Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəhəng şirkətlərin qatıldığı Davos Forumu haqda bilmədiklərimiz


Davos Forumu başladı - nəhəng şirkətlərin qatıldığı tədbir haqda bilmədiklərimiz


İllik toplantılara forumun üzvü və təşkilatçısı olan min özəl şirkətin rəhbərləri ilə yanaşı, siyasətçilər, elm və din adamları qatılır.

Yanvarın 23-də  Davos Forumu işə başlayıb. “Yeni Müsavat” dünyanın qəlbinin döyündüyü tədbir barədə dosye xarakterli məlumatları toplayıb.  BBC-nin məlumatına görə, Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Schwab tərəfindən yaradılmış kiçik bir qrupdan, hər il 2.500 iştirakçının qatıldığı nəhəng təşkilata çevrilib. Bunların 1000 nəfərindən çoxu böyük şirkətlərin direktorları, 40-dan çoxu dövlət başçılarıdır.

Burada məxfilik dərəcəsi müxtəlif olan iclaslar keçirilir. Bir də bağlı qapı arxasında keçirilən tədbirlər var. Bağlı görüşlərə ağ rəngli buraxılış vəsiqələrinin sahibləri baş çəkə bilər. Şəxsi görüşlər də olur və adətən siz bunlardan heç xəbər də tutmursunuz. Qapalı görüşlərdə böyük sövdələşmələr yer alır.

Tədbirdə çoxsaylı niqtlərdən başqa bir xeyli qonaqlıqlar da olur. Burda şirkətlər öz müştəriləri üçün şam və içki süfrələri açırlar. Bəzən “Killers” kimi böyük musiqi qrupları burada canlanma yaradır.

Forumun tarixində dərhal həll olunan problemlərdən biri 1980-ci illərdə Türkiyənin Yunanıstana müharibə elan etməsinin qarşısının alınması olub. Onda keçmiş Türkiyə baş naziri Turqut Ozal yunan həmkarı Andreas Papandreou ilə görüşmüşdü və qərara gəlmişdi ki, ona etibar edə bilər.

Lap bu yaxınlarda BRİCS Təşkilatının İnkişaf Bankı barədə ideya, burada, iqtisadçılar lord Stern və Joseph Stiglitz arasında 2011-ci ildə baş vermiş söhbətdə yaranıb.

İş adətən səhər saat 7-də verilən səhər yeməyindən başlanır və gecədən xeyli keçmiş ziyafətlə başa çatır.

Qeyd etdiyimiz kimi, illik toplantılara forumun üzvü və təşkilatçısı olan min özəl şirkətin rəhbərləri ilə yanaşı, “seçilmiş” siyasətçilər, elm adamları, qeyri-hökumət təşkilatları və din adamları ilə media təmsilçiləri qatılır. Görüşün rəsmi proqramına daxil olan 200-dən artıq iclas mediaya açıq keçirilir. Hər il yanvar və ya fevral ayında təkrarlanan Dünya İqtisadi Forumu zamanı qeyri-rəsmi ikili görüşlər də ən azı rəsmi proqramdakı toplantılar qədər diqqət çəkir. Şirkət və dövlətlərin özəl dəvətləri də qlobal dünya problemlərinin müzakirəsi baxımdan önəmli bir platform təşkil edir.

Dünya İqtisadi Forumunun mövzuları nələrdir?

İndi forumla bağlı geniş məlumat almaq üçün bəzi sualların cavablarını da araşdıraq. Məsələn, Dünya İqtisadi Forumunun mövzuları nələrdir? Dünya İqtisadi Forumu artıq sadəcə qlobal iqtisadi durumun müzakirə olunduğu və gələcəyə dair gözləntilərin dartışıldığı bir görüş olmaqdan çıxıb. Gündəlik və operativ çıxış yolu gözləyən siyasi və sosial problemlər son illərdə daha çox diqqət çəkməyə başladı. Bütün dünyanı maraqlandıran mövzuların mikroskop altına alındığı görüşün gündəmində ticari əngəllər, anlaşılmazlıqlar, kasıblıq və təbiətin mühafizəsi kimi mövzularda həll yolları imkanları müzakirə olunur. Qərar verənlər arasındakı fikir mübadiləsinə platform yaradan Dünya İqtisadi Forumu qloballaşma əleyhdarlarının etiraz nümayişlərinə də zaman-zaman ev sahibliyi edir.

Virtual aləmin təmsilçiləri Davosa önəm verirmi?

Neoliberal iqtisadiyyatın öndə gələn təmsilçiləri hər ilolduğu kimi bu il də Davosda əzələ nümayişi edir. İş həyatının nəhəngləri sayılan və virtual aləmdə daha çox görünən şirkətlər də forumu diqqətsiz qoymurlar. “Alibaba”nın qurucusu Cek Ma Yun, “Facebook” müdiri Şerl Sandberq, “Google” holdinqi “Alphabet”in rəhbəri Erik Smidt, “Baidu” axtarış motorunun rəhbəri Ya-qin Zang, Yaponiya makina və elektrik nəhəngi “Hitachi”nin rəhbəri Hiroaki Nakanişi və “Microsoft”un müdiri Satya Nadella da Davosa gələnlər arasında olur.

Forum hər il Çində Yeni Çempionlar Konfransı adı verilən bir konfrans və dünyanın müxtəlif bölgələrində ərazi üzrə konfrans seriyaları təşkil edir. 2008-ci ildə bu konfranslar arasında Avropa və Orta Asiya, Uzaq Şərq, Afrika, Orta Şərq və Latın Amerika bölgəsi üzrə konfranslar keçirilib.  Forum təşkil etdiyi konfranslarla yanaşı, araşdırma sənədləri yayımlayır və üzvlərinin müxtəlif sektordakı fəaliyyətini dəstəkləyir.(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar