Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərgiz Paşayeva və Elçin Əfəndiyev alimlərlə görüşdü

Nazirlər Kabinetində Azərbaycanda səfərdə olan Oksford Universitetinin alimləri ilə görüş keçirilib


Baş nazirin müavini Elçin Əfəndiyev görüşdə dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından biri sayılan Oksford Universitetində Nizami Gəncəvi adına AzərbaycanQafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasını Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verilən ən böyük qiymət adlandırıb. Belə bir mərkəzin yaradılmasının elmi əhəmiyyətini vurğulayan Elçin Əfəndiyev bu əlamətdar hadisənin Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti ilə yanaşı, gələcək nəsillərin elmi potensialının zənginləşdirilməsi baxımından xüsusi önəm daşıdığını söyləyib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Oksford Universitetində yaradılmış Elmi Mərkəzin Azərbaycan və ölkənin yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin araşdırılması üzrə Böyük Britaniyada təsis edilən ilk elmi tədqiqat ocağı olduğunu deyib. Oksford Universiteti ilə əməkdaşlığın uğurlu nəticələrinin olacağına inandığını qeyd edən Nərgiz Paşayeva Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının əsərlərinin belə bir müstəvidə bu ali təhsil ocağının alimlərinə tanıdılacağından məmnunluğunu bildirib.

Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun professoru, Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu və Oksford Analitika tədqiqat mərkəzinin üzvü Edmund Herzig, Şərqşünaslıq İnstitutunun professoru və Nyu York Universitetinin Antik Araşdırmalar Mərkəzinin aparıcı elmi tədqiqatçısı Robert Hoyland, Şərqşünaslıq İnstitutunun ərəb filologiyası və ərəbşünaslıq üzrə müəllimi Culyan Foltles göstərilən diqqətə görə təşəkkür ediblər. Qonaqlar Azərbaycanın elm xadimlərinin əsərlərinin tərcümə olunaraq geniş ingilisdilli auditoriyaya tanıdılmasını vacib saydıqlarını qeyd ediblər.

Xatırladırıq ki, Nizami Gəncəvi adına AzərbaycanQafqazşünaslıq Elmi Mərkəzinin yaradılması professor Nərgiz Paşayevanın təşəbbüsü ilə həyata keçmişdir və bu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının və Oksford Universitetinin birgə layihəsidir.(qafqazinfo)

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar