Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərgiz Paşayevanın qızı mərkəz açıb - Fotolar



Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimi keçirilib


Mərasimdə Azərbaycanın bir çox tanınmış ictimai-siyasi xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də xarici qonaqlar iştirak ediblər.

YARAT Müasir İncəsənət Mərkəzi YARAT qeyri-kommersiya təşkilatına məxsus ilk daimi sərgilənmə yeridir. 

Xatırladaq ki, təsisçisi və bədii rəhbəri Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis olunduğu vaxtdan bəri bu təşkilat artıq 80-dən çox layihə həyata keçirib. Üzü Xəzər dənizinə açılan, sahəsi 2000 kvadratmetr, sovet dövründə möhtəşəm hərbi donanma obyekti olmuş bu tikilidə müvafiq yenidənqurma işləri tamamlandıqdan sonra hazırda YARAT-a məxsusdur. Bu mərkəz müasir incəsənətin, eləcə də incəsənət tədrisinin regional miqyaslı mərkəzi olmaq iqtidarındadır.
Açılış mərasimi münasibətilə qonaqlara "Şirin Neşat: Gözlərimin evi" adlı sərgi təqdim edilib. Sərginin diqqət mərkəzində - rəssamın Azərbaycanda ərsəyə gətirdiyi yeni əsərlər durur. Sərginin Bakıya gətirilməsini kurator Dina Nasser-Xadivi təmin edib. Açılışda YARAT-ın daimi kolleksiyasını təşkil edən əsərlərdən ibarət ekspozisiya da nümayiş olunub. YARAT-ın kolleksiyası son üç ildə toplanıb və xüsusilə YARAT Müasir İncəsənət Mərkəzində kurator Suad Qarayevanın təşkilatçılığı ilə keçiriləcək yeni sərgilərin özəl sifarişləri sayəsində daha da artırılacaq.
YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunan "Şirin Neşat: Gözlərimin evi" adlı sərgisi iyunun 23-dək davam edəcək.(buro247.az)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar