Xəbər xətti

24 MAY

0:14 Bu insanlar hər gün 3 alma və 2 pomidor yeməlidir

0:10 Bakıda mənzildə kişi meyiti tapıldı

0:08 Türkiyə aviasiyası PKK-nın İraqdakı 6 obyektini məhv etdi

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 MAY

23:55 Ançelotti “Napoli” klubunun baş məşqçisi təyin edilib

23:44 Paşinyan erməni əsgərlərinin qida və geyim problemləri barədə danışdı

23:35 Bitkoin 8 min dollardan aşağı düşdü

23:20 İŞİD Suriyada Əsədə bağlı silahlılara hücum edib - 26 hərbçi ölüb

23:11 Türkiyə və Gürcüstana gedən azərbaycanlıların sayı azalıb

23:03 İran XİN rəhbəri: “Pompeonun açıqlamaları məntiqsiz və əhəmiyyətsizdir”

22:50 Tramp Kim Çen Inla görüşün vaxtından danışıb

22:42 “Pul qazanmaq üçün tulalet təmizlədim”

22:23 Qazaxıstanda qar yağır

22:15 Şəkidə 53 yaşlı qadını ilan sancıb

22:04 Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb

21:55 Yuliya Skripal ilk müsahibəsini verib

21:46 Bərdədə 18 yaşlı qız intihar edib

21:40 Anqola Qüdsə görə diplomatlarını cəzalandırdı

21:28 Bakıda intihara cəhdin qarşısı alınıb

21:15 DÇ-2018: FİFA himnin ifaçılarını açıqladı

21:10 Əli İnsanov ailə üzvlərinin Almaniyaya köçməsi xəbərinə münasibət bildirdi

21:08 “İlqar Məmmədov azadlığa çıxandan sonra onunla bağlı gözləntilər dəyişəcək”

21:01 Zakir Həsənov Anjey Kaspşiklə görüşüb

20:54 Aleksandr Lukaşenko Azərbaycan prezidentini təbrik edib

20:40 Sabah Rusiya və Fransa prezidentlərinin görüşü keçiriləcək

20:27 Neft yenidən bahalaşıb - Qiymət

20:20 DİM beynəlxalq təhsil proqramlarını uğurla bitirən şəxslərə müraciət edib

20:07 Dövlət Komitəsinin sədri Türkiyədə səfərdədir

20:00 Bakıda ana və azyaşlı oğlu itkin düşüb

19:52 “Ermənistanın təcavüzkar siyasət yürütməsi bölgədə sülhə, sabitliyə əngəl yaradır”

19:43 Emma: “Sevinməsinlər ki, boşanmışam”

19:36 Misir lideri Azərbaycan prezidentini təbrik edib

19:30 Akif Çovdarov çıxış üçün məhkəmədən vaxt istəyib

19:19 Rusiyanın “çirkli pulların böyük boru kəməri” milyardları hansı ölkəyə “axıdıb”

19:13 ABŞ-ın F-35 qırıcısını Türkiyəyə verəcəyi tarix məlum oldu

19:06 LG iki metrlik displeyini nümayiş etdirdi

19:00 “Rüstəm İbrahimbəyov böyük qardaşların yanında yaxşı olmaq üçün öz xalqını aşağılayır”

18:53 Şennak: “AŞPA-nın iyun sessiyasında Səməd Seyidovun yerinə başqası seçilməlidir”

18:46 Bakıda mənzildə 58 yaşlı kişinin meyiti tapılıb

18:40 35 klubla bağlı cinayət işi açıldı

18:35 “Həmsədrlərlə razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, prosesi bərpa edək”

18:30 Bakıda 200 manatlıq əsginas təqdim olundu - Foto

18:23 İbrahimbəyovdan xəyanətkar davranış - Əli Həsənov çağırış etdi

18:15 Təhsil müəssisələrinin təmiri və tikintisinə 40 milyon manat ayrılıb

18:10 Ağdamda 32 yaşlı kişi bıçaqlanıb

18:05 Vüqar Rəhimzadə: “Rüstəm İbrahimbəyovun damarında erməni qanı axır”

18:00 Qazaxıstan - Azərbaycan oyununun biletləri satışa çıxarılıb

17:56 Terror qruplaşmaları ayda nə qədər pul qazanır?

17:51 Fələstinlilərə Qüdsə getmək qadağan edildi

17:47 Ermənistanda deputat köməkçisi həbs edildi

17:42 I sinfə qəbul üçün müraciət edənlərin sayı açıqlandı

17:37 Gövhər Həsənzadə: “Müğənni bəstəkar ola bilməz”

17:33 ABŞ yəhudiləri iki yerə bölündü

17:29 “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

17:25 “36 xəstə dərmandan zəhərlənib”

17:21 Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”

17:17 Medvedev İlham Əliyevə məktub göndərib

17:14 “Park Bulvar”da 14 yaşlı qız itkin düşüb

17:11 Məşhur mağazanın işçilərinə hökm oxundu

17:06 Qubada ruhi xəstə avtomobil qaçırdı

17:02 ADB Azərbaycanla bağlı əsas strategiyasını açıqlayıb

16:58 Rusiya XİN: “NATO-dan kənar ölkələri ABŞ adam yerinə qoymur”

16:53 Arzu Əliyeva AXC ilə bağlı film çəkdi

16:49 ABŞ hamını “Liviya ssenarisi” ilə hədələyir

16:46 Cavad Zərif: “Pompeonun açıqlamaları əhəmiyyətsizdir”

16:41 Kanala düşən 80 yaşlı kişi xilas edildi

16:38 “Grand Hospital”dan çıxarılan həkimlər üsyan etdi

16:35 “Bakcell” karyera sərgisinə qatılıb

16:32 Türkiyə lirəsinin məzənnəsi sürətlə aşağı düşür

16:28 “Bəzi cizgi filmləri uşaqlarda aqressivlik yaradır”

16:24 Gömrükdə külli miqdarda araq müsadirə edildi

16:19 “Exchange”lər bazara niyə qayıtmır?

16:14 “Mənim bütün həyatım əzabla, zülmlə keçib”

16:10 AFFA Cavid Hüseynovu 3 oyunluq cəzalandırıb

16:06 “BakuBus”dan piyadanın vurulması ilə bağlı açıqlama

16:03 723 nəfərin tikintidə müqaviləsiz işlədiyi aşkarlanıb

15:57 Aİ Türkiyəyə əlavə 1,5 milyard avro ayıracaq

15:52 “Çox istərdim ki, hər bir azərbaycanlı buna münasibət bildirsin”

15:48 Oğuzda qadın itkin düşüb

15:44 Kənd Təsərrüfatı Nazirliyindəki korrupsiyanın kilid ismi - İlham Bayramov niyə vazkeçilməzdir?

15:40 İrəvanın Tiflislə münasibətləri gücləndirmək cəhdləri - Bu cəhd alınacaq?

15:36 Azərbaycan pasportu dünya reytinqində

15:32 Lavrov Qarabağa görə Mnatsakanyana zəng etdi

15:29 Azərbaycan-Aİ biznes-forumuna maraq artıb

15:25 Dilqəm və Şahbazın işinə Avropa Məhkəməsində baxılacaq

15:20 Dilənçilər vergiyə cəlb oluna bilər

15:16 Rusiya ABŞ-a 4 raketlə cavab verdi

15:11 Zidan: “Ronaldonu Salaha dəyişmərəm”

15:06 Cüdoçular federasiya prezidentinin kabinetini mismarladı

15:02 Tostu dəstəkləyən əsgər anası

14:58 Nyu-York Fond Birjasına qadın rəhbərlik edəcək

14:53 Amerika Neft İnstitutu: “Ölkədə neft ehtiyatları azalıb”

14:47 Gürcüstanda mobil telefonlar şəxsiyyət vəsiqəsini əvəz edəcək

14:42 “Paşinyanın Qarabağ bəyanatı yeni müharibəyə aparır”

14:38 “Akifə belə təklif, onu təhqir etməkdir”

14:34 Azərbaycanlı iş adamı Qırğızstandan deportasiya edilir

14:30 Zeedorf istefaya göndərildi

14:26 “Fələstinin Haaqa Məhkəməsinə müraciətinin hüquqi qüvvəsi yoxdur”

14:22 “Psixoloji yardım haqqında” qanun qəbul olunacaq

14:17 Zaxarova: “Rusiya Qarabağ probleminin tezliklə həllini istəyir”

14:13 “Bayıl sürüşmə sahəsinin yerləşdiyi yamacda həmişə təhlükə var”

14:09 Nazir İnam Kərimovdan daha bir kadr dəyişikliyi

14:05 AzTV sədri haqda 7 milyonluq iddia

14:01 Sabahın hava proqnozu

13:56 Paşinyan: “Aksiyaları dərhal dayandırın”

13:51 Region Liqasının ilk qalibi bəlli oldu

13:47 Rusiya İraqda yeni neft quyusu aşkarladı

13:44 Ərdoğan Nikolas Maduronu təbrik etdi

13:40 Parisi etiraz dalğası bürüdü

13:36 Zakir Həsənov NATO generalları ilə görüşdü

13:32 “Azyaşlıya kəbin kəsən din xadimləri var”

13:27 AFFA “Qəbələ”nin kapitanını 3 oyunluq cəzalandırıb

13:24 Rəqsanə: “Mənə pul buraxan insan olmayıb”

13:20 “Kapital” bankın bakomatlarında manat müəamması...

13:16 Oğuzda silahlı şəxslər saxlanılıb

13:12 Səhiyyə Nazirliyi: 338 min nəfərdə xəstəliklər aşkarlanıb

13:07 ƏƏSMN sistemindəki yeyintilərin kilid ismi: Əjdər Ol - İttiham

13:04 Çoxuşaqlı ailə məfhumu beşdən üçə endirilsin

13:00 “Abituriyentlərin intiharına görə mətbuat günahkardır”

12:55 Şəhid hərbçinin medalı ailəsinə təqdim olundu



ANALİZ

...

Nemət Pənahlı: 25 il öncə və bu gün

Tarix 05.12.13, 11:18

Font ölçüsü : - / +
bitmap-img6


Taleyin oyununa baxın, Nemət Pənahlı 25 il öncəki 5 dekabrda da həbsdəydi, bu gün də həbsdədir.

25 il öncə, 1988-ci ilin soyuq dekabr gecəsində Nemət Pənahlını rus-sovet qoşunlarının Bakıdakı kontingenti və rus-sovet milisi həbs etmişdi.

Üç ildir ki, N.Pənahlını müstəqilliyi, azadlığı uğrunda ölüm təhlükəsi yaşamaqdan çəkinmədiyi, arzu və xəyallarının dövləti olan müstəqil Azərbaycanın hüquq-mühafizə orqanları həbs edib.

25 il öncə bu gün N.Pənahlının liderlik etdiyi Meydan hərəkatının sonuncu günü oldu və bir qrup yaxın tərəfdarı ilə onu həbs etdilər.

Bu gün Nemətin yanında, ən azı məhbəsdə heç bir tərəfdarı yoxdur. O, tək-tənha bir dustaqdır.

25 il öncə Nemət Pənahlı mərkəzi hakimiyyətin ünvanına ən kəskin sözlər dediyi, sovet rejimini damğaladığı, Kremlə müqavimət göstərdiyi üçün məhbəsə atılmışdı.

Bu gün Nemət Pənahlı guya ki, bir nəfərlə mübahisə edib dalaşdığı üçün cəzalandırılıb, ancaq hamı bilir ki, onun həbsinin əsl səbəbi yenə dilini dinc qoymaması, indiki hakimiyyətin qarasına danışmasıdır.

25 il öncə Nemət Pənahlının həbsindən sonra onun taleyi ilə bağlı müxtəlif şayiələr yayılır, bədbin proqnozlar verilirdi.

Deyirdilər: “İndi içəridə onu rezin kisəyə salıb döyürlər”;

İddia edirdilər: “Yüz faiz ona ağır işgəncələr verilir”;

Əminliklə bildirirdilər: “İynə vuracaqlar, çıxandan sonra ağlını itirəcək”;

Şübhələnirdilər: “Orqanlarla əməkdaşlığa cəlb edəcəklər, bütün dostlarını satacaq”;

Yekun rəy beləydi: “O, türmədən sağ çıxmayacaq, meyidi çıxacaq”.
Bunların heç biri olmadı. Nemət Pənahlı qısa müddətdən sonra məhbəsdən çıxdı.

Hamının cəllad kimi təsəvvür etdiyi sovet rejimi, ətçəkən maşın hesab edilən DTK “Azadlıq aşiqi”ni məngənədən salamat buraxdı.

Azadlığa çıxandan sonra məlum oldu ki, onu rezin kisəyə salıb döyməyiblər, işgəncə verməyiblər, iynə vurmayıblar, orqanlarla əməkdaşlığa cəlb edə bilməyiblər.

Ancaq DTK, hər halda, N.Pənahlını dörd divar arasından elə belə də buraxmamışdı, onun bədənini yox, reputasiyasını zədələmişdilər.
Dekabrın 5-də həbs edilən Nemət Pənahlı ilə həbsdən buraxılan Nemət Pənahlının ictimai nüfuzu arasında fərq böyük idi. Bir vaxtlar onun başına and içənlər indi onun bir sıra hərəkətlərində, çıxışlarında çoxlu səhvlər tapırdılar.

Üstəlik, o, məhbəsdən iddialı çıxmışdı, özünü hələ də xalq hərəkatının lideri sayırdı. Hərçənd təşəbbüs və liderlik artıq başqalarının əlinə keçmişdi.
Ölkədə Xalq Cəbhəsi kimi mütəşəkkil bir müxalif təşkilat yaranmışdı və N.Pənahlı onun liderlərinin sırasına yalnız Meydan qəhrəmanı olduğu üçün düşə bilirdi.

Bu gün həmin şəxs yenidən həbsdədir.

İndi onun taleyi yenə sual altındadır. Tez-tez məhbəsdən Nemət Pənahlının barəsində bəd soraqlar gəlir: “Nemət Pənahlının həyatına təhlükə var”; “Nemət Pənahlını təkadamlıq kameraya salıblar”; “Nemət Pənahlını zəhərləmək cəhdi olub”; “Dustaq yoldaşının əlini ilə Nemət Pənahlını öldürmək istəyirlər”; “Nemət Pənahlını təxribata çəkirlər” və s.

Bütün bu iddialar onu göstərir ki, Meydan qəhrəmanının türmə həyatı o qədər də sakit və rəvan keçmir, onun həyatı üçün gerçəkdən də təhlükə var.
Bu gün o möhtəşəm günlərdən 25 il keçir. Azadlıq meydanı ondan sonra da qələbəlik, qan-qada gördü, amma 17 noyabr-5 dekabr arasında olan coşqunu heç vaxt görmədi.

Ukrayna xalqının bu gün göstərdiyi dilbirliyi, həmrəyliyi hələ 25 il öncə göstərən xalqımız bu gün başına nə gəlirsə, susur. Xalqın başının üstünü alan heç bir təhlükə onu tərpətmir, heç kim özünü 25 il öncəki kimi xalq yolunda fəda etmək istəmir.

Bəlkə də ona görə ki, bu xalqın fədakar oğullarının taleyi bəd gəldi, heç biri yarımadı: 25 il öncə meydanı dolduran minlərlə cəfakeş oğul şəhid, qazi oldu, yüzlərlə hərəkatçı ölkədən didərgin düşdü, bir o qədəri həbslərdən keçdi. Qalanların da hərəsi bir tərəfdə, bir cinahdadır.
25 il öncə bu gün Nemət Pənahlı “onsuz da qırmızı imperiya çökəcək” deyir, ölkəsinə azadlıq tələb edirdi. Bu gün o, əfv olunacağını gözləyir, özünə azadlıq umur.

25 il öncə hamı deyirdi ki, Nemət Pənahlı siyasi məhbusdur. Bu gün bu adi faktı çoxları demir.

Amma Nemət Pənahlı siyasi məhbusdur.

Xalid KAZIMLI









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img

Vernisaj

Misir lideri Azərbaycan prezidentini təbrik edib

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

Sabiq nazir 50, aparatının rəhbəri 36 milyon ödəyib

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru