Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərimanovda narkomaniyaya qarşı növbəti təlim keçirilib


Nərimanov rayonunda "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin növbəti təlimi keçirilib


24 may 2018-ci il tarixdə “Təfəkkür” Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin növbəti təlimi keçirilib. 

Təlimdə “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov,    7 saylı xəstəxananın həkim-infeksionisti Arzu Pənahova, "Təfəkkür" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sakit Orucov və 50 nəfər fəal gənc iştirak ediblər. 

İlk öncə qonaqları salamlayan "Təfəkkür" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sakit Orucov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd etdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.

Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki,layihənin əsas məqsədi yeniyetmə və gəncləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, yeniyetmə və gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaq, narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında maarifləndirilməsi və bu istiqamətdə aparılan işlərə yeniyetmə və gənclərin cəlb edilməsidir. Eyni zamanda P.Mustafayev bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.

Daha sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirkaçılarını və qonaqları salamladı və qeyd etdi ki, xalqımızın ümumilli lideri Heydər Əliyev Narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi elan edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və beləliklə, cəmiyyət və dövlət üçün təhlükəli olan bu problemin həlli məqsədi ilə dövlət səviyyəsində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Qeyd olunan fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Eyni zamanda, 28 iyun 2005-cu ildə isə Milli Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Qanun qəbul olunmuşdur. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilib.

Mövzu ətrafında çıxış edən 7 saylı xəstəxananın həkim-infeksionisti Arzu Pənahova bildirdi ki, “narkomaniya” yunan sözü olub, narko - bihuşluq, maniya - isə asılılıq deməkdir. Tərkibində narkotik olan bitkilərdən müalicə üçün istifadə olunması qədim və keçmişdə olduğu kimi bu günkü günümzdə də gündəmdədir və həmçinin, insan orqanizminə,sağlamlığına,mənəviyyatına ən sağalmaz zərbələr vuran, ən pis vərdiş kimi qəbul edilən narkomanlıq və narkotiklərə aludəçilik müasir dövrümüzdə olduğu kimi qədimdə də ən xoşagəlməz vərdiş kimi qəbul edilib.

Bu pis vərdiş barədə elm aləmində ilk dəfə XVIII əsrin əvvəllərində məlumat verilmişdir.XX əsrin sonunda isə narkomaniya bəşəriyyətin bəlasına çevrilərək çox böyük çətinliklə qarşısı alınan, xeyli miqlarda pul vəsaiti bahasına başa gələn son dərəcə pis bir amil olmaqla yanaşı, bir tərəfdən də narkobiznesmenlərin (narkobaronların) narkotiklərin qanunsuz dövriyyəsindən qazanc əldə etməsi üçün bir vasitəyə çevrilmişdir. Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, külli miqdarda pul vəsaiti tələb edən bir prosesdir.Bu problemin ictimai təhlükəli olması isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və günü-gündən artır. 

Narkomaniyanın Azərbaycanda qarşısının alınması üçün ilk növbədə vacib olan tədbirlərdən biri, ölkədə qeyri-qanuni yolla dövriyyədə olan narkotiklərə nəzarət və narkomanların təqribi də olsa qeydiyyata alınmasıdır. Son zamanlar Respublikamızda narkomaniyaya qarşı mübarizədə hüquq muhafizə orqanları ilə yanaşı,digər təşkilatlar da bir sıra işlər görür.Təşkilatlar insanlar arasında maarifləndirmə işləri vasitəsilə onları narkotik vasitələrdən uzaq olmağa çağırırlar.
Sonra qonaqlar gəncləri maraqlandıran sualları cavablandırıblar.

Sonda "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsi çərçivəsində keçirilən esse və rəsm müsabiqələrində fərqlənən məktəblilər fəxri fərmanla mükafatlandırılmışlar.
pia.az

Nərimanov rayonunda "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin növbəti təlimi keçirilib.
Nərimanov rayonunda "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin növbəti təlimi keçirilib.
Nərimanov rayonunda "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin növbəti təlimi keçirilib.
Nərimanov rayonunda "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin növbəti təlimi keçirilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar