Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nemtsovun yanındakı model yoxa çıxıb



Ukrayna diplomatları Boris Nemtsov öldürülərkən yanında olan ukraynalı modelin izini itirib


PİA.AZ-ın məlumatına görə, Ukraynanın Moskvadakı konsulu Gennadi Breskalenko hal-hazırda Anna Duritskayanın harada olması haqqında heç bir məlumatının olmadığını deyib.

Ukraynalı deputat Ostap Semerak da modelin yeri haqqında məlumatsız olduğunu deyib. "Anna deyir ki, onu hansısa mənzilə aparıblar. Orada mühafizəçilər var. Onu həmin yeri tərk etməyə qoymurlar. Annanın özü də harada olduğunu bilmir", - deyə Semerak gənc qızın qohumlarının sözlərini mətbuata çatdırıb.

Rusiyanın İstintaq Komitəsi (RİK) isə bu haqda heç bir şərh vermir. Təkcə o məlumdur ki, Anna Duritskaya fevralın 28-də səhər hadisənin şahidi kimi dindirilib və sonra RİK-in binasını tərk edib.

Rusiyada isə bəzi mütəxəssislərin fikrincə, 23 yaşlı gənc model, qətlə yetirilən Boris Nemtsovun rəfiqəsi Anna Duritskaya cinayətkarlarla əlbir ola bilər. Belə ki, Rusiyanın məşhur iqtisadçısı öz tvitter səhifəsində yazıb ki, "Boris Nemtsovun gənc rəfiqəsi onu lazım olan vaxt lazım olan yerə gətirə bilərdi". Politoloq vitali Tretyakov da həmin fikri dəstəkləyir. "Çox güman ki, qızdan istifadə ediblər - o, Nemtsovu adamların az olduğu yerə piyada gəzintiyə aparmalı idi", - deyə o bildirib.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Rusiya polisi qatillərin hadisə yerindən qaçdığı "Ford Mondeo" və "Kia-Rio" maşınlarını axtarır. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib. Hadisə baş verən vaxt Nemtsovun birlikdə olduğu 23 yaşlı model onun yanında olub. (Anspress)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar