aprel ayının 25-i Azərbaycanda “Sahibkarlar Günü” kimi təsis edilmişdir.

Sonda təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, layihə çərçivəsində 7 təlim həyata keçirilib: Azərbaycan Dövlət İqtisad Universitetində, “Bakı Avrasiya” Universitetində, “Təfəkkür” Universitetində, Azərbaycan Kooperasiya Universitetində, Bakı Humanitar Kollecində, “Odlar Yurdu” Universitetində və
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasında.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar